200dən çox sərnişini olan təyyarə Atlantada təxliyə edilib
Oxu.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
200-dən çox sərnişini olan "Delta" Hava Yollarına məxsus təyyarə, mühərrik problemi səbəbindən uçuşun ləğv edilməsindən sonra Atlantadakı (Corciya ştatı) Hartsfield-Cekson Hava Limanının qarlı uçuş-enmə zolağına təxliyə edilib və nəticədə dörd nəfər xəsarət alıb.
Oxu.Az bu barədə CNN telekanalına istinadən xəbər verir.
"Səmaya qalxarkən nəsə düz getmədi və mühərrik alışdı. Təyyarəni təcili təxliyə etmək lazım gəldi", - deyə təyyarənin sərnişini Kertis Ceyms bildirib.
Aviasiya şirkəti və hava limanı nümayəndələri yanğının səbəbi barədə şərh verməyiblər.
Aviadaşıyıcının bəyanatında deyilir: "Delta" Hava Yollarının ekipajı mühərrikdə nasazlıq aşkar edildikdən sonra Atlantadan (ATL) Minneapolisə (MSP) 2668 saylı reysin uçuşunu dayandırmaq üçün müəyyən olunmuş prosedurlara əməl edib".
Bildirilir ki, dörd sərnişin yüngül xəsarət alıb. Bir nəfər tibb müəssisəsinə aparılıb, digər üç nəfərə yerində yardım göstərilib.
Hadisə ABŞ-nin cənub bölgəsinin böyük hissəsini əhatə edən qar yağıntısından ciddi zərər çəkmiş hava limanında baş verib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:124
Bu xəbər 11 Yanvar 2025 11:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















