Icma.az
close
up
RU
20 yanvardan sonra yeni mərhələ BAŞLAYACAQ

20 yanvardan sonra yeni mərhələ BAŞLAYACAQ

Icma.az bildirir, Modern.az portalına istinadən.

Gələn ilin yanvarın 20-də andiçmə mərasimi ilə Ağ Evdə yerləşəcək Donald Tramp hələ işə başlamamış beynəlxalq aləmdə onun özü və administrasiyası üçün yaxşı start vəziyyəti yaranıb. Tramp seçki kampaniyası dövründə “andiçmədən dərhal sonra Rusiya-Ukrayna müharibəsini bitirəcəm” deyirdi. O Prezident səhaliyyətinə başlamamış Rusiya və Ukraynada atəşkəsdən danışmağa başlayıblar.
Modern.az-ın məlumatına görə, “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu Tarampla bağlı gözləntiləri şərh edib.
E.Şahinoğlu deyib ki, Trampın əsas diqqət edəcəyi məsələlərdən biri Rusiya-Ukrayna müharibəsi olacaq:
“Hər iki tərəfdə müharibədən yorğunluq hiss olunur. Hazırkı gedişat Trampın xeyrinədir. Ukrayna Prezidenti Volodimir Zelenski ilk dəfə “müharibə yolu ilə itirdiklərimizi geri qaytarmaq çətin olacaq” kimi açıqlamalar verməyə başlayıb. Zelenski özünü və xalqını ona hazırlayır ki, Trampın prezidentliyi dövründə ABŞ-ın Ukraynaya maliyyə və hərbi dəstəyi azala bilər. Bu isə Ukraynanın müharibəni davam etdirmək imkanlarını azaldacaq. Buna görə də Zelenski müvafiq şərtlər daxilində müharibənin dayandırılması ehtimalını səsləndirməyə başlayıb. Tramp və onun adminstrasiyasına da elə bu lazımdır. Kreml də atəşkəsin əleyhinə deyil, çünki bu halda işğal etdiklərini əlində saxlaya biləcək”.
Ekspertin sözlərinə görə, Suriyadakı son olaylar da Tramp üçün faydalıdır:
“Əsəd rejiminin yıxılmasıyla ABŞ hərbi qüvvələrinin Suriyada qalmasının aktuallığı azalıb. Tramp da bunu istəyir. Bundan başqa, ABŞ-ın PKK və ona bağlı terroqçu qruplara dəstək verməsinin əhəmiyyəti qalmayıb. Suriyada hakimiyyəti ələ keçirən qüvvələr Türkiyənin dəstəyi ilı PKK-nın Suriyada nəzarət etdiyi bölgələrini ard-arda ələ keçirirlər”.
E.Şahinoğlunun sözlərinə görə, Donald Trampın başqa dövlətlərlə sərt iqtisadi və miqrasiya siyasətinə hazırlaşanlar da var.
“Tramp ABŞ-ın iki qonşusu olan Meksika və Kanadanın ünvanına ciddi xəbərdarlıqlar edib. Çin də Trampın prezidentliyinə hazırlaşır. Tramp Çin məhsullarına rüsumları artıracaq. ABŞ Ticarət Komissiyasının son hesabatına görə, bir vaxtlar ABŞ-da dominant geyim tədarükçüsü olan Çinin 2013-2023-cü illər arasında bazar payı 16,4 faiz aşağı düşüb. Bundan da Çinə qonşu olan Vyetnam, Banqladeş, Hindistan və Kamboca faydalanıblar. Trampın “ilk növbədə Amerika” şüarı yerli istehsalın artmasına hədəflənib”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:158
embedMənbə:https://modern.az
archiveBu xəbər 12 Dekabr 2024 12:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Navai taksi sürücüsü işlədiyi günləri xatırladı Foto

16 Avqust 2026 13:25see373

İran ABŞ hərbçilərini bu tətbiqlə izləyir Açıqlama

17 Avqust 2026 20:03see284

İran AzTV ilə bağlı qərarını açıqladı

16 Avqust 2026 20:34see240

Günay Peruda dincəlir Fotolar

16 Avqust 2026 15:28see224

Yəməndə husilərə qarşı 181 hərbi əməliyyat keçirilib

16 Avqust 2026 15:01see219

Azərbaycanın tranzit yükdaşımaları bərpa etməsi xoşniyyətli siyasətin göstəricisidir

17 Avqust 2026 12:27see213

​Komitə sədrindən həyəcanlı çağırş “Bu acı böhranı yalnız...”

16 Avqust 2026 15:16see202

Yaşlanmaya son verilir: Alimlər ilk dəfə insan hüceyrələrini “cavanlaşdırmağa” başladı

16 Avqust 2026 21:33see199

Kimlər aclığa dözə bilmir? Həkimdən məsləhət

17 Avqust 2026 04:01see198

Duran "Seltik"də daha bir qol vurdu

16 Avqust 2026 12:12see194

Türkiyənin Giresun vilayətində sel 5 nəfəri apardı

17 Avqust 2026 05:40see182

Tbilisi Bakı qatarında bilet qıtlığı: “ADY bilet qaytarmaqdan faiz qazanır” iddiası

17 Avqust 2026 12:31see177

Rusiyada Wildberries in neçə obyektinə ZƏRBƏ ENDİRİLİB? FOTO/VİDEO

16 Avqust 2026 15:26see174

Serbiyada Dunay çayında suyun səviyyəsi son 100 150 ilin minimumuna düşüb

16 Avqust 2026 07:56see163

Hamımız bu məğlubiyyətdən dərs çıxarmalıyıq İsmayıl Kartal

16 Avqust 2026 12:19see161

12 il əvvəl də belə olmuşdu

16 Avqust 2026 12:52see160

Müslüm Maqomayevin doğum günüdür

17 Avqust 2026 00:04see159

Azərbaycanda general vəfat etdi FOTO

16 Avqust 2026 12:16see157

Zimbabvedə 84 nəfərin öldüyü bərə qəzasının səbəbləri araşdırılır

17 Avqust 2026 01:12see156

Psixoloqlar açıqladı: Tətili gözəl keçirmək istəyirsinizsə...

16 Avqust 2026 23:01see155
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri