20 Yanvar şəhidlərinin əziz xatirəsinə həsr olunmuş virtual sərgi istifadəçilərə təqdim edilib AZƏRTAC
Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Bakı, 20 yanvar, AZƏRTAC
Azərbaycan tarixinin ən faciəli hadisələrindən olan, eyni zamanda xalqımızın azadlıq və müstəqillik mübarizəsinin növbəti qəhrəmanlıq səhifəsi hesab edilən qanlı 20 Yanvar hadisəsindən 35 il ötür. Bu münasibətlə Milli Kitabxanada 20 Yanvar şəhidlərinin əziz xatirəsinə həsr olunmuş “20 yanvar – Qəhrəmanlıq və qürur günümüzdür!” adlı virtual sərgi onlayn rejimdə istifadəçilərə təqdim edilib.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, virtual sərgidə bu faciəni əks etdirən fotolar, unudulmayan tarix, tariximizin şəhid qanı ilə yazılmış hünər səhifəsi – 20 Yanvar faciəsi, qanlı hadisələrə ilk kəskin etiraz edən Ulu Öndər Heydər Əliyevin prinsipial mövqeyi, Bakıda törədilmiş faciə haqqında dövri mətbuatda çap olunan məqalələr, Milli Kitabxananın fondunda mühafizə olunan Azərbaycan və xarici dillərində ədəbiyyatlar nümayiş olunur.
Virtual sərgi ilə https://anl.az/el/vsb/20_Yanvar_Qurur_gunumuz/index.htm linkindən istifadə edərək tanış ola bilərsiniz.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:123
Bu xəbər 20 Yanvar 2025 10:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















