20 saylı Mediasiya Təşkilatı tələbələr üçün maarifləndirici tədbir keçirib FOTOLAR
Icma.az bildirir, Moderator.az saytına əsaslanaraq.
06.11.2024-cü il tarixində 20 saylı Mediasiya Təşkilatı tərəfindən Azərbaycan Dillər Universitetinin tələbə heyəti üçün "Mediasiya mübahisələrin alternativ həlli" mövzusuna həsr edilmiş maarifləndirici tədbir keçirilmişdir.
Azərbaycanda gənclər arasında mediasiya institutunun tanıdılmasını hədəfləyən bu tədbirdə 20 saylı Mediasiya Təşkilatının rəhbəri Nicat İsmayılov təqdimatla çıxış etmiş, ölkəmizdə məhkəmə öncəsi hüquqi problemlərin alternativ həlli istiqamətində mediasiyanın üstünlüklərindən və əhəmiyyətli rolundan bəhs etmişdir.
20 saylı Mediasiya Təşkilatının mediatoru, psixoloq-ailə məsləhətçisi Ülkər Zülfüqarova müasir dövrdə yaşanan ailə problemləri, ailədaxili mübahisələrin müsbət həllində tərəfsiz mövqedən çıxış edən mediatorların yüksək nəticələr əldə etməsi barədə çıxış etmişdir. Eyni zamanda tədbirdə Bakı 20 saylı Mediasiya təşkilatının hüquqşunas-mediatorları Hüseynov Elçin və Aydan Sabitova da mözvuya dair münasibətlərini öz çıxışları ilə qeyd etmişlər. Sonda tələbələri maraqlandıran suallar cavablandırılmışdır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:135
Bu xəbər 06 Noyabr 2024 20:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















