Icma.az
close
up
RU
201 nömrəli məktəbin müəllimləri Afaq Əliyevaya qarşı BİRLƏŞDİ: Prezidentə və Əmrullayevə ŞOK MÜRACİƏT TƏLƏB NƏDİR?

201 nömrəli məktəbin müəllimləri Afaq Əliyevaya qarşı BİRLƏŞDİ: Prezidentə və Əmrullayevə ŞOK MÜRACİƏT TƏLƏB NƏDİR?

Hurriyyet saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Nizami rayonu 201 nömrəli tam orta məktəbin direktoru Afaq Əliyevanın qanunsuz əməlləri ilə bağlı mediada dəfələrlə təkzibolunmaz faktlara əsaslanan materiallar dərc edilib. Məlumdur ki, Afaq Əliyeva 201 nömrəli tam orta məktəbi öz qanunları ilə idarə edir, heç kimə məhəl qoymur, təhsil ocağını rüşvət və korrupsiya məkanına çevirməkdən çəkinmir, dərs saatlarını istədiyi kimi bölür, məktəb üzü görməyən, hətta ölkə xaricinə köçən şagirdlərə özündən qiymətlər yazaraq sinifdən-sinifə keçməsinə şərait yaradır. Əlbəttə ki, bütün bunlar rüşvət qarışılığında həyata keçirilir. Bu faktlar azmış kimi Afaq Əliyeva məktəbin direktor müavini işləmiş Svetlana Hüseynovaya qarşı da qanunsuz əməllər və təxribatlar həyata keçirməyə cəhd göstərib. Hətta məktəbin müəllimi Lalə Şəfaqətovanı təhdid edərək Svetlana Hüseynovaya qarşı şantaj dolu ifadələr verməyə məcbur qoyub. Lakin onun planı ifşa edilib və mediada qanunsuzluqlarını əks etdirən səs yazıları yayılıb. Bundan sonrta Elm və Təhsil Nazirliyi tərəfindən Afaq Əliyeva ilə bağlı araşdırmalara başlanılıb. Lakin nədənsə, onu qoruyan "gizlli əllər" sayəsində Afaq Əliyeva sadəcə töhmətlə canını qurtarıb. Bu qədər qanunsuz əməl törədən, təhsil ocağında "at oynadan", tabeliyindəki işçiləri təhqir edən, müəllim adına yaraşmayan hərəkətlərə yol verən bir şəxsin niyə hələ də vəzifədə qalması və işdən çıxarılmaması ciddi suallar doğurur.
TehsilMedia.az xəbər verir ki, indi 201 saylı məktəbin bir qrup müəllimi Afaq Əliyevanın əməllərindən cana doyduqları üçün Prezident İlham Əliyevə və nazir Emin Əmrullayevə şikayət məktubu ünvanlayaraq direktorun işdən azad olunmasını xahiş edirlər. 13 nəfər müəllim elə bir həddə çatıb ki, hətta Afaq Əliyevanın rəhbərliyi altında işləmək istəmədiklərini bildirirlər. Məktəbə gəlməkdən imtina edirlər. Bu fakt öz-özlüyündə müəllimlər ayağa qalxdığının, Afaq Əliyevaya qarşı üsyan etdiyinin, haqq səsini ölkə başçısına çatdırmaq istəyinin bariz nümunəsidir. Qeyd edək ki, Təhsil Haqqında Qanunda kimlərin direktor vəzifəsini icra edə biləcəyi ilə bağlı müddəalar yer alıb. Afaq Əliyeva isə o müddəaların heç birinə cavab vermədiyi halda, hələ də vəzifədə qalır. Görəsən, Emin Əmrullayevin Afaq Əliyevanı vəzifədə saxlamasının səbəbi nədir? Niyə cənab Əmrullayev ölkə qanunlarını tapdalayan bir şəxs barədə qərar verməkdən çəkinir? Bu açıq sualların cavabı yəqin ki, zamanla ictimaiyyətə məlum olacaq.
Bundan başqa Xəzər Rayon Məhkəməsinin qərarına əsasən Afaq Əliyevanın məktəbin direktor müavini Svetlana Hüseynovanı təhqir etdiyi təsdiqlənib. Hətta Appelyasiya və Ali Məhkəmə də bu qərarı qüvvədə saxlayıb. Afaq Əliyevanın təkzib verməsi və konpensasiya ödəməsi ilə bağlı qərar qəbul edib. Lakin Afaq əliyeva məhkəmə qərarlarını da heçə sayaraq, onları icra etmir, heç kimi təhqir etmədiyini vurğulayır. Ortada ekspertiza rəyi ola-ola bu cür açıqlama verən Əliyevanın məntiqi başa düşülən olmasa da, onun kimlərəsə arxalandığı gün kimi ortadadır. Ancaq Afaq Əliyeva unudur ki, ölkə hüquqi qanunlarla idarə olunur və Əliyeva gec-tez öz əməllərinə görə cəzasını alacaq. Çünki onun kimi müəllim adına ləkə gətirən bir şəxsin direktor vəzifəsində qalması gələcəyimizi təhlükə altına qoyan faktlardan biridir.
TehsilMedia.az


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:64
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 14 Avqust 2025 11:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see359

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see241

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see235

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see194

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see179

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see174

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see165

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see164

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see158

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see157

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see153

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see143

AİJA qalibləri açıqladı: Qaynarinfo İlin saytı seçildi

29 Dekabr 2025 18:25see143

2026 cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

30 Dekabr 2025 14:16see141

Yamal 20+20 qolla yüksək liqa oyunçularının elit siyahısına qoşulub

30 Dekabr 2025 03:09see140

Yeni ilin məşhur salatı ilə bağlı dietoloqdan xəbərdarlıq

29 Dekabr 2025 11:41see137

ABŞ ın Mərkəzi Kəşfiyyat İdarəsi Venesuela limanına zərbə endirib

30 Dekabr 2025 09:43see136

Ötən həftə 175 yanğın olub, 7 nəfərin meyiti tapılıb

29 Dekabr 2025 10:05see136

Tramp: “F 35”lərin Türkiyəyə satışı ilə bağlı ciddi müzakirələr aparılır

30 Dekabr 2025 05:45see135

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri