Icma.az
close
up
RU
Məktəbin pulu çatmasa, fərqi kim ödəyəcək? Yeni maliyyələşmə qaydası

Məktəbin pulu çatmasa, fərqi kim ödəyəcək? Yeni maliyyələşmə qaydası

Icma.az bildirir, Sherg.az portalına istinadən.

Şagird yerdəyişməsi məktəbin büdcəsini çətin vəziyyətə sala bilər

Nazirlər Kabinetinin təsdiqlədiyi qərara əsasən hər bir təhsilalan şagird üçün adambaşına illik təhsil xərci tam orta ümumtəhsil məktəbləri üçün 2000 manat müəyyənləşib. Yəni, dövlət hər şagird üçün 2000 manat pul ayırır. Fərqli təhsil müəssilərində məbləğ fərqlidir. Lisey, gimnaziyada təhsil xərcləri daha yüksəkdir. Qəribə görünən budur ki, 1 şagird üçün ayrılan vəsaitin illik 2000 manat olması müqabilində ora məktəblərdə şagirdlərdən yenə də pul yığılır, valideynləri vasitəsiylə.

Fond pulu, A4 formatda vərəq alınması üçün, pərdə, masa örtüyü, jalüz... və sair, hətta coğrafiya fənni üçün xəritənin alınmasını da bəzi müəllimlər şagirdlərə tapşırır. 2000 manatdan “sıxışdırıb” sinif üçün xəritə almaq mümkün deyil yəni? Bu vəziyyət “aşağı-yuxarı” bütün məktəblərdə eynidir. Görünür, Nazirlər Kabineti 2000 manatın şagirdin təhsil xərclərini qarşılamadığından xəbərsizdir. Ya da, bilərəkdən belə “az” vəsait ayırırlar ki, çatışmayan hissəni valideynlər ödəsin.  

Nazirlər Kabineti təhsil xərclərini necə hesablayır ki nəticə 2000 manat alınır?  

İqtisadçı Rauf Qarayev Sherg.az-a açıqlamasında bildirdi ki, hər növbəti təqvim ili üçün dövlət büdcəsinin vəsaiti hesabına adambaşına maliyyələşdirmə prinsipi əsasında maliyyələşdirilməsi nəzərdə tutulan dövlət ümumi təhsil müəssisələrinin siyahısı və təhsilalanlarının sayı Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə razılaşdırılmaqla, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi tərəfindən müəyyən edilir: 

- Adambaşına maliyyələşdirmə prinsipi dövlət ümumtəhsil müəssisələrində təhsillə bağlı xərclərin ümumi təhsildə səriştəəsaslı məzmunun tətbiqi, ölkənin beynəlxalq qiymətləndirmələrdə (PISA, PIRLS, TIMSS, ICILS) mövqeyinin yaxşılaşdırılması ilə bağlı xərclər, dərsliklərin, dərs vəsaitlərinin və digər tədris-metodik vasitələrin hazırlanması və təminatı xərcləri, kitab alınması ilə bağlı xərclər, təhsilverənlərin və idarəetmə heyətinin peşəkarlıq səviyyəsinin artırılması ilə bağlı xərclər istisna olmaqla hər bir təhsilalana düşən illik təhsil xərcləri əsasında müəyyənləşdirilir. Dövlət ümumtəhsil müəssisəsinə ayrılan illik maliyyələşdirmənin ümumi həcmi hər bir təhsil səviyyəsi üzrə təhsilalanların sayının həmin səviyyə üçün müəyyən edilmiş hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarına vurulur və alınan nəticənin cəmlənməsi yolu ilə müəyyən edilir. Hər bir dövlət ümumtəhsil müəssisəsi üzrə təhsilalanların sayı müvafiq tədris ilinin əvvəlinə olan faktiki kontingent əsasında müəyyənləşdirilir. Tədris ili ərzində təhsilalanların sayında baş verən dəyişikliklər Nazirliyin müəyyən etdiyi qaydada nəzərə alınır. 

Nazirlər Kabinetinin yeni təsdiq etdiyi adambaşına maliyyələşdirmə qaydalarına əsasən, tədris ilinin ortasında məktəbin faktiki illik xərcləri ayrılmış vəsaiti, şagird sayına görə müəyyən edilən büdcəni aşa bilər, məsələn, şagird yerdəyişməsinə görə, belə bir uyğunsuzluq yaranarsa, yaranan maliyyə çatışmazlığı və fərq məktəbin büdcədənkənar hesabı, təsisçisi və ya tabe olduğu qurum tərəfindən digər mənbələr hesabına ödənilməlidir. 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:221
embedMənbə:https://sherg.az
archiveBu xəbər 28 Oktyabr 2026 23:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yaşlandıqca gücdən düşməmək üçün həkim ən vacib qaydanı açıqladı

23 Noyabr 2026 05:06see351

Azərbaycana qarşı kiberhücumların arxasında kim dayanır, məqsəd nədir? İKT ÜZRƏ MÜTƏXƏSSİS

23 Noyabr 2026 11:10see292

Hansı qidalar parazit və infeksiya mənbəyidir?

23 Noyabr 2026 10:00see287

Yüksək təzyiqin gizli səbəbi İnsanlar bundan xəbərsizdir

23 Noyabr 2026 04:05see283

Adanın paylaşdığı sonuncu videoda o da vardı Xalq artisti danışdı

23 Noyabr 2026 22:46see274

30 yaşdan sonra qadınlar nələrə diqqət etməlidir? Vacib tövsiyələr

23 Noyabr 2026 06:06see260

İnsandan kif qoxusu gəlirsə, hansı xəstəliyi var?

23 Noyabr 2026 16:43see254

Səhiyyə Menecmenti Forumu 2026 a son 3 gün qaldı

23 Noyabr 2026 17:48see242

Ev təsərrüfatlarının uçotunun arxasında nə dayanır? Yeni sistemin əsl məqsədi

23 Noyabr 2026 16:16see234

Pasterin yeni albomu zirvəyə yüksəldi “012”

23 Noyabr 2026 13:50see227

Marketlər istədikləri qiyməti müəyyən edə bilməyəcək?

23 Noyabr 2026 17:32see207

Dünya məktəbinin şagirdləri orbitə peyk buraxacaqlar FOTOLAR

23 Noyabr 2026 16:43see206

Düz bağırsaq xərçənginin aşkar simptomları

23 Noyabr 2026 17:12see206

Azərbaycan fındığı Çin bazarına çıxarılır

23 Noyabr 2026 12:00see200

Fürsətçi… Yunus Oğuz yazır

23 Noyabr 2026 17:46see200

Rusiyada meyiti taplan prodüser Elmir Məhərrəmovla bağlı yeni detallar məlum oldu

23 Noyabr 2026 23:56see199

Türkiyəli aktyor Şapkacı kadınlar a çəkilir

24 Noyabr 2026 03:23see197

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see193

Qalmaqallı istefadan 11 gün sonra belə geri döndü Video

24 Noyabr 2026 02:56see183

Adanın qəzaya düşərək həlak olduğu avtomobilin son halı Video

23 Noyabr 2026 22:01see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri