Qətər ABŞ dən əlavə mayeləşdirilmiş təbii qaz almaq üçün danışıqlar aparır
Azertag saytına istinadən Icma.az xəbər verir.
Bakı, 6 noyabr, AZƏRTAC
Qətərin dövlətə məxsus “QatarEnergy” şirkəti ABŞ-dən əlavə mayeləşdirilmiş təbii qaz (LNG) almaq üçün uzunmüddətli müqavilələr bağlamaq barədə danışıqlar aparır.
AZƏRTAC xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.
Məlumata görə, şirkət qarşıdakı aylarda ildə 3-6 milyon ton LNG tədarükünü nəzərdə tutan müqavilələr imzalamağı planlaşdırır.
Qeyd edək ki, oktyabr ayında Avstraliyanın “Woodside Energy” şirkəti ABŞ-nin Luiziana ştatında tikilən LNG zavodundan Qətərə 20 il ərzində ildə 3 milyon ton qaz tədarük etmək barədə razılığa gəlib.
Qətər ABŞ və Avstraliyadan sonra dünyanın üçüncü ən böyük mayeləşdirilmiş təbii qaz ixracatçısıdır. Ölkənin hazırkı LNG istehsal gücü ildə 77 milyon ton təşkil edir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:125
Bu xəbər 06 Noyabr 2026 06:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















