Icma.az
close
up
RU
200 minlik limit absurddur: Mərkəzi Bank tənqidə açıqdır

200 minlik limit absurddur: Mərkəzi Bank tənqidə açıqdır

Sherg.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Amma hələ də hökumətdən fərqli düşünə bilmir



Mərkəzi Bankın sədri Taleh Kazımov oktyabr ayının 22-də ekspertlərlə növbəti dəfə görüşüb. Görüş zamanı pul-kredit siyasəti, nəzarət və tənzimləmə çərçivələri, maliyyə sektorunun inkişaf dinamikası, eləcə də mərkəzi bankçılığın aktual məsələləri ətrafında səmərəli və konstruktiv müzakirələr aparılıb. Qeyd edək ki, ekspertlərlə mütəmadi fikir mübadiləsi və ikitərəfli dialoqun inkişafı ictimai rəyin düzgün formalaşmasına, bununla da, Mərkəzi Bankın qərarlarının əhaliyə və tərəfdaşlara daha dolğun və şəffaf şəkildə çatdırılmasına mühüm töhfə verir.


Bank sektoru üzrə mütəxəsis Əkrəm Həsənov Sherg.az-a deyib ki, Mərkəzi Bankın sədri 10 ekspertlə ənənəvi rüblük görüşü zamanı həmişəki kimi açıq və konstruktiv müzakirə şəraitində bütün suallara dolğun və səmimi cavab verdi. Ekspert bildirib ki, bu dəfə əsas mövzular pul siyasəti və vençur maliyyələşməsi idi: 

"O cümlədən bəlli oldu ki, Taleh müəllim Mərkəzi Bankın kollegial qurumlarında həqiqi kollegiallığa şərait yaradaraq səsvermədə sonuncu olaraq iştirak edir və bir neçə dəfə hətta qəbul olunmuş qərarların əleyhinə də səs verib. Bu, digər dövlət qurumları üçün çox yaxşı nümunədir. Mənim sualım bank sistemi üçün ən əhəmiyyətli məsələlərdən biri ilə bağlı idi - əmanətlər haqda. Məlumdur ki, banklar uzunmüddətli əmanətlərdə maraqlıdır. Lakin hazırda bir bank - "Turanbank" uzunmüddətli əmanətlər üçün təhlükə yaradıb. Deməli, müştəri bu banka 100 min dollar əmanət yerləşdirib 2009-cu ildə, 3 il sonra isə vəfat edib. Övladı yalnız indi sənədlərin içində əmanət müqaviləsini və kassa çekini tapıb və notariusa müraciət edib. Lakin "Turanbank" bildirir ki, guya əmanətçi hələ 2010-cu ildə əmanətini çıxarıb. Bank bunu nə ilə sübut edir? Heç nə ilə! Deyir ki, 2016-cı ildə isə bununla bağlı bütün sənədləri məhv edib, çünki Mərkəzi Bankın qaydalarına əsasən sənədləri azı 5 il saxlamalıdır. 5 il bitib, o da sənədləri məhv edib. "Turanbank" demək istəyir ki, banklarımızda 5 ildən çox əmanət saxlamaq çox təhlükəlidir. Bank sistemi üçün bundan böyük təhlükə ola bilməz. Nəyə görəsə İsveçrə banklarına bir əsr sonra da müraciət edib pulunu istəyə bilərsən, amma bizim bir bankımız bütün bank sisteminin nüfuzuna xələl vuraraq belə absurd mövqe nümayiş etdirir. Problem özü də ondadır ki, bu mövqeyi sıravi bank işçisi deyil, bankın İdarə Heyətinin sədri yazılı şəkildə bildirir. Dəhşətdir! İndiyədək bu bank bilmir ki, Mərkəzi Bankın tələbləri sırf banklara aiddir, müştərilərə şamil olunmur. Mərkəzi Bank deyəndə ki, sənədi azı 5 il saxla, bu o deməkdir ki, yoxlamaya gələndə 5 illik sənədləri istəyə bilər. Baş bankir məsələnin araşdırılacağını bildirdi və təsdiq etdi ki, Mərkəzi Bankın tələbləri sırf banklara aiddir, müştərilərə aid deyil. Ümid edirəm ki, digər banklarda belə hallar yoxdur". 


İqtisadçı Eldəniz Əmirov da qeyd edib ki, təxminən 4 saatdək davam edən bu görüşdə bankçılıq və maliyyə sisteminin müxtəlif istiqamətlərini və mövcud vəziyyəti müzakirə ediblər:

 "Mən bir neçə məsələyə, o cümlədən də biznes kreditlərinin kredit portfelində artım dinamikasının yetərli səviyyədə olmamasına diqqət çəkdim. Sahibkarların maliyyə resurslarına çıxış imkanlarını genişləndirəcək təşviqedici mexanizmlərin hazırlanmasının vacibliyini vurğuladım.

Bu arada, mütləq qeyd etməliyəm ki, Mərkəzi Bankın bu cür kommunikasiya platformasını davamlı və sistemli şəkildə təşkil etməsi çox önəmli bir nümunədir. Uzun müddətdir bu dialoq formatı sabit və effektiv şəkildə idarə olunur. Belə açıq, inklüziv və davamlı dialoq ölkədə iqtisadi idarəçiliyin keyfiyyətinə müsbət təsir edən, öyrənilməyə dəyən nümunəvi bir modeldir".


İqtisadçı-ekspert Natiq Cəfərli də qeyd edib ki, MB-nin ekspertlərlə görüşü artıq ənənəyə çevrilib və bu, digər hökumət qurumları üçün də örnək olmalıdır:


 "Təqribən 3 saata yaxın davam edən görüşdə müxtəlif məsələlər ətrafında açıq müzakirələr oldu. Həmkarlarımın qaldırdığı problemlərin bir çoxu hökumətin işi ilə bağlı idi, Mərkəzi Bankın səlahiyyətlərini aşırdı. Sadəcə, hökumət qurumları açıq söhbətdən qaçırlar deyə, məcburən dövlət qurumuna iradlarımızı bildirdik. 

Mənim üçün iki önəmli məsələ oldu. Taleh Kazımov qeyd etdi ki, şəxsən özü və rəhbəri olduğu dövlət qurumu kiçik sahibkarlar üçün 2006-cı ildə tətbiq olunan və israrla dəyişdirilməyən 200 minlik dövriyyə limitinin dəyişdirilməsinin tərəfdarıdır. İndi kiçik sahibkarın dövriyyəsi 200 mini keçən kimi "şanlı" vergi orqanları onları ƏDV-yə cəlb edirlər. 18 faiz əlavə dəyər vergisi ödəyicisinə çevrilirlər. Bu, doğru deyil, 200 minlik məbləğ çox aşağıdır. Ən azı, 500 min manat olmalıdır. Bu problemi illərdir qaldırıram, kiçik sahibkarlara dəstək olmağa çalışıram. Xoş oldu ki, Taleh müəllim də eyni mövqedədir. Mərkəzi Bank ölkədə ÜDM-nin artım tempinin aşağı, inflyasiyanın yuxarı olmasından narahatdır, amma əlində olan alətlərlə bu problemlərin həllində aktiv ola bilmir. Mən onu da əlavə edim ki, indiki iqtisadi sistem o qədər primitivdir ki, MB-nin iqtisadi alətlərlə tənzimləmə imkanlarını məhdudlaşdırır. Deməli, məntiqlə, iqtisadi sistemdə köklü islahatlara getmək lazımdır ki, Mərkəzi Bank da öz requlyativ funksiyalarını effektiv yerinə yetirə bilsin. Mərkəzi Bank tənqidlərə, təkliflərə açıqdır, bu, təqdir olunmalı yanaşmadır. MB dövlət qurumu olaraq elə özü də hökumətin sistemdaxili tənqidçisinə çevrilməlidir, bax bu hələ ki, baş vermir". 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:199
embedMənbə:https://sherg.az
archiveBu xəbər 24 Oktyabr 2025 10:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see337

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see267

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see256

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see225

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see220

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see217

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see213

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see212

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see208

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see207

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see198

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see197

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see195

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see189

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see188

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see188

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see188

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see182

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see179

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri