Icma.az
close
up
RU
20 Yanvar günü Azərbaycan xalqının tarixinin faciəli, kədərli səhifəsi olduğu kimi, eyni zamanda qəhrəmanlıq, rəşadət səhifəsidir

20 Yanvar günü Azərbaycan xalqının tarixinin faciəli, kədərli səhifəsi olduğu kimi, eyni zamanda qəhrəmanlıq, rəşadət səhifəsidir

Ses qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Mixail Qorbaçovun keçmiş SSRİ Mərkəzi Komitəsinin rəhbərliyinə gəlişindən sonra “yenidən qurma” adı altında siyasi proseslərə start verildi. 1985-ci ildə başlanmış bu proses 1988-ci ildə artıq elə bir sonluğa gətirib çıxartdı ki, SSRİ adlı rus imperiyasının dağılmasını labüd etdi. Bunu da şərtləndirən əsas səbəblər SSRİ yaradılarkən bu birliyə daxil olan bütün xalqlara bərabər hüquq və azadlıqların veriləcəyi, ərazidə yaşayan insanlara xoşbəxt gələcəyin təmin ediləcəyi vədlərinin heç birinə əməl edilməməsi və əksinə birliyə daxil olan xalqların istisnasız olaraq rus şovinizminin təsirinin altına salınması, düzgün olmayan iqtisadi, siyasi, beynəlxalq və hərbi siyasətin aparılması nəticəsində SSRİ-nin digər dövlətlərlə müqaisədə inkişaf səviyyəsinin olduqca aşağı səviyyədə olması idi.
20 Yanvar faciəsi xalqımıza qarşı göstərilən ədalətsiz, insanlıqdan kənar, qərəzli, amansız münasibətin nəticəsi kimi qiymətləndirilməlidir. Xalqımız rus imperiyasının təsiri altında yaşadığı dövrdə çoxsaylı ədalətsizliklərlə üzləşməli olub. Tarixi torpaqlarımız parçalanmaya məruz qalıb, xalqımız insanlıq əleyhinə cinayətlərlə üzləşərək daimi yaşayış yerlərini tərk etməli olub, həqiqi tariximiz saxtalaşdırılıb, xalqımız üçün saxta tarix yazılıb, xalqımızın qəhrəman oğulları düşmən obrazında, milli satqınlar isə qəhrəman cildində millətimizə təqdim edilib.
20 Yanvar faciəsini də xalqımıza qarşı aparılan mənfur siyasətin tərkib hissəsi olaraq dəyərləndirməyimiz məncə daha doğru olardı! Keçmiş SSRİ-ni idarə edən heyətin tərkibinə bələd olan hər kəs bilir ki, bu tərkibdə daima erməni millətinin nümayəndələri olub və onlardan xalqımıza qarşı maşa kimi istifadə edilib. SSRİ Mərkəzi Komitəsinin baş katibi Mixail Qorbaçovun da ətrafında erməni daşnak tör-töküntüləri çoxluq təşkil edirdi. Bunlardan biri də M.Qorbaçovun köməkçisi akademik Aqanbekyan idi və 1980-ci ilin sonlarında Fransada səfərdə olarkən “Humanite” jurnalına müsahibəsində Azərbaycanın ayrılmaz tərkib hissəsi olan keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistana birləşdirilməsinin ilk dəfə səsləndirmiş və bunu iqtisadi cəhətdən əsaslandırmağa çalışmışdı. Bundan az bir müddət keçdikdən sonra Ermənistanda və keçmiş Dağlıq Qarabağ ərazisində ermənilərin etiraz nümaişləri başlandı. Keçmiş SSRİ rəhbərliyi erməniləri cəzalandırmaq əvəzinə, əksinə proseslərin dərinləşməsi, milli ədavətin qızışdırılması yolunu tutdu. Keçmiş SSRİ Dövlət Təhlükəsizliyi Komitəsi bu işdə xüsusi fəaliyyət göstərdi, Xankəndində keçirilən ilk etiraz mitinqlərini, Sumqayıt və 1990-cı ilin 20 Yanvar öncəsi Bakıda bir neçə ermənilərin qətlə yetirilməsini süni şəkildə onlar təşkil etdilər ki, əllərinə bəhanə keçirib xalqımıza qarşı bu vandal aktını törədə bilsinlər.
20 Yanvar faciəsindən öncə də Alma – Ata-da, Tiflisdə və Volnusda silah yolu ilə keçmiş SSRİ rəhbərliyi etirazları yatırmışdı. Lakin onların heç birində Azərbaycanda olduğu kimi qəddarlıq nümaiş etdirməmişdilər.
Yanvar ayının 19-da artıq bütün hazırlıq işləri başa çatdırıldı. Emisarlar və milli satqınlar məhz həmin gecə xalqın axın-axın meydanlara, küçələrə çıxmasını təmin etdilər. Faciənin baş verəcəyi haqqında əvvəlcədən məlumatı olan xəyanətkar rəhbərlər xalqı xəbərdar etmədilər. Həmin gün telestudiyanın enerji bloku partladıldı. Fövqəladə vəziyyət rejimi haqqında Sov.İKP MK-nın Baş katibi M.S.Qorbaçovun fərmanı isə qırğından sonra elan edildi. Bütün bunlar təsadüf yox, mənfur bir planın dəqiq hazırlanmış ssenarisi əsasında baş tutdu.
Yanvar ayının 19-dan 20-nə keçən gecə rus-erməni ordu birləşmələri imperiya hərb maşınının ən yüksək texnika ilə təchiz olunmuş halda Bakıya daxil oldular və amansız qırğın törətdilər. Artıq faciə ilə üzbəüz dayandığını başa düşən Azərbaycan xalqı geri çəkilmədi. Bu da bəşər tarixində yeni bir qəhrəmanlıq nümunəsi oldu. Bakıda və respublikanın rayonlarında 147 nəfər qətlə yetirildi, 744 nəfər yaralandı, 841 nəfər isə həbs olundu. Bu, sözün əsl mənasında, öz hüquqları və azadlığı uğrunda ayağa qalxan xalqın inam və iradəsini sıradan çıxarmaq və Sovet hərb maşınının gücünü nümayiş etdirmək məqsədi ilə həyata keçirilmiş qanlı cinayət idi.
Böyük bir imperiyanın güc nazirliklərini təmsiledən generalların Bakıda oturub bilavasitə rəhbərlik etdikləri 20 yanvar əməliyyatı barbar bir qırğınla sona çatdı. Ancaq nə bu cəza, nə də ondan sonrakı müsibətlər Azərbaycan xalqının iradəsini qıra bilmədi. Azadlıq uğrunda - müstəqillik yolunda dönmədən mübarizə aparan xalqımız sonunda öz məqsədinə nail oldu.
Nəzərə alsaq ki, Bakıya göndərilən ordunun tərkibinə Rostov və Krasnodar vilayətlərindən erməni daşnaklarının cəlb edilməsi faktı onu təsdiq edir ki, Bakıda planlaşdırılan qətliam qəddarlığı ilə daha amansız olmalı və Azərbaycan xalqına göz dağı verilməli idi. Belə də oldu. Rus imperiyası 20 Yanvar faciəsini törətməklə öz mahiyyətini ortaya qoymuş oldu. 20 Yanvar imperiya üçün heç bir mənəvi və insani dəyərin olmadığını təsdiq etdi.
20Yanvara birmənalı qiymət vermək məncə yanlış olardı. Xalqımıza qarşı törədilmiş qətliamı faciə idisə, digər tərəfdən xalqımızın qəhrəmanlıq salnaməsidir və gələcək nəsillərimiz üçün örnək nümunəsidir.

Vahid Əliyev
YAP Xocalı rayon təşkilatının sədri

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:103
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 16 Yanvar 2026 15:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda doğumlar kəskin azaldı rəqəmlər nə deyir?

14 Yanvar 2026 18:32see236

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see234

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

15 Yanvar 2026 06:34see194

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see189

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

14 Yanvar 2026 19:33see183

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see177

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

15 Yanvar 2026 00:45see171

İspaniyada həkimlər etiraz aksiyasına başlayıb, Həmkarlar dəstək verdi Görəsən AHİK belə hallarda hansı addımı atar?

14 Yanvar 2026 16:47see163

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

14 Yanvar 2026 19:11see159

İsrail bu aviabazadan personalı təxliyə edir

15 Yanvar 2026 04:22see150

Sumqayıt ın Antalya toplanışı

14 Yanvar 2026 21:27see149

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

15 Yanvar 2026 00:28see146

Bizə məlumat verdilər ki, İranda qətllər dayanıb, yoxlayacağıq

15 Yanvar 2026 04:23see144

Astroloqların proqnozu: 2026 cı ildə hansı bürclər ən yaxşı maliyyə perspektivi və gəlirə sahib olacaq?

15 Yanvar 2026 04:21see143

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

15 Yanvar 2026 04:37see141

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see136

Mədəniyyət Nazirliyində “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüş keçirilib

14 Yanvar 2026 18:51see134

Qaraciyəri toksinlərdən təmizləyən təbii vasitə

15 Yanvar 2026 04:52see129

Bu ərazilərdə mədəni irsə dəyən zərərlə bağlı tədbirlər planı hazırlanacaq

15 Yanvar 2026 00:29see129

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri