Icma.az
close
up
RU
Menu

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

57 yaşlı Cennifer Lopez belə formada qalır

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

Haşimoto və hamiləlik: Bu xəstəlik ana olmağa mane olurmu? ARAŞDIRMA

Azərbaycan vasitəsilə Şimal Cənub dəhlizi ilə yükdaşımalar 25 % artıb

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

İncəsənət məktəblərinə 199 yeni müəllim qəbul olunub

Gündə 5 ədədi qanda şəkəri sala bilər

Lavrov ABŞ ı Avropaya nümunə göstərdi: “Siyasi yetkinlik nümayiş etdirirlər” Video

Göbələkdən düzəltdiyi qayıqla okeana çıxdı

T. Edison, S. Dali və A. Eynşteyn yeni ideyalar üçün bu dalğalardan istifadə edib

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

İçində partlayıcı olan deserti yeyən kişi öldü

Şöhrətin zirvəsindən uçuruma: Hər şeyini itirən məşhurlar haqqında 7 film

Bu şokolad apteklərdə reseptlə veriləcək YE, ARIQLA

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

Icma.az, Bakivaxti portalına istinadən məlumat yayır.

Xərçənglə bağlı tədqiqatlarda CDK12 və CDK13 protein kinazaları terapiya üçün perspektivli hədəflər kimi diqqət çəkir. 

Bakıvaxtı.az xəbər verir ki, tədqiqatın nəticələri "EMBO Molecular Medicine" jurnalında dərc olunub.

Bu fermentlər DNT-ni transkripsiya edən RNT-polimeraza II zülal kompleksinə fosfat qrupunun köçürülməsi, yəni fosforlaşma yolu ilə genlərin transkripsiyasını tənzimləyir. CDK12 və CDK13-ün qəbul edilməsi xüsusilə uzun genlərin transkripsiyasını pozur. Bu isə DNT zədələrinin bərpasında qüsurlara və nəticədə xərçəng hüceyrələrinin çoxalmasının qarşısının alınmasına səbəb olur.

Terapevtik potensialına baxmayaraq, bu protein kinazalarını hədəf alan və ağızdan qəbul edilə bilən inhibitorların hazırlanması ləng irəliləyib. Bu, Kioto Universiteti və "Chordia Therapeutics" şirkətinin tədqiqatçılar qrupunu belə bir preparat hazırlamağa, onun effektivliyini və təsir mexanizmlərini yoxlamağa sövq edib.

İlk olaraq tədqiqatçılar CTX-439 adlı CDK12/CDK13 inhibitoru hazırlayıblar. Daha sonra onu müxtəlif xərçəng hüceyrə xətlərində və süd vəzi xərçənginin siçan modellərində sınaqdan keçiriblər. Ardınca komanda CRISPR texnologiyasından istifadə etməklə genetik skrininq aparıb və CTX-439-a qarşı davamlılıqla əlaqəli iki mühüm amil - BCL-2 və BCL-xL zülallarını müəyyən edib. Bu zülallar antiapoptotik xüsusiyyətə malikdir, yəni hüceyrələrin proqramlaşdırılmış ölümünü - apoptozu - dayandırır və bununla da xərçəng hüceyrələrinin çoxalmasına şərait yaradır.

Təhlillər göstərib ki, CTX-439 uzun genlərdə transkripsiyanın uzanmasına mane olur, eyni zamanda MCL1 kimi qısa genlərdə transkripsiyanın normadan artıq davam etməsinə şərait yaradır. Beləliklə, preparat hər iki növ genə effektiv təsir göstərir.

Nəhayət, komanda CTX-439-u BCL-2/BCL-xL inhibitoru ilə birlikdə sınaqdan keçirib. Bu kombinasiya ayrı-ayrılıqda istifadə edilən inhibitorların hər biri ilə müqayisədə apoptozu əhəmiyyətli dərəcədə gücləndirib və effektiv şişəleyhinə aktivlik nümayiş etdirib.

"Bu yüksək selektiv və ağızdan qəbul edilə bilən inhibitorun hazırlanması bizi xərçəngin müalicəsinin yeni üsuluna bir addım da yaxınlaşdırıb. CTX-439-un effektivliyinə təsir edən amillərin müəyyənləşdirilməsi daha güclü şişəleyhinə aktivliyə malik kombinə edilmiş müalicə üsullarının hazırlanmasına gətirib çıxara bilər", - deyə "Chordia Therapeutics Inc." şirkətinin aparıcı elmi əməkdaşı Hiroko Yamakava bildirib.

Tədqiqatçılar CTX-439-un təsir mexanizmlərini daha dərindən öyrənmək və bu araşdırmada istifadə olunan kombinə edilmiş terapiyanı qiymətləndirmək üçün klinikayaqədərki tədqiqatları davam etdirməyi planlaşdırırlar.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:92
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 28 Noyabr 2026 09:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

26 Noyabr 2026 22:31see300

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see295

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

26 Noyabr 2026 18:52see278

57 yaşlı Cennifer Lopez belə formada qalır

26 Noyabr 2026 17:27see277

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

26 Noyabr 2026 19:36see276

Haşimoto və hamiləlik: Bu xəstəlik ana olmağa mane olurmu? ARAŞDIRMA

26 Noyabr 2026 15:04see275

Azərbaycan vasitəsilə Şimal Cənub dəhlizi ilə yükdaşımalar 25 % artıb

26 Noyabr 2026 16:04see269

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

26 Noyabr 2026 22:21see269

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

26 Noyabr 2026 17:46see269

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

26 Noyabr 2026 19:50see262

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

26 Noyabr 2026 21:06see241

İncəsənət məktəblərinə 199 yeni müəllim qəbul olunub

26 Noyabr 2026 18:16see240

Gündə 5 ədədi qanda şəkəri sala bilər

26 Noyabr 2026 20:41see238

Lavrov ABŞ ı Avropaya nümunə göstərdi: “Siyasi yetkinlik nümayiş etdirirlər” Video

26 Noyabr 2026 21:58see233

Göbələkdən düzəltdiyi qayıqla okeana çıxdı

26 Noyabr 2026 18:03see232

T. Edison, S. Dali və A. Eynşteyn yeni ideyalar üçün bu dalğalardan istifadə edib

26 Noyabr 2026 12:32see230

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

27 Noyabr 2026 00:14see230

İçində partlayıcı olan deserti yeyən kişi öldü

26 Noyabr 2026 22:26see226

Şöhrətin zirvəsindən uçuruma: Hər şeyini itirən məşhurlar haqqında 7 film

26 Noyabr 2026 18:26see226

Bu şokolad apteklərdə reseptlə veriləcək YE, ARIQLA

26 Noyabr 2026 20:35see226
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri