Icma.az
close
up
RU
20 yanvar faciəsinin 35 ci ildönümü Akademik Musiqili Teatrda da anıldı…

20 yanvar faciəsinin 35 ci ildönümü Akademik Musiqili Teatrda da anıldı…

Tribuna saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

20 Yanvar faciəsinin 35-ci ildönümü ilə əlaqədar Azərbaycan Dövlət Akademik Musiqili Teatrında “Bir nəfəs qədər” tamaşası nümayiş olunub.
Tamaşadan öncə faciə qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Rejissor Samir Qulamov müəllifi və quruluşçu rejissoru olduğu səhnə əsəri haqqında ətraflı məlumat verib, tamaşanın bugünkü nümayişinin heç də təsadüf olmadığını bildirib:
“35 il öncə xalqımızın igid övladları qanlı imperiya ordusunun törətdiyi faciədə qəhrəmancasına şəhid oldular. Müstəqilliyimizin təməlinin qoyulduğu o illərdə uşaq olsam da, hadisələr əbədi olaraq yaddaşıma həkk olunub. 44 Günlük Vətən müharibəsində də Azərbaycan Ordusunun qəhrəman oğulları və xalqımızın birliyi məni vətənpərvərlik ruhlu silsilə sənədli filmlər çəkməyə daha da ilhamlandırdı.
Akademik Musiqili Teatr olaraq biz 44 Günlük Vətən müharibəsində səhnədən səngərə, yorulmadan fəaliyyət göstərdik və informasiya müharibəsinə öz töhfələrimizi müxtəlif layihələrimizlə verməyə çalışdıq.
Məsələn, “Döyüşən Teatr” sənədli filmində teatrımızın işıqçısı, 19 yaşlı şəhid Əliağa Məmmədov və digər əməkdaşlarımızdan söhbət gedir.
Bugünkü tamaşada şəhid anası obrazını canlandıran Gülnarə Abdullayevanın oğlu Elnur Abdullayev də II Qarabağ müharibəsinin iştirakçısı olub, hətta mühasirədə şəhid olması barəsində xəbərləri də yayılmışdı. Qalib əsgər kimi dönüşü hamımızı sevindirdi.
Teatrımızın direktoru Əməkdar incəsənət xadimi, fəlsəfə doktoru Əliqismət Lalayev elə həmin ərəfələrdə verdiyi müsahibələrinin birində bildirdi ki, mən bu haqq savaşında qalib gələcəyimizə çox inanıram və qürur tariximizin şərəfinə teatrda tam fərqli janrda bir səhnə əsəri hazırlayacağıq.
Xatırladım ki, şəhid analarına həsr olunan “Bir nəfəs qədər”in ilk nümayişi qələbəmizin 1-ci ildönümü münasibətilə təqdim edilib və həmin gün elə ilk tamaşaçılarımız şəhid, qazi anaları və onların ailə üzvləri olublar”.
Qeyd edək ki, SSRİ Xalq artisti Fikrət Əmirovun musiqisi əsasında hazırlanan tamaşanın ideya müəllifi və bədii rəhbəri Əməkdar incəsənət xadimi, fəlsəfə doktoru Əliqismət Lalayevdir.
Səhnə əsərinin quruluşçu dirijoru və musiqi tərtibatçısı Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, quruluşçu rəssamı Vüsal Rəhim, quruluşçu baletmeysteri Əməkdar artist Leyla Ağayeva, konsertmeysteri Kamil Həsənov, rejissor assistentləri Sevinc Məmmədova və Əmrah Dadaşovdur.
Tamaşada gənc pianoçu Kamil Həsənovun da fortepiano musiqisindən istifadə olunur.

40
Rollarda Əməkdar artist Nahidə Orucova, Prezident mükafatçıları Səmədzadə Xasiyev, Hüseyn Əlili, aktyorlar Gülnarə Abdullayeva, Gülcahan Salamova, Əmrah Dadaşov, İbrahim Əlizadə, Ofeliya Novruzqızı, Əli Kərimov, Murad Əliyev, balet artistləri İranə Kərimova, Röya Mehralızadə, Kamran Həsənov iştirak ediblər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:149
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 20 Yanvar 2025 19:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see264

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see245

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see236

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see234

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see233

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see219

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see211

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see195

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see193

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see184

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see184

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see181

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see167

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see160

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see159

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see156

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see145

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri