2024cü ildə Türkiyədə baş verən yol qəzalarının yarısına motosiklet sürücüləri səbəb olub AZƏRTAC
Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.
İstanbul, 30 dekabr, Günel Karatepe, AZƏRTAC
2024-cü ildə Türkiyədə baş verən yol nəqliyyat hadisələrinin 53 faizinə motosiklet sürücüləri səbəb olub.
AZƏRTAC xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Ali Yerlikaya açıqlayıb.
Məlumata əsasən, il ərzində Türkiyənin motosikletlərdən daha çox istifadə edilən şəhərlərində bu nəqliyyat vasitəsinin sürücüləri barədə ümumilikdə 2,9 milyona yaxın inzibati xəta protokolu tərtib edilib.
Nazir bununla bağlı etdiyi paylaşımda motosiklet sürücülərinə səslənərək “Səfərlər sizi sevdiklərinizə qovuşdurmaq üçündür, ayırmaq üçün deyil” - sözlərinə yer verib.
Qeyd edək ki, bu ilin səkkiz ayı ərzində Türkiyədə motosikletlərin səbəb olduğu qəzalarda 75 minə yaxın insan ölüb və ya xəsarət alıb.
Mütəxəssislər ölkədə motosikletlərin sayının sürətlə artmasına diqqət yönəldirlər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:127
Bu xəbər 30 Dekabr 2024 08:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















