Icma.az
close
up
RU
2020 ci ildə kapitulyasiya etmiş Ermənistan Azərbaycana hücum etmək gücündədirmi?.. Partiya sədri cavab verir...

2020 ci ildə kapitulyasiya etmiş Ermənistan Azərbaycana hücum etmək gücündədirmi?.. Partiya sədri cavab verir...

Moderator.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Ermənistan Azərbaycanla qarşıdurmaya gedə bilmək gücündə və potensialında deyil. Bunu onlar özləri də gözəl bilirlər. Sadəcə olaraq hansısa xarici dövlətin Ermənistana ürək-dirək, cəsarət verməsi mümkündür...”

Son günlər bəzi mənbələr Ermənistanın guya Azərbaycana qarşı müharibəyə hazırlaşması haqda məlumatlar yayır. Görəsən, buna nə dərəcədə inanmaq olar? Axı Azərbaycan Silahlı Qüvvələri Ermənistanın ordusunu  44 günlük savaşda, demək olar ki, darmadağın etmişdi və Azərbaycan rəhbərliyi baş nazir Nikol Paşinyanın 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata imza atmasını kapitulyasiya kimi dəyərləndirmişdi. Və indiyədək hazırlaşsa belə, bu ölkənin istər insan, istərsə də iqtisadi potensialı Azərbaycanla genişmiqyaslı və qələbə niyyətli savaş aparmağa imkan verə bilməz...

Azad Azərbaycan Partiyasının sədri Akif Nağı mövzu ilə bağlı Moderator.az-a açıqlamasında bunları söyləyib:

“Əvvəla, Ermənistan ağıl və məntiqlə düşünsə, sözsüz ki, onun hazırkı durumunda ən yaxşı çıxış yolu Azərbaycan və Türkiyə ilə müttəfiq olmaqdır. Ermənistan bu iki qonşu ölkənin cızdığı yol xəritəsi ilə hərəkət etməlidir. Onun maraqları bunları tələb edir. Azərbaycan da, Türkiyə də onlara əməkdaşlıq təklif edir, sülh müqaviləsini imzalamağı təklif edir.  Sadəcə Ermənistan məğlub durumda olduğuna görə sülh müqaviləsinin imzalanmasını müxtəlif yollarla uzadır. Çünki sülh sazişinin imzalanması mövcud şəraitin təsbit olunması və qəbul edilməsi deməkdir. Bu baxımdan Paşinyan həm ölkə daxilində ona qarşı etirazların kütləviləşməsindən ehtiyat edir, digər tərəfdən isə bir erməni rəhbər kimi bu alçaldıcı sülh sazişini imzalamaq istəmir. Ermənilər hələlik atəşkəs vəziyyətinə bir xilas yolu kimi baxırlar və çalışırlar ki, nə qədər mümkündür, sülh sazişi imzalanmasın, ancaq atəşkəs davam etsin. Ona görə də Ermənistanın müharibə hazırlıqları gedir. Yəni Azərbaycan tərəfinin müşahidələri bunu göstərir, Azərbaycan rəsmiləri də bildirirlər ki, ermənilər sürətlə silahlanır və Azərbaycana qarşı hansısa planlar qururlar. Hətta son günlər belə fikirlər səslənir ki, aprel ayında Ermənistanın sərhəddə hansısa təxrubat törətməsi mümkündür.  Bəli, sizin də qeyd etdiyiniz kimi, Ermənistan Azərbaycanla qarşıdurmaya gedə bilmək gücündə və potensialında deyil. Bunu onlar özləri də gözəl bilirlər. Sadəcə olaraq hansısa xarici dövlətin Ermənistana ürək-dirək, cəsarət verməsi mümkündür.  Ancaq ermənilər o qədər də axmaq deyillər ki, indiki durumda kiminsə onları sonadək müdafiə edəcəyinə inansınlar. Onlar da yaxşı bilirlər ki, hər hansı bir xarici qüvvə öz maraqlarından çıxış edir, sonadək kiminsə qələbəsinə kömək etmək fikrində deyil. Bununla bağlı göz önündə Gürcüstan nümunəsi var, son Ukrayna nümunəsi var. Ermənistan rəhbərliyi bütün bunları anlamamış deyil. Ona görə də hesab edirəm ki, Ermənistanın hərbi əməliyyatlar keçirmək fikri var.  Və bu yalnız həmin sülh prosesinin dondurulması və ya uzadılması məqsədilə həyata keçirilə bilər. Yəni Ermənistan hərbi əməliyyatlara başlayır, döyüşlər gedir və nəticədə Azərbaycanla münasibətlər yenidən gərginləşir və kəskinləşir. Bununla da sülh prosesi tormozlanır. Və erməni tərəfi uzun müddət bunun da üzərində oynayır ki, bəs qarşıdurma oldu, itkilər oldu, kimin günahkar olduğu araşdırılmalıdır. Nəticədə vaxt yenə uzanacaqdır. Bundan sonra danışıqların bərpa edilməsi də xeyli vaxt alacaqdır... 

Məsələnin digər tərəfi isə ondan ibarətdir ki, hazırda Azərbaycanda erməni hərbi canilərinə qarşı məhkəmə prosesi gedir və burada çoxsaylı faktlar ortaya çıxır. O cümlədən Ermənistan rəhbərliyinin və birbaşa baş nazir Nikol Paşinyanın hərbi cinayətləri ilə bağlı faktlar səslənir. Və böyük ehtimalla indiki məhkəmə prosesi bitəndən sonra Azərbayan böyük ehtimalla Nikol Paşinyana və Ermənistanın digər rəhbərlərinə qarşı beynəlxalq məhkəmə prosesi başlada bilər. Ona görə də erməni tərəfi hərbi əməliyyatları başlatmaqla bu prosesi də yarımçıq qoymaq məqsədi güdür.  Və təbii ki, Azərbaycan Ermənistan tərəfindən hər cür təxribata hazır olmalıdır və buna qarşı elə bir addım atmalıdır ki, erməni tərəfi bir daha belə təxribatlar törətməyə imkanı olmasın və cəsarəti çatmasın...”

Sultan Laçın

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:91
embedMənbə:https://moderator.az
archiveBu xəbər 13 Mart 2025 11:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hikmət Babaoğlu: Ruben Vardanyanın ömürlük həbs cəzasına məhkum edilməsi çox ədalətli qərar olar

19 Dekabr 2025 20:44see253

Burak Yılmaz 4 gün əvvəl ayrıldığı kluba qayıtdı RƏSMİ

19 Dekabr 2025 18:56see243

Elm və musiqi eyni səhnədə: NDU nun dəvəti ilə Umut Yıldız Naxçıvanda

19 Dekabr 2025 11:28see234

Nazirlik Qarabağ Toxum şirkətində maliyyə nöqsanı AŞKARLADI

20 Dekabr 2025 16:33see212

FT: “AK nin təşəbbüsünün qatili Corca Meloni olub”

19 Dekabr 2025 15:39see182

“Azərbaycanın bank sistemi Ermənistanın bank sistemi ilə müqayisədə zəifdir” DEPUTAT

19 Dekabr 2025 14:13see176

Avtomobil nəhəngi 37 min avtomobili geri çağırır

20 Dekabr 2025 11:09see157

Azərbaycanda Balıqçılıq haqqında yeni qanun qəbul olunacaq

19 Dekabr 2025 11:26see156

Çexiya təşəbbüsü davam edəcək...

20 Dekabr 2025 04:22see148

Türkiyə Super Liqası: Antalyaspor səfərdən xalsız döndü

20 Dekabr 2025 02:06see146

Məhkəmə Hüquq Şurasının nümayəndə heyəti Albaniyada təcrübə səfərində olub

19 Dekabr 2025 18:52see144

Fotoqraflar nadir qurbağaların ölümünə səbəb oldular FOTO

19 Dekabr 2025 18:05see142

Ərzaq bazarında qiymət artımı inflyasiyanı necə üstələyir?

20 Dekabr 2025 11:53see142

Neftçi Yevlaxa yola düşdü

19 Dekabr 2025 19:11see139

Zelenski istedadlı sənətkardır Putindən həmin videoya münasibət

19 Dekabr 2025 13:59see138

Özbəkistan Azərbaycanla tarixi filmlər istehsalına başlayır “Dirik tarix” layihəsi

19 Dekabr 2025 17:14see138

Prezidentin MDB ölkələri liderlərinin qeyri rəsmi sammitində iştirakı gözlənilir

21 Dekabr 2025 00:59see135

La Liqa: “Valensiya” və “Malyorka” sülhlə ayrılıblar

20 Dekabr 2025 02:06see135

KİV: Pentaqon ardıcıl səkkizinci ildir KONKRET

20 Dekabr 2025 00:35see135

Saçların daha sürətli uzanmasını təmin edən TƏBİİ YAĞLAR

20 Dekabr 2025 02:36see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri