Icma.az
close
up
RU
2025 ci il Böyük Britaniyada ən günəşli il olub

2025 ci il Böyük Britaniyada ən günəşli il olub

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

London, 17 dekabr, AZƏRTAC

Böyük Britaniyanın Meteorologiya Xidməti (Met Office) açıqlayıb ki, 2025-ci il ölkədə 1910-cu ildən bəri qeydə alınan ən günəşli il kimi tarixə düşüb.

AZƏRTAC xəbər verir ki, ilin başa çatmasına hələ iki həftə qalmasına baxmayaraq, ilkin məlumatlara əsasən, ölkə üzrə ümumilikdə 1622 saat günəşli hava müşahidə olunub. Bu göstərici əvvəlki rekord olan 2003-cü ilin nəticəsini geridə qoyub. Məlumata görə, 2025-ci ildə fevral və oktyabr ayları istisna olmaqla, bütün aylarda günəşli saatların sayı orta göstəricidən yüksək olub. Rekord göstəricilərə xüsusilə yaz ayları mühüm töhfə verib. Belə ki, bu yaz həm müşahidələr tarixində ən günəşli və ən isti, həm də son 50 ildən artıq müddətdə ən quraq yaz mövsümü kimi qeydə alınıb.

Met Office bildirir ki, il ərzində Böyük Britaniya üzrə ümumi göstəricilər yüksək olsa da, regionlar arasında ciddi fərqlər mövcuddur. Dörd ölkə üzrə ayrıca aparılan təhlillərə əsasən, yalnız İngiltərə ən günəşli il rekordunu yeniləyib. Şotlandiyada 2025-ci il hazırda müşahidələr tarixində ikinci, Uelsdə isə altıncı ən günəşli il kimi qiymətləndirilir. Şimali İrlandiyada isə 2025-ci ildə günəşli saatların sayı orta göstəricidən yüksək olsa da, hələlik ən günəşli ilk on il siyahısına daxil olmayıb.

Aytən Abbaslı

AZƏRTAC-ın xüsusi müxbiri

London

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:188
embedMənbə:https://azertag.az
archiveBu xəbər 17 Dekabr 2025 14:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see446

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see444

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see332

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see296

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see285

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see279

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see275

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see273

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see229

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see223

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see223

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see218

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see218

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see213

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see213

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see210

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see199

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see197

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see185

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri