Icma.az
close
up
RU
201 saylı məktəbin direktoru Afaq Əliyeva haqqında daha bir ŞOK FAKT Görün dövlət əmlakını necə talan edib... FOTOFAKT

201 saylı məktəbin direktoru Afaq Əliyeva haqqında daha bir ŞOK FAKT Görün dövlət əmlakını necə talan edib... FOTOFAKT

Hurriyyet portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Son günlər Bakıda yerləşən 201 nömrəli orta məktəb və onun direktoru Afaq Əliyeva haqqında səslənən fikirlərin ardı-arası kəsilmir. Belə ki, direktorun adı vəzifə səlahiyyətlərindən sui-istifadədə, bir sıra qanun pozuntularında, rüşvət və korrupsiyada, eləcə də öz işçilərini təhdiddə hallanır. Bütün bu sadalananları təsdiq edən maddi sübutlar, səs yazıları və digər sənədlər artıq mediada və sosial şəbəklərdə yayılıb. Hətta Afaq Əliyeva haqqında Bakı şəhər Təhsil İdaərsində araşdırılmalara başlanıldığına dair məlumatlar da var.
Lakin bu da son deyil. Afaq Əliyevanın adı indi də dövlət əmlakının talan edilməsində hallanır. Bu barədə ilginc məlumatlar TəhsilMedia.az saytının redaksiyasına daxil olub. Daxil olan məlumatlara görə, 30.08.2022-ci il tarixli əmrlə 201 nömrəli məktəb üzrə yaradılan inventarizasiya komissiyası təhsil ocağında 70 min 693 manat çatışmazlıq müəyyən edib. Məktəb üzrə məsul şəxs isə təsərrüfat işləri üzrə direktor müavini Sevil Fətəliyeva olub. O, pulun xərcləndiyi İKT avadanlıqlarının 2017-ci ildə məktəbdən oğurlandığını və ya yoxa çıxdığını deyib. Fətəliyeva izahatında bildirib ki, o, həmin vaxt məktəb rəhbərliyindən hüquq mühafizə orqanlarına məlumat verilməsini tələb etsə də, direktor buna qarşı çıxıb. Belə ki, rəhbərlik Sevil Fətəliyevanı hədələyib və onu susmağa məcbur edib.
2018-2022-ci illərdə direktor vəzifısini icra edən Nəriman Vəliyev və Rəhilə Məmmədova komissiyaya verdikləri izahatlarında məktəbdə illərlə inventarizasiyanin aparılmadığını, Bakı Şəhər üzrə Təhsil İdarəsinin (BŞTİ) mühasibatlığı tərəfindən tərtib olunan aktlara formal imza atdıqlarını bildiriblər. Ona görə də əvvəlki illərdə çatışmazlıq haqqında məlumat müəyyən edilməyib. Ancaq 30 sentyabr 2022-ci ildə inventarizasiya komissiyasının 5 üzvü və sədr Hüseynova askar edilən catışmazlıqlar barəsində inventarizasiya aktını və hesabatı tərtib edib imzalayıblar. Bundan sonra isə direktor Afaq Əliyevaya təqdim ediblər. Bu hadisədən 10 gün sonra, yəni 10 oktyabr 2022-ci ildə Afaq Əliyeva BŞTİ-nin 80 N-li əmri əsasında yaradılmış komissiya sədri kimi adıçəkilən idarənin mühasibatlığının nümayəndələri ilə birlikdə Maliyyə Nazirliyinin inventarizasiyanın aparılması qaydalarının ziddinə olaraq müəyyən edilmiş formada deyil, fərqli variantda yeni inventarizasiya aktı tərtib edib. Beləcə həmin aktda 70693 min manatlıq çatışmazlıgın 53000 min manatını qanunsuz şəkildə heç bir təsdiqedici sənəd olmadan (heç bir qüsur aktı, ləgvetmə aktı olmadan yeni sütunlar əlavə etməklə ) imzaları ilə rəsmiləşdirərək balansdan silib.
S.Hüseynovanın adı BŞTİ-nin 80 N-li əmrində olmamasna baxmayaraq qanunsuz şəkildə inventarizasiya aktına salınıb və imza etdirilib. Maliyyə Nazirliyinin müəyyən etdiyi qanunlara əsasən inventarizasiya müəssisələrdə 5 N-li əlavədə göstərilmiş forma üzrə aparılmalıdır. Afaq Əliyeva isə özündən icad etdiyi "QALIQ DƏYƏRİ", "SİLİNMƏ" sütunları olan forma yaradıb. Bu yolla da vəsaitin silinməsini həyata keçirib. Afaq Əliyevanın bu hərəkəti qaydaların ziddinə aparılan qanunsuz bir əməliyyatdır. Nəticədə 2017-ci ildən məktəbdən yoxa çıxan, lakin var olan kimi göstərilən 53000 min manatlıq vəsaitlər əsassız olaraq silinmə, qüsur və ləğv etmə aktı tərtib edilmədən balansdan silinib. Bu isə ciddi maliyyə pozuntusudur. İlkin dəyəri 53000 min manatlıq dövlət əmlakının talanmasının rəsmiləşdirilməsidir. Afaq Əliyeva oğurluq faktı barəsində rəsmi hesabat aldığı andan hüquq mühafizə orqanlarına dərhal məlumat verməli idi. O isə bu faktı gizlətməyi qərara alıb və məlumat vermək əvəzinə həmin əmlakı qanunsuz şəkildə məktəbin balansından silib. İnventarizasiyanın aparılması qaydalarında dəqiq göstərilib ki, çatışmazlığın dəyəri cavabdehlərdən avadanlığın ilkin alınma dəyəri ilə deyil, avadanlığın çatışmazlıq barəsində müəyyən edildiyi tarixdəki bazar qiyməti ilə tutulmalıdır. Yəni 2017-ci ildə 53000 min manat çatışmazlığın 2022-ci ildə bazar qiyməti təxminən 150-200 min manat məbləğində olub və bu qaydada hesablanmalıdır. Nazirlər Kabinetinin əsas vəsaitlərin silinməsi haqda Qaydalarında müəyyən edilib ki, 10 il ərzində oğurlanan, itən vəsaitlər haqda Daxili İşlər Nazirliyinin arayışı olmadan heç bir silinmə aparıla bilməz. Yəni 2022-də DİN-ə məlumat verilsəydi, silinmə 2032-də aparılmalı idi. Görünən odur ki, Afaq Əliyevanın qanunsuz əməlləri saymaqla bitmir və bütün bunlar onun haqqında ciddi araşdırılmalara başlamağı və vacib ölçü götürməyi tələb edir. Əks halda bu şəxsin vəzifədə qalması nəinki sözügedən məktəbin imicinə, eləcə də Təhsil Nazirliyinin və ümumilikdə dövlətin mənafeyini ciddi zərbə vurur. Bu səbəbdən də yuxarıda qeyd olunan faktların araşdırılması, dövlətə vurulmuş ziyanın dəqiq məbləğinin müəyyən edilməsi məqsədilə maliyyə yoxlamasının, maliyyə ekspertizasının təyin edilməsi zəruridir.
P.S. Yazıda adı keçən şəxslərin mövqeyini dərc etməyə hazırıq!
TəhsilMedia.az





Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:133
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 12 İyun 2025 10:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see215

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see214

İnklüziv və autizm spektrində olan uşaqların iştirakı ilə səhnə əsəri nümayiş etdirildi

24 Yanvar 2026 12:38see193

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see176

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see174

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see169

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see168

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see168

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see165

Bakıda saxta qaz işçisi tutulub.

24 Yanvar 2026 11:40see162

“ABŞ ın əlində İrana qarşı hələ tam istifadə etmədiyi 3 imkan qalmaqdadır. Bunlardan ikisi...” ARAŞDIRMA

24 Yanvar 2026 14:51see158

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see150

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see146

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see146

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see142

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see140

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see140

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see140

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see138

Azərbaycan banklarının depozit portfeli

24 Yanvar 2026 12:40see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri