Icma.az
close
up
RU
Ağ Ev Trampın əlindəki göyərmələrin səbəbini açıqladı FOTO

Ağ Ev Trampın əlindəki göyərmələrin səbəbini açıqladı FOTO

Milli.az saytından alınan məlumata görə, Icma.az bildirir.

İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumu (WEF) çərçivəsində "Sülh Şurası" sənədinin imzalanması zamanı Donald Trampın sol əlinin üstündəki tünd göyərmə izləri diqqət çəkib. Ağ Ev bu vəziyyətin tibbi səbəblərini və hadisənin necə baş verdiyini rəsmən izah edib.

Milli.Az xəbər verir ki, Ağ Evin mətbuat katibi Karolin Livitt (Karoline Leavitt) bildirib ki, Prezident Tramp Davosdakı tədbir zamanı əlini imza masasının kənarına vurub və nəticədə bu göyərmə yaranıb. Fotoşəkillər və videolar sübut edir ki, imza mərasiminin əvvəlində göyərmə yox idi, lakin masada əyləşdikdən təxminən 10 dəqiqə sonra izlər aşkar görünməyə başlayıb.

Ağ Ev rəsmiləri və prezidentin şəxsi həkimi Dr. Şon Barbabella Trampın əllərinin niyə bu qədər tez göyərdiyinə aydınlıq gətiriblər. Bunun əsas səbəbi prezidentin hər gün qəbul etdiyi aspirindir.

Tramp "Wall Street Journal"a müsahibəsində bildirib ki, o, həkimlərin tövsiyə etdiyindən daha yüksək dozada - gündə 325 milliqram aspirin qəbul edir.

Prezident aspirin qəbulunun qanı durulaşdırmaq üçün faydalı olduğunu iddia edir. Lakin tibbi olaraq, bu qədər yüksək doza aspirin qəbulu dərinin altında qansızmalara və ən kiçik zərbədən belə ağır göyərmələrə (hematoma) səbəb olur.

Trampın sağ əlindəki bənzər göyərmələr artıq uzun müddətdir ki, mətbuatın gündəmindədir. Prezidentin bu izləri bəzən ağır makiyaj və ya sarğılarla gizlətməyə çalışması onun ümumi sağlamlıq vəziyyəti ilə bağlı suallar doğurmuşdu. Lakin həkimlər bu vəziyyətin qocalma ilə birlikdə damarların həssaslaşması və aspirin terapiyasının yan təsiri olduğunu vurğulayırlar.

Mayo Klinikasına görə, infarkt və ya insultun qarşısını almaq üçün tövsiyə olunan standart "aşağı doza" aspirin miqdarı adətən 81 milliqramdır. Trampın istifadə etdiyi doza isə bundan təxminən dörd dəfə çoxdur.
Lalə Qüdrətova
Milli.Az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:391
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 23 Yanvar 2026 01:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

17 Noyabr 2026 09:13see443

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

17 Noyabr 2026 05:32see335

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

17 Noyabr 2026 23:52see314

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

17 Noyabr 2026 13:59see307

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see291

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

17 Noyabr 2026 09:14see291

2027 ci ildən Bakıya köç daha da artacaq?

17 Noyabr 2026 23:20see281

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

17 Noyabr 2026 14:53see262

Faiq Qarayev beynəlxalq turnirdə iştirak edəcək Azərbaycanın voleybol millisinin üzvləri ilə görüşüb FOTO

17 Noyabr 2026 14:52see246

Dişlər yaddaş kartımızdır?

17 Noyabr 2026 13:42see241

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

17 Noyabr 2026 23:18see223

Yuxu ilə böyümə hormonu arasında yeni neyron əlaqəsi aşkar edilib

17 Noyabr 2026 12:44see222

Azerbaijan’s macro economy 2025 2026 and future prospects

17 Noyabr 2026 13:48see213

İki zəhərli ilanı təyyarəyə keçirmək istədi

17 Noyabr 2026 23:17see212

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

18 Noyabr 2026 02:03see209

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

18 Noyabr 2026 00:46see200

45 min dollardan Walmart rəflərinə: Bir qadının qəhvə alternativi biznesi

17 Noyabr 2026 14:53see198

Polad Həşimovun anası xəstəxanadan evə buraxılıb TƏBİB

18 Noyabr 2026 01:24see194

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

18 Noyabr 2026 01:52see194

Nənə tarladan 20 min qiyməti olan qızıl tapıb

18 Noyabr 2026 02:56see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri