Icma.az
close
up
RU
200 manat ver və uşağı döy...

200 manat ver və uşağı döy...

Cebheinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Uşağı “tərbiyə etmək məqsədilə” fiziki təsir göstərən və psixoloji olaraq sıxışdıran valideyn və müəllim cərimələnəcək.

Yeni dəyişiklik İnzibati Xətalar Məcəlləsinin  525-1-ci maddəsində əksini tapıb. Valideynlər (onları əvəz edən şəxslər), uşaqlara nəzarəti həyata keçirmək vəzifəsini daşıyan təhsil, tibb, sosial xidmət, idman, mədəniyyət, istirahət müəssisələrinin və penitensiar müəssisələrin işçiləri tərəfindən uşağa qarşı cismani cəzanın tətbiqinə, yəni tərbiyə etmək məqsədilə və ya intizam tədbiri kimi uşağa qarşı fiziki və (və ya) psixoloji zorakılığın törədilməsinə görə 200 manat məbləğində cərimə ediləcək. İndi cəmiyyəti bir sual düşündürür.

Hansı daha effektivdir: 200 manat cərimə, yoxsa uşaq tərbiyəsi?

Mövzu ilə bağlı “Cümhuriyət”-ə açıqlamasında AĞ Partiyanın başqanı Tural Abbaslı bildirib ki, hər şeyi sərt şəkildə qanunlaşdırmaq düzgün nəticə verməyə bilər:

“Bu məsələ çox müzakirə və mübahisəli mövzulardandır. Çünki qanunun özündə anlayışların izahına ciddi ehtiyac var. Məsələn, “cəza tədbirləri”, “psixoloji təzyiq” kimi ifadələr olduqca geniş və qeyri-müəyyən məna daşıyır. Bu isə suallar yaradır: nəyə şiddət deyilir, hansı hallarda tətbiq olunan tədbir cəza hesab olunur, psixoloji təzyiq konkret olaraq nəyi əhatə edir?

Düşünürəm ki, hər şeyi belə qanuna salıb, qanuniləşdirib insanları robotlaşdırmaq olmaz. Bizim millət olaraq min illərdən bəri gələn ailə dəyərlərimiz, ailə münasibətlərimiz var. Sosial cəmiyyətdə münasibətlərimiz, məktəbdə şagird–müəllim münasibətləri var. Qədim vaxtlarda isə şagird–müəllim, ustad–müəllim və mədrəsədə müəllim–şagird münasibətləri sistemi vardı".

T. Abbaslı bu məsələlərin hamısını qanuniləşdirib, üstəlik yarımçıq hazırlanmış şəkildə qanuna salmağı doğru hesab etmir:

“Çünki bunun fəsadları çox ola bilər. Belə görünür ki, bu qanunların məqsədi əslində cəmiyyətdə uşaqların müdafiəsindən daha çox cərimələrin toplanması, bunun üçün hüquqi əsasların yaradılmasıdır. 

Yoxsa hansı valideyn dünyaya gətirdiyi övladına işgəncə verər, döyər? Valideyn övladını sevdiyinə və onun gələcəyini düşündüyünə görə müəyyən təsir imkanlarından istifadə etməyə çalışır. 

Yaxud müəllim nüfuz sahibi olmayan yerdə hansı şagird dərs oxuyar, hansı şagird nizam-intizama əməl edər, hansı şagird elm öyrənər?”

T. Abbaslı qeyd edib ki, hər şeyi qanuna salmaq düzgün deyil:

“Xüsusilə belə yarımçıq, “çiy” qanun layihələrini gətirib cərimə mexanizmləri ilə tətbiq etmək doğru deyil. Cəmiyyətimizdə istisnalar həmişə var – qatillər də, mərhəmətli insanlar da var. 

İndi bir qatilə, yaxud istisna hallara görə minlərlə valideynin öz övladı qarşısında hansısa addımı atmasını qadağan etmək, yaxud müəllimlərə şagirdə söz deməyi məhdudlaşdırmaq düzgün deyil.

Məncə, bu, tam hazırlanmamış və Azərbaycan cəmiyyətinin reallıqlarını nəzərə almayan qanun layihəsi idi. Ümumiyyətlə, belə məsələlərin ictimai müzakirələri aparılmalıdır.  Bizdə isə son dövrlər ictimai müzakirələr aparılmır, qanun layihələri qəbul olunandan sonra müzakirə edilir”.

Gülər Həsənli
"Cebheinfo.az"

Açar sözlər: tərbiyə Tural Abbaslı

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:168
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 24 Aprel 2026 11:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see767

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see695

Nikolay Baskov boşanmasının əsl səbəbini açıqladı

12 Oktyabr 2026 06:32see272

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see255

Yuxu rejimini dəyişməyin sadə YOLU

12 Oktyabr 2026 10:57see239

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see235

Almaniya Aİ səhiyyəsini hərbi böhrana hazır olmağa çağırıb

12 Oktyabr 2026 09:53see228

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see226

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see213

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see206

Vüqar Oruc Qüdsi Osmanovla görüşdü

12 Oktyabr 2026 21:13see191

La Liqa: Valensiyada triller

13 Oktyabr 2026 01:11see186

İranın növbəti təxribatı hicaba siyasi don geyindirmək istədilər VİDEO

12 Oktyabr 2026 21:10see185

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

13 Oktyabr 2026 05:08see184

Dünyada ən çox satılan kompüter markaları açıqlandı SİYAHI

13 Oktyabr 2026 02:44see181

“The Atlantic“: Tramp Ukraynanı təslim olmağa məcbur etməyə çalışacaq

13 Oktyabr 2026 00:01see179

17 18 ci əsrlərdə körpələrə niyə dəbilqə taxılırdı?

13 Oktyabr 2026 02:38see178

Ərəb koalisiyası husilərin Səudiyyə Ərəbistanına atdığı ballistik raketləri ələ keçirib

13 Oktyabr 2026 02:36see169

Mask ABŞ də seçkilər ərəfəsində respublikaçıların ən böyük donoru olub

13 Oktyabr 2026 02:58see161

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

13 Oktyabr 2026 09:07see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri