2002 ci ildən bağlı qalan Rusiya aeroportları yenidən açılmağa hazırdır
Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Moskva, 21 noyabr, AZƏRTAC
Rusiyanın 2022-ci ildən bəri müvəqqəti bağlanmış bütün hava limanları yenidən açılmağa tam hazırdır, lakin onların təkrar fəaliyyətə başlaması qərarı “Rosaviatsia” tərəfindən verilməyib.
AZƏRTAC xəbər verir ki, “Rosaviatsia”nın rəhbəri Dmitri Yadrovun sözlərinə görə, uçuşların bərpası yalnız risklərin qiymətləndirilməsindən və tam təhlükəsizliyin təmin edilməsindən asılıdır. O əlavə edib ki, “Rosaviatsia” məhdudiyyətlərin qaldırılması ilə bağlı son qərarı verən Rusiya Müdafiə Nazirliyi ilə daimi dialoqdadır. Yalnız bundan sonra müntəzəm mülki uçuşlar üçün hava limanlarının yenidən açılmasının rəsmi prosesi başlayacaq.
Hazırda Anapa, Belqorod, Bryansk, Voronej, Kursk, Lipetsk, Rostov-na-Donu və Simferopol hava limanlarında müvəqqəti məhdudiyyətlər qüvvədədir. Elista, Gelencik və Krasnodar hava limanları artıq fəaliyyətini bərpa edib.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:79
Bu xəbər 21 Noyabr 2025 15:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















