Icma.az
close
up
RU
“2024 cü il ölkə iqtisadiyyatı üçün uğurlu olub”

“2024 cü il ölkə iqtisadiyyatı üçün uğurlu olub”

Icma.az xəbər verir, Gununsesi saytına əsaslanaraq.

“2024-cü il üzrə qeydə alınan sosial-iqtisadi göstəricilər onu deməyə əsas verir ki, ötən il mühüm makroiqtisadi parametrlərin reallaşdırılması baxımından ölkə iqtisadiyyatı üçün uğurlu il olub”.

Gununsesi.info xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Samir Vəliyev deyib.

Onun sözlərinə görə, universal makroiqtisadi göstəricilərə nəzər yetirsək, görərik ki, Ümumi Daxili Məhsulda (ÜDM) qeyd alınmış 4.1 faizlik artım dinamikası əsasən qeyri-neft ÜDM-indəki artım hesabına baş verib: “Qeyri-neft qaz ÜDM-nin qabaqlayıcı artımı demək olar ki, milli iqtisadiyyatın artımının drayveri kimi çıxış edib. Bununla yanaşı əhalinin hər nəfərinə düşən ÜDM-də müşahidə edilmiş artım 2022/2023-cü illərin dinamikası ilə müqayisədə xeyli çox olub ki, bunu da müsbət hal kimi dəyərləndirmək olar. Şübhəsiz ki, ötən ilin mühüm iqtisadi göstəricilərindən biri kimi qeyri-neft qaz sənayesində qeydə alınmış 7.3 faizlik artımı xüsusilə göstərmək lazımdır. Bu göstərici ölkə iqtisadiyyatının şaxələndirilməsi, qeyri-neft qaz sektorunun inkişaf etdirilməsi ilə bağlı ölkə Prezidentinin hökümət qarşısında qoyduğu hədəflərə doğru mühüm addımların atıldığının açıq təzahürüdür”.

Deputatın sözlərinə görə, ən mühüm makroiqtisadi parametrlərdən biri olan pərakəndə ticarət dövriyyəsində 2024-cü ildə qeyd olunan artım dinamikası 2022/2023-cü illərdəki artımın təsadüfi olmadığını və bu tendensiyanın ardıcıllığını göstərmiş olur: “Bununla yanaşı, makroiqtisadi təhlili reallaşdırarkən dövlət büdcəsinin gəlir və xərclərindəki artımı da görməmək, zənnimcə, mümkün deyil. Bu isə öz növbəsində bir tərəfdən büdcə siyasətinin adekvatlılığını, digər tərəfdən isə büdcə mexanizmləri vasitəsilə iqtisadiyyata müvafiq təkanverici impulsların mövcudluğunu göstərir. Heç şübhəsiz ki, son illər qeyd olunan müsbət iqtisadi dinamikanın əsas səbəblərindən biri ölkə Prezidentinin rəhbərliyi ilə həyata keçirilən siyasətin mərkəzində insan faktorunun, sosial amilin dayanmasıdır”.

S. Vəliyev vurğulayıb ki, 2024-cü il bu baxımdan ölkədə ardıcıl şəkildə reallaşdırılan sosial zərflərin makroiqtisadi göstəricilərdə əks olunması ili kimi yadda qaldı. Ölkədə həyata keçirilən aktiv məşğulluq siyasəti, ünvanlı sosial yardımla bağlı əldə olunan pozitiv göstəricilər, əmək bazarının inkişaf etdirilməsinə yönəlik müvafiq tədbirlər, sözsüz ki, sosial-iqtisadi göstəricilərə xeyli dərəcədə həlledici təsirlər göstərib: “Bununla yanaşı, 2025-ci ilin əvvəlindən reallaşdırılmasına start verilən növbəti, 5-ci sosial zərf, şübhəsiz ki, bu tədbirlərin ardıcıl və dayanıqlı olmasını səciyyələndirir. Eyni zamanda, növbəti sosial zərfin həyata keçirilməsi daxili bazarın stimullaşdırılmasına və əhalinin geniş kateqoriyalarının sosial müdafiəsinə şərait formalaşdırır. Bütün bunlar onu deməyə əsas verir ki, ölkədə müşahidə edilən sosial-iqtisadi dinamika müsbət xətt üzrə inkişaf etməkdədir”.

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:246
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 14 Mart 2025 16:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see401

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see388

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see311

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see299

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see266

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see260

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see258

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see253

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see250

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see242

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see237

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see223

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see212

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see209

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see205

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see202

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see201

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see197

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see195

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri