Icma.az
close
up
RU
Terrorçuluğa qarşı mübarizədə beynəlxalq əməkdaşlığın genişləndirilməsi müzakirə olunub

Terrorçuluğa qarşı mübarizədə beynəlxalq əməkdaşlığın genişləndirilməsi müzakirə olunub

Apa.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakıda keçirilən İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanları rəhbərlərinin üçüncü yüksək səviyyəli görüşü çərçivəsində Baş prokuroru Kamran Əliyev BMT-nin Terrorçuluqla Mübarizə İdarəsində Baş katibin müavini vəzifəsini icra edən Aleksandr Zuyevlə görüşüb.

Baş Prokurorluqdan APA-ya verilən xəbərə görə, Baş prokuror Azərbaycan ilə BMT arasında formalaşmış səmərəli tərəfdaşlığı vurğulayıb, Baş Prokurorluq ilə BMT-nin müvafiq qurumları arasında əməkdaşlığın inkişaf etdirilməsinin əhəmiyyətini qeyd edib.

Görüşdə Azərbaycan ilə BMT-nin Terrorçuluqla Mübarizə İdarəsi arasında əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri, terrorçuluğa qarşı mübarizə sahəsində beynəlxalq səylərin əlaqələndirilməsi, hüquq-mühafizə orqanlarının institusional potensialının gücləndirilməsi və qarşılıqlı təcrübə mübadiləsinin genişləndirilməsi məsələləri müzakirə olunub.

Əvvəlki təmaslara toxunularaq, 2024-cü ilin noyabrında COP29 çərçivəsində Baş Prokurorluğun, BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin (UNODC) və Birləşmiş Ərəb Əmirliklərinin Daxili İşlər Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilmiş, hüquq-mühafizə orqanlarının iqlim dəyişikliyi ilə mübarizədə roluna həsr olunmuş yüksək səviyyəli tədbirin əhəmiyyəti vurğulanıb. Həmçinin əvvəlki illərdə keçirilmiş ikitərəfli görüşlər xatırlanaraq, mövcud əməkdaşlığın konkret təşəbbüslər vasitəsilə daha da inkişaf etdirilməsinin vacibliyi qeyd olunub.

Baş prokuror Azərbaycan Respublikasının prokurorluq orqanlarının BMT-nin müvafiq strukturları ilə əlaqələrin genişləndirilməsinə, beynəlxalq təcrübənin öyrənilməsinə və birgə praktiki təşəbbüslərin həyata keçirilməsinə hazır olduğunu bildirib.

Aleksandr Zuyev Azərbaycan ilə BMT qurumları arasında əməkdaşlığın inkişaf etdirilməsinin, hüquq-mühafizə orqanlarının potensialının gücləndirilməsinin və beynəlxalq təcrübə mübadiləsinin əhəmiyyətini vurğulayıb.

Görüşün sonunda tərəflər terrorçuluğa qarşı mübarizə sahəsində beynəlxalq əməkdaşlığın genişləndirilməsi və BMT-nin müvafiq strukturları ilə qarşılıqlı fəaliyyətin gücləndirilməsi istiqamətində əməkdaşlığın davam etdirilməsinə qarşılıqlı maraq ifadə ediblər.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:150
embedMənbə:https://apa.az
archiveBu xəbər 27 Oktyabr 2026 18:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see361

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see264

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see250

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see238

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see231

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see228

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see224

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see222

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see216

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see214

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see200

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see190

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see189

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see189

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see187

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see184

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see183

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see172

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see172

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri