Ronaldo Keynin “Qızıl top”u qazanmasından danışdı: “9 nömrə geri qayıtdı”
Icma.az, Idman.biz portalına istinadən məlumatı açıqlayır.
Braziliya millisinin sabiq hücumçusu Ronaldo “Bavariya”nın futbolçusu Harri Keynin 2026-cı ildə “Qızıl top” mükafatına layiq görülməsini klassik mərkəz hücumçularının dünya futbolunda yenidən ön plana çıxması kimi qiymətləndirib.
İdman.Biz xəbər verir ki, “Stick to Football” podkastının qonağı olan ikiqat dünya çempionu ingiltərəli futbolçunun bu mükafata layiq olduğunu vurğulayıb.
“Bu, çox gözəl idi. Düşünürəm ki, o, mükafata layiq idi. Həm onun, həm də öz adımdan sevindim, çünki 9 nömrə geri qayıtdı. Uzun müddət idi ki, klassik mərkəz hücumçusu belə mühüm mükafat qazanmırdı. Üstəlik, Keyn çox yaxşı insandır. Onun uğuruna həqiqətən sevindim”, - deyə Ronaldo söyləyib.
Keyn 2025/2026 mövsümündə həm “Bavariya”, həm də İngiltərə millisinin heyətində ümumilikdə 73 qol vurub. O, Lionel Messinin 2011/2012 mövsümündə 82 dəfə fərqlənməsindən sonra Avropanın beş aparıcı çempionatında çıxış edən futbolçular arasında bir mövsümdə ən azı 70 qol vuran ilk oyunçu olub.
İngiltərəli hücumçu 2001-ci ildə Maykl Ouenin uğurundan sonra ölkəsinin “Qızıl top” qazanan ilk təmsilçisi kimi tarixə düşüb. Keyndən əvvəl klassik mərkəz hücumçuları arasında bu mükafata sonuncu dəfə 2022-ci ildə Kərim Benzema sahib çıxmışdı. Sonrakı üç ildə isə Lionel Messi, Rodri və Osman Dembele dünyanın ən yaxşı futbolçusu seçiliblər.
Ronaldo müasir futbolda hücumçuların müdafiəçilərin kobud müdaxilələrindən daha yaxşı qorunduqlarına da diqqət çəkib:
“Kaş mənim dövrümdə də belə müdafiə olunaydıq. O vaxt çox əziyyət çəkirdik. Bizim nəslin dövründə hər yerdə amansız müdafiəçilər var idi. Belə futbolçulara qarşı çox oynamışam, amma bizi qorumurdular. İndi, Allaha şükür, hücumçular daha yaxşı qorunurlar və bu, ədalətlidir. Sadəcə, mənim dövrümdə belə olmadığına təəssüflənirəm”.
Qeyd edək ki, 1997 və 2002-ci illərdə “Qızıl top”a sahib çıxan Ronaldo Braziliya millisinin beşinci dünya çempionluğunda mühüm rol oynayıb. Hücumçu 2002-ci il dünya çempionatında yeddi qarşılaşmada səkkiz qol vuraraq turnirin bombardiri olub.
Hazırda Keyn sol ayaq biləyindəki bağın yırtılması səbəbindən meydanlardan kənarda qalıb. Hücumçunun ilin sonunadək meydana qayıdacağı sual altındadır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:53
Bu xəbər 28 Noyabr 2026 09:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















