Icma.az
close
up
RU
Menu

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

Gündə 5 ədədi qanda şəkəri sala bilər

İncəsənət məktəblərinə 199 yeni müəllim qəbul olunub

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

Göbələkdən düzəltdiyi qayıqla okeana çıxdı

Lavrov ABŞ ı Avropaya nümunə göstərdi: “Siyasi yetkinlik nümayiş etdirirlər” Video

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

Şöhrətin zirvəsindən uçuruma: Hər şeyini itirən məşhurlar haqqında 7 film

Bu şokolad apteklərdə reseptlə veriləcək YE, ARIQLA

İçində partlayıcı olan deserti yeyən kişi öldü

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

Azərbaycanda fabrik direktoru vəfat etdi

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

2024: İlklər və uğurlar ili

2024: İlklər və uğurlar ili

Oxu.az saytından alınan məlumata görə, Icma.az bildirir.

2024-cü il Azərbaycanın müstəqillik tarixinə ən uğurlu illərdən biri kimi yazıldı. Dünyada və bölgəmizdə cərəyan edən gərgin proseslər fonunda ölkəmizdə mövcud olan ictimai-siyasi sabitlik, iqtisadi inkişaf, Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzu bu qənaətə gəlməyə əsas verir. 2024-cü il həm də Azərbaycan üçün çoxsaylı ilklərlə yadda qaldı.

Oxu.Az "Kaspi" qəzetinin mövzuya dair məqaləsini təqdim edir.

Prezident və parlament seçkiləri ili

Yola saldığımız ildə ölkəmiz üçün ən mühüm siyasi hadisə təbii ki, fevralın 7-də təşkil olunan növbədənkənar Prezident seçkisi oldu. Bu, əslində Zəfər seçkisi idi. Çünki ilk dəfə olaraq seçki prosesi Azərbaycanın bütün suveren ərazilərini əhatə edirdi. İlk dəfə olaraq keçmiş məcburi köçkünlərin bir qismi öz seçimlərini işğaldan azad edilən doğma yurdlarında edirdilər. Təbii ki, bu seçkilərdə Azərbaycan xalqının seçimi Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev oldu. Xalq dövlətini Zəfər yoluyla daha uğurlu gələcəyə aparan liderinə növbəti dəfə dərin sevgisi və sarsılmaz inamını ifadə etdi. Sentyabrın 1-də isə ilk dəfə olaraq Azərbaycanın bütün suveren ərazilərində növbədənkənar parlament seçkisi təşkil olundu.

Dövlət Suverenliyi Gününün təsisi

2024-cü ili yaddaqalan edən digər bir hadisə Prezident İlham Əliyevin Dövlət Suverenliyi Gününün təsis edilməsi ilə bağlı Sərəncamı oldu. Sentyabrın 19-u antiterror tədbirləri nəticəsində Azərbaycanın bütün ərazilərində tam suverenliyin bərpasının ildönümü ərəfəsində belə bir sərəncamın imzalanması xalq tərəfindən alqışlandı.

Xarici siyasətdəki uğurlar

Başa çatmaqda olan 2024-cü ildə də Azərbaycan çoxvektorlu xarici siyasətini uğurla davam etdirib. Dövlət başçısının fevralın 16-18-də Almaniyaya səfəri ilə başlayan 2024-cü il ölkəmizin xarici siyasət və beynəlxalq aləmlə yeni əməkdaşlıqların qurulması fəaliyyətində dinamikliyi ilə fərqlənir. Azərbaycan Prezidenti il ərzində iki dəfə Almaniyada, iki dəfə Türkiyədə, iki dəfə Qazaxıstanda, üç dəfə Rusiyada, Misirdə, Pakistanda, Böyük Britaniyada, Özbəkistanda, İtaliyada və Qırğızıstanda səfərdə olub.

İlin əvvəlindən indiyədək Prezident İlham Əliyev təqribən 200-ə yaxın xarici qonaq qəbul edib ki, onlardan da 50-dən çoxu prezident, baş nazir və beynəlxalq təşkilat rəhbəridir.

İşğaldan azad edilən ərazilərin bərpası prioritet oldu

İşğaldan azad edilən ərazilərin bərpası, keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına qayıdışı 2024-cü ildə də intensiv şəkildə davam etdirilib. Dövlət başçısı işğaldan azad olunmuş ərazilərə 2024-cü ildə ilk səfərini fevralın 26-da Xocalı şəhərinə edib. Prezident burada Xocalı Soyqırımı Memorialının təməlini qoyub. Bu il həm də xarici dövlət başçılarının azad edilən rayonlara səfərləri ilə yadda qalıb. Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Qırğızıstan Prezidenti Sadır Japarov Füzuli və Ağdama səfər ediblər. Mayın 10-da Şuşada birinci yaşayış kompleksi istifadəyə verilib. Hazırda işğaldan azad edilmiş ərazilərdə ümumilikdə 30 mindən çox şəxs məskunlaşıb.

Çoxsaylı beynəlxalq tədbirlər məkanı

Azərbaycan hər zaman olduğu kimi, bu il də çoxsaylı beynəlxalq tədbirlərə ev sahibliyi edib. Onların sayı 130-a bərabərdir. Bu tədbirlərin əksəriyyətində Prezident İlham Əliyev bilavasitə iştirak edib.

Onların sırasında ən çox diqqət çəkənlərdən biri də Türk Dövlətləri Təşkilatının dövlət başçılarının Şuşada keçirilən qeyri-rəsmi Zirvə görüşü olub.

Şuşada keçirilən daha bir beynəlxalq tədbir - İkinci Qlobal Media Forumu xüsusi qeyd olunmalıdır. Forumda iştirak edən Prezident İlham Əliyevin dünya siyasəti və bölgəmizlə bağlı açıqlamaları böyük maraqla qarşılanıb.

Sülh danışıqlarında yeni mərhələ

İlin əvvəlində Almaniyanın təşəbbüsü ilə keçirilən ikitərəfli görüşlə başlayan sülh danışıqları sonradan bir neçə mərhələdə irəlilədi. Ən sonda 2024-cü ilin may ayında Azərbaycan bu istiqamətdə daha bir möhtəşəm qələbəyə imza ataraq qeyd-şərtsiz Qazaxın 30 il işğal altında qalan Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılhacılı kəndlərinin nəzarətimizə qaytarılmasını təmin etdi. Həmçinin iki ölkə arasında ilk dəfə olaraq sərhəd komissiyalarının birgə iştirakı ilə müvafiq istiqamətdə delimitasiya və demarkasiya işləri aparıldı. Sülh danışıqları ilə bağlı tərəflər ən ali səviyyədə Kazanda bir araya gəliblər. Son məlumatlara görə, tərəflər sülh sazişi mətninin 17 bəndindən 15-ni artıq razılaşdırıblar.

Bundan əlavə, Vətən Müharibəsindən sonra Azərbaycan ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya Federasiyasının sülhməramlı kontingentinin ölkəmizin ərazisindən çıxarılması prosesi də iyunun 12-də başa çatdı. Sülhməramlı kontingentin şəxsi heyəti, silah və texnikası ərazimizi tam tərk etdi.

COP29 - ilin ən böyük tədbiri

Başa çatmaqda olan ilin ən əhəmiyyətli beynəlxalq tədbiri isə COP29 oldu. Ölkəmizdə elan olunmuş "Yaşıl dünya naminə həmrəylik ili"ndə Azərbaycanın ev sahibliyi etdiyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası həm təşkilatçılıq, həm də alınan qərarlar baxımından COP tarixinə ən uğurlu tədbir kimi düşüb. Bu tədbirin hazırlıq müddəti cəmi 10 ay çəksə də, sammitin yüksək səviyyədə keçirilməsi üçün bütün zəruri tədbirlər görüldü, lazımi infrastruktur yaradıldı. COP29-da iştirak etmək üçün 196 ölkədən 72 min iştirakçının qeydiyyatdan keçməsi, qonaqların arasında 80 prezidentin, vitse-prezidentin və baş nazirin olması isə həm dövlətimizə etimadın, həm də onun beynəlxalq arenada oynadığı fəal rolun növbəti dəfə sübutu idi.

Göründüyü kimi, qeyd etdiklərimiz yola salmağa hazırlaşdığımız 2024-cü ildə baş verən önəmli hadisələrin kiçik bir hissəsidir. Ümumilikdə bu ildə yaşadıqlarımız, əldə olunan nəticələr 2025-ci ildə daha möhtəşəm uğurlara imza atacağımıza dəlalət edir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:182
embedMənbə:https://oxu.az
archiveBu xəbər 31 Dekabr 2024 20:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see342

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

26 Noyabr 2026 22:31see331

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

26 Noyabr 2026 19:36see318

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

26 Noyabr 2026 22:21see315

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

26 Noyabr 2026 19:50see304

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

26 Noyabr 2026 18:52see303

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

26 Noyabr 2026 17:46see295

Gündə 5 ədədi qanda şəkəri sala bilər

26 Noyabr 2026 20:41see275

İncəsənət məktəblərinə 199 yeni müəllim qəbul olunub

26 Noyabr 2026 18:16see275

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

26 Noyabr 2026 21:06see270

Göbələkdən düzəltdiyi qayıqla okeana çıxdı

26 Noyabr 2026 18:03see268

Lavrov ABŞ ı Avropaya nümunə göstərdi: “Siyasi yetkinlik nümayiş etdirirlər” Video

26 Noyabr 2026 21:58see267

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

27 Noyabr 2026 00:14see263

Şöhrətin zirvəsindən uçuruma: Hər şeyini itirən məşhurlar haqqında 7 film

26 Noyabr 2026 18:26see261

Bu şokolad apteklərdə reseptlə veriləcək YE, ARIQLA

26 Noyabr 2026 20:35see257

İçində partlayıcı olan deserti yeyən kişi öldü

26 Noyabr 2026 22:26see254

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see235

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see222

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see217

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see206
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri