İran ABŞ a şərt qoydu Əraqçi
Modern.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
İranın Hörmüz boğazının açılması ilə bağlı ABŞ-a təqdim etdiyi iki günlük təklif qüvvədə qalır.
Modern.az xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi “X” sosial şəbəkəsində bildirib.
Nazirin sözlərinə görə, Vaşinqton Tehranın tələblərini, o cümlədən bütün cəbhələrdə müharibənin dayandırılması şərtini yerinə yetirərsə, bunun nəticəsini görəcək.
“Amerikalı seçicilər öz seçimlərini etdilər. İndi seçim etmək növbəsi Ağ Evindir. İki günlük təklifimiz qüvvədə qalır. Bütün cəbhələrdə müharibənin dayandırılması da daxil olmaqla, tələbləri yerinə yetirin və nəticəsini görün. Yaxud müharibəni seçin və döyüşlərdə təcrübə qazanmış, daim ayıq-sayıq olan döyüşçülərimizin sizə necə cəhənnəm yaşadacağını görün”, – Əraqçi yazıb.
Qeyd edək ki, noyabrın 1-də Əraqçi Hörmüz boğazının açılması üzrə iki günlük planla bağlı vasitəçilərlə məsləhətləşmələrin davam etdiyini, lakin hələlik yekun nəticənin əldə olunmadığını açıqlamışdı.
O, bundan əvvəl İranın danışıqlar zamanı boğazın açılması planının həyata keçirilməsi müddətini iki günə endirməyə razılaşdığını bildirmişdi.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:74
Bu xəbər 08 Noyabr 2026 23:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















