Icma.az
close
up
RU
20 May Ümumdünya Metrologiya Günüdür

20 May Ümumdünya Metrologiya Günüdür

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakı, 20 may, AZƏRTAC

Hər il may ayının 20-də Ümumdünya Metrologiya Günü qeyd olunur. Bu əlamətdar tarixin qeyd olunmasında əsas məqsəd dəqiq və etibarlı ölçmələrin cəmiyyət üçün strateji əhəmiyyətini diqqətə çatdırmaqdır.

AZƏRTAC xəbər verir ki, 1875-ci il may ayının 20-də metrologiya sahəsində beynəlxalq əməkdaşlığın əsasını qoyan Metrik Konvensiya imzalanııb.

Konvensiyaya uyğun olaraq, Beynəlxalq Kəmiyyət Ölçüləri və Çəkiləri Bürosu (BKÖÇB) yaradılıb və ölçmələr üzrə elm sahəsində beynəlxalq əməkdaşlığın əsasları və onun sənayedə, ticarətdə cəmiyyətin mənafeyi naminə praktiki tətbiqi mexanizmləri işlənib hazırlanıb. Metrik Konvensiyası bütün ölkələrdə elmi-texniki tərəqqiyə təsir edib. Belə ki, məhz bu sənəddən sonra ölçmələrin metrik sistemi və beynəlxalq vahidlər sistemi tətbiq edilib, onun əsasında Beynəlxalq Ölçmələr Sistemi yaradılıb.

Metrik Konvensiyanın ən başlıca məqsədi olan ölçmələrin vəhdətinin bütün ölkələrdə təmin edilməsi bu gün də çox vacib məsələdir. Konvensiya elmi tədqiqatlar, innovasiyalar, sənaye, beynəlxalq ticarət, insanların həyat keyfiyyətinin yüksəldilməsi və ətraf mühitin qorunması üçün vacib olan qlobal ölçmə sistemini formalaşdırıb.

Bu il Ümumdünya Metrologiya Günü xüsusilə əlamətdar hesab edilir. Belə ki, 2025-ci ildə həm də Metrik Konvensiyanın 150 illik yubileyi qeyd olunur.

Azərbaycan Metrologiya İnstitutu (AzMİ) ölkəmizdə metrologiya sahəsinin inkişafı, müasir metodların tətbiqi, eləcə də beynəlxalq standartlara uyğunluğun təmin olunması istiqamətində fəaliyyətini uğurla davam etdirir. AzMİ beynəlxalq tutuşdurmalarda fəal iştirak edərək ölçmələrin dəqiqliyini və etibarlılığını təmin edir, həmçinin ölkənin elm və texnologiya, sənaye, ticarət və digər sahələrdə inkişafına töhfə verir.

Bu istiqamətdə ölkədə etalon bazasının müasirləşdirilməsi və təkmilləşdirilməsi, o cümlədən dövrün tələblərinə cavab verən texnologiyaların tətbiqi, peşəkar metroloqların hazırlanması və bu sahənin modernləşdirilməsi üzrə tədbirlər həyata keçirilir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:183
embedMənbə:https://azertag.az
archiveBu xəbər 20 May 2025 10:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see397

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see367

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see355

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see296

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see279

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see256

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see250

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see247

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see235

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see225

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see222

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see222

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see216

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see213

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see201

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see201

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see192

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see167

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see166

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri