"20 Yanvar"da ticarət obyektləri açılacaq VİDEO
Bakupost portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Bakupost.az xəbər verir ki, ticarət obyektlərinin aqibəti həm yerli sakinlər, həm də sahibkarlarda maraq doğurur. Kimi buranın açılacağını, kimi isə tamamilə fəaliyyətinin dayandırıldığını deyir.
Sahibkarlar söyləyirlər ki, onlara bu barədə heç bir məlumat verilmir.
"Bilmək istəyirik ki, bizim aqibətimiz necə olacaq? Burada qalıb işləmək şansımız varmı, yoxdursa, səbəbi nədir? 200-ə yaxın insan işləyirdi, indi hamısı işsiz qalıb", - deyə obyekt sahibi bildirib.
Məsələ ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən isə qeyd edilib ki, bu məsələnin həlli onların səlahiyyəti çərçivəsində deyil.
Bir sözlə, 3 aya yaxındır ki, fəaliyyəti dayandırılan ticarət obyektlərinin kim tərəfindən və hansı səbəblərdən bağlanması məlum olmadığı kimi, açılması da naməlumdur.
Daha ətraflı Baku TV-nin süjetində:
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:89
Bu xəbər 27 Noyabr 2024 00:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















