Əzmkar oyun və ilklər
futbolpress-az saytına istinadən Icma.az xəbər verir.
“Sabah” Çempionlar Liqasının II turunda Çexiyanın “Slaviya” komandasını məğlub edib – 2:0.
Futbolpress.az xəbər verir ki, “bayquşlar” ikinci hissədə vurduğu qollarla ilk xallarını qazanıb.
“Sabah” avrokuboklarda Çexiya klublarına qalib gələn birinci komanda kimi adını tarixə yazdırdı. Bu, həm də Bakı Olimpiya Stadionunda uzun fasilədən sonra qazanılan ilk qalibiyyət oldu.
Görüşdə ümumi topa sahib olma bərabər oldu – 50/50. İlk hissənin əvvəlində “Sabah” daha aktiv göründü. Rəqib çərimə meydançasında üstünlük təşkil edən kollektiv 20-ci dəqiqədən sonra tonusdan düşdü. Üstünlüyü ələ alan çexlər ardıcıl hücumlara başlasa da, “futuristlər”in müdafiəsini yarmaqda çətinlik çəkirdi. Əsasən cinahlardan irəli çıxan “Slaviya”nın futbolçuları uğursuz driblinqlər və yanlış ötürmələrlə cəhdlərini boşa verdi.
Birinci hissədə “Sabah” cəbhəsində tələskənlik, bir az da həyəcan hiss olunurdu. İkili kombinasiyalarda yanlış ötürmələr edən futbolçular vaxt getdikcə toparlandı.
İkinci hissənin əvvəlində vurulan qol isə psixoloji üstünlüyü “bayquşlar”a keçirdi. “Sabah” artıq daha diqqətli oynayır, tələsmirdi. Əks-hücumlardan yararlanmağa çalışan “futuristlər” müdafiədə də etibarlı çıxış etdi. Qoldan sonra müdafiədə dəyişikliyə gedən Valdas Dambrauskas bu mövsümün ən yaxşılardan olan Rəhman Daşdəmirovu ehtiyat “silah” kimi oyuna qoşdu. Meydana daxil olandan sonra girdiyi ikili mübarizələrdən qalib ayrılan müdafiəçi karyerasının ən uğurlu görüşlərindən birini keçirdi.
Yarımmüdafiədə De Keyruş və Kahim Parrisin tempdən düşməsinə tez müdaxilə edən və onların əvəzinə Nvaçukvu ilə Mbinanı oyuna qoşan baş məşqçi Dambrauskasın planları baş tutdu. Mbina rəqib müdafiəçilərə təzyiq etməl, Nvaçukvu isə sürətli reydlərlə topu irəli daşımaqda məsul idi. Bəzən alındı, bəzən yox. Lakin lazımi anda edilən dəyişiklik effektini verdi. İkinci qol da məhz Mbinanın topu qapıçıdan “oğurlamasından” sonra oldu.
Fərqin artmasından sonra “Slaviya” artıq bütün diqqəti itirmiş, ancaq hücuma köklənmişdi. Son dəqiqələrdə daha bir-iki qol şansı yaxalayan “Sabah” çox çalışsa da, “çərçivə”yə düşə bilmədi.
Tarixində ilk dəfə iştirak etdiyi Çempionlar Liqasında birinci qələbəsini qazanan “bayquşlar” artıq daha motivasiyalı oynayacaq. Növbəti rəqib Almaniyanın “Borussiya” komandası olacaq. Favorit dortmundlulardır, lakin “Sabah”ın ağıllı oyunu və əzmkarlığı komandaya növbəti xalları qazandıra bilər.
Şahin Cəfərov
Baxış sayı:121
Bu xəbər 14 Oktyabr 2026 12:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















