SEPAH ABŞ nin Küveytdəki bazasına zərbələr endirib
Azpolitika.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) pilotsuz uçuş aparatları bu gün səhər ABŞ-nin Küveytdəki "Əli əs-Saləm" hərbi bazasında "Patriot" HHM sistemlərinə, həmçinin PUA və raketlərin buraxılış qurğularına hücum edib.
"AzPolitika" "Report"a istinadla xəbər verir ki, bu barədə SEPAH-ın bəyanatında deyilir.
Bundan əvvəl Küveyt ordusu "X" sosial şəbəkəsində onun hava hücumundan müdafiə qüvvələrinin düşmənin pilotsuz uçuş aparatlarının kütləvi hücumunu dəf etdiyini bildirmişdi.
"Quru qoşunlarının Baş Qərargahı bildirir ki, eşidilən hər hansı partlayış səsləri hava hücumundan müdafiə sistemlərinin düşmən hücumlarını dəf etməsinin nəticəsidir", – bəyanatda bildirilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:119
Bu xəbər 18 Noyabr 2026 08:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















