Icma.az
close
up
RU
Gedək Lənkərana bir salam verək...

Gedək Lənkərana bir salam verək...

Icma.az, Footbal-plus portalına istinadən məlumatı açıqlayır.

Dahi Üzeyir Hacıbəyovun “O olmasın, bu olmasın” əsərinin qəhrəmanı Məşədi İbadın məşhur bir sözü var. Rüstəm bəyin evindəki ziyafətdəki qonaqlara özünü savadlı kimi göstərmək üçün oxumuş adam obrazına girən Məşədi “Tarix-Nadir” kitabını yarıya kimi oxumasıyla öyünür, məclisin digər iştirakçılarını isə bisavad adlandırır.

AFFA rəhbərliyinin Azərbaycanın cənub bölgəsinə etdiyi səfər barədə oxuyanda mən məhz həmin səhnəni xatırladım. Düşündüm ki, Məşədi İbad AFFA-nın ölkənin cənubuna göndərdiyi adamların da “Tarix-Nadir”i oxumasına şübhə ilə yanaşardı. Onların bisavad olub-olmadığını üzlərinə vurmasa da, Azərbaycan futbolundan bixəbər olduqlarını tam əminliklə deyərdi. Yazımı sona qədər oxusaz, niyə bu fikrə düşdüyümü biləcəksiz. Mən özüm də Məşədi İbad kimi buna əmin olmağa başlamışam. Düşünürəm ki, AFFA-nın baş katibi Cahangir Fərəcullayevin və onun ətrafında olan insanların Azərbaycan futbolunun yaxın keçmişindən, bugünündən xəbərləri yoxdu.
Cahangir Fərəcullayev müavini Kamran Vəliyevi, Futbolun İnkişaf Fondunun icraçı direktoru Tural Piriyevi, İnkişaf Strategiyasının icrası üzrə layihə qrupunun dövlət qurumları ilə əlaqələrinə məsul şəxs Ramazan Səmədovu başına toplayıb, Azərbaycanın cənubuna yol alıb. Səfərin məqsədi cənub bölgəsindəki futbol infrastrukturunun vəziyyəti ilə yerində tanış olmaq imiş. Mötəbər qonaqlar əvvəlcə Cəlilabadda və Biləsuvarda olublar. AFFA rəsmiləri orada Olimpiya İdman Komplekslərini və yerli stadionları yoxlayaraq mövcud şərait və inkişaf imkanları barədə məlumat alıblar.
İndi soruşasan ki, cənablar, Cəlilabadda və Biləsuvarda nə gördüz? Ürəkaçan nəsə var idimi? Bu yerdə adamın yadına atalar sözü düşür ki, aşına nə tökürsənsə, o da qarşına çıxır. AFFA Cəlilabad və Biləsuvarda uşaq futbolunun inkişafı üçün nə edib? Heç nə! Hansısa infrastrukturu inşa etdirib, yaxud da Olimpiya Komplekslərinin yararsız meydançalarını qaydaya salmaq üçün büdcə ayırıbmı? Əlbəttə, yox. O zaman Cəlilabad və Biləsuvarda nəyə və niyə baxıblar?
Hörmətli qonaqların Lənkəranda nə qədər qaldıqlarını bilmirəm. Görəsən, dadlı qaşqaldaq çölməsi və yaşılbaş ördək ləvəngisini təndir çörəyi ilə yeməyə imkan tapıblarmı?! Bunu etməyiblərsə, Lənkərana qədər məsafəni nahaq yerə qət ediblər. Çünki Lənkərana gedib, çölmə ilə ləvəngi yeməmək günahdı. Amma Azərbaycan futbolunun yaxın keçmişinin vacib məbədlərindən biri sayılan şəhər stadionuna, yəni “Fırtınalar meydanı”na baş çəkməmək ondan da böyük qəbahət sayılmalıdı.
Ərkivan qəsəbə stadionuna və Masallıda yerləşən Anatoli Banişevski adına stadiona baxmaqla lap yaxşı etmisiz. Baxımsız qalan Salyan Olimpiya İdman Kompleksində mövcud infrastrukturla tanış olmağınız da savab əməldi. Amma bütün bunları edib, Lənkəran şəhər stadionunun darvazasından içəri keçməməyiniz bütün zəhmətinizin üstündən qalın və qara bir xətt çəkib.
AFFA rəhbərliyi Toral Bayramovla Nəriman Axundzadəni tanımalıdı axı. Bu gün üzdə olan təkəm-seyrək yerli futbolçular arasında Toralla Nəriman dərhal yada düşür. Həm “Qarabağ”ın heyətində, həm də milli komandada iki lənkəranlı balası özünü göstərməyi bacarır. Yəqin ki, hər iki futbolçunun vaxtilə “Xəzər Lənkəran”ın aşağı yaş qruplarında oynadıqlarını, futbola ilk addımlarını bu klubun uşaq akademiyasında atdıqlarını da bilmək lazımdı.
AFFA rəhbərliyinin bu barədə məlumatlı olmasından əmin deyiləm. Məlumatları olsaydı, ayaqlarını “Fırtınalar meydanı”na basardılar. Çox təəssüf ki, son illərdə nə Masallıdan normal futbolçu çıxıb, nə də Biləsuvarla Cəlilabaddan. Mənim ata-baba yurdum Salyandan da üzağardan kimsə yoxdu. Lənkərandan isə var, özü də məhz “Xəzər Lənkəran”dan. Deməli, ölkənin cənubuna səfərə çıxıb, o məşhur futbol məbədinə baş çəkməmək anlaşılmaz addımdı. İnanmıram ki, AFFA rəhbərliyi buna normal izahat verə bilə.
Cahangir Fərəcullayevin və ətrafındakıların Lənkəran şəhər stadionunun darvazasının qarşısında belə olsa, bir şəkil çəkdirməsi minlərlə fanatın ürəyinə su səpər, ümid işığı yandırardı ki, AFFA rəhbərliyi “Xəzər Lənkəran”ı unutmayıb. İndiki halda isə bunların heç biri yoxdu. Sanki AFFA-nın baş katibi Lənkərana şəhərə salam verməyə gedibmiş. Çox təəssüf.
AMAL

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:261
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 12 Dekabr 2025 00:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see376

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see371

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see286

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see253

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see245

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see243

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see240

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see230

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see225

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see224

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see214

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see203

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see200

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see195

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see194

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see186

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see185

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see184

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see181

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri