Icma.az
close
up
RU
“20 Yanvar” keçidindəki ticarət obyektləri niyə açılmır?

“20 Yanvar” keçidindəki ticarət obyektləri niyə açılmır?

Icma.az, Konkret.az portalına istinadən məlumatı açıqlayır.

Bakı metrosunun “20 Yanvar” stansiyasının yeraltı keçidində on illərdir fəaliyyət göstərən sahibkarlar 17 aydır ki, səbəbsiz yerə işsiz qaldıqlarını iddia edirlər.

KONKRET.az demokrat.az-a istinadən xəbər verir ki, 1998-ci ildən fəaliyyət göstərən “Klassik Aİ LTD” MMM-in ticarət sahələri COP29 tədbirləri bəhanə gətirilərək bağlansa da, tədbirdən aylar keçməsinə baxmayaraq hələ də açılmasına icazə verilmir.

Şirkət rəhbərliyi və işçiləri bildirir ki, Bakı şəhəri İcra Hakimiyyət əməkdaşları tərəfindən heç bir rəsmi bildiriş verilmədən dayandırılan fəaliyyət artıq ciddi iqtisadi və mənəvi böhrana səbəb olub.

Sahibkarın sözlərinə görə fəaliyyətin bərpası üçün Prezident Administrasiyası daxil olmaqla bütün aidiyyəti dövlət qurumlarına müraciət edilib.

Maraqlısı budur ki, bir çox səlahiyyətli qurumlar ticarət fəaliyyətinin bərpasında heç bir problemin olmadığına dair müsbət rəy versələr də, faktiki olaraq işə başlamaq istəyən sahibkarlar hər dəfə müqavimət ilə üzləşirlər.

Şirkət rəhbərliyi hesab edir ki, bu problem süni şəkildə yaradılıb və bəzi məmurların qərəzli yanaşmasından qaynaqlanır.

Məsələnin əhəmiyyəti ondadır ki, bu cür hallar ölkədə sahibkarlıq mühitinin inkişafına mane olur və Prezidentin ictimai nəzarət çağırışlarına dəstək verən vətəndaşların fəaliyyətinə kölgə salır. 17 aydır bağlı qalan müəssisə vergi, sosial sığorta və dövlət əmlak xidməti qarşısında öhdəliklərini yerinə yetirə bilmədiyi üçün əlavə sanksiyalarla üz-üzə qalıb.

Bir ildən artıq davam edən bu “qeyri-rəsmi” qadağa onlarla ailənin çörək pulundan məhrum olması deməkdir. Müəssisənin bağlı qalması təkcə sahibkarın itkisi deyil, həm də dövlət büdcəsinə ödənilməli olan vergilərin kəsilməsi və onlarla vətəndaşın işsizliklə mübarizə aparmasıdır.

Qeyd edək ki, “Klassik Aİ LTD” MMM-in işçi heyəti yaxın günlərdə fəaliyyətlərini bərpa etmək üçün aidiyyəti nazirliklərə və Bakı şəhər rəhbərliyinə sonuncu dəfə kollektiv müraciət ünvanlayıblar.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:193
embedMənbə:https://konkret.az
archiveBu xəbər 19 Yanvar 2026 16:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see316

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see288

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see287

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see278

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see277

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see269

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see268

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see265

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see260

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see253

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see240

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see237

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see229

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see222

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see221

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see220

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see218

Gecə tərləmələri hansı hallarda ciddi xəstəliyin əlaməti ola bilər? HƏKİM AÇIQLADI

30 Oktyabr 2026 12:14see206

Qışda sağlam qalmaq üçün bunlara diqqət EDİN

30 Oktyabr 2026 10:18see205

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see203
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri