2025 ci ildə 50 dən artıq şəxs süni intellektin hesabına milyardlar qazanıb
Icma.az, Reyting.az portalına istinadən məlumatı açıqlayır.
2025-ci ildə süni intellekt sahəsi təxminən əllidən çox sahibkarı milyarderə çevirib.
Reyting.az xəbər verir ki, "Crunchbase" nəşrinin yazdığına görə, sektora yatırımlar 200 milyard dolları keçməklə, qlobal vençur maliyyələşməsinin təxminən yarısını təşkil edib.
Bu mövzunu işıqlandıran "Forbes" jurnalı isə yazır ki, süni intellektin hesabına çox böyük sərvət toplayanlar təkcə süni intellekt modellərini yaradanlar deyil. Data nişanlanması, proqramçı sistemlər, cihazlar və infrastruktur qurucuları da süni intellekt bazarında xeyli gəlir əldə edə biliblər.
Məlumata görə, "Surge AI" şirkətinin qurucusu Edvin Çen 18 milyard, "DeepSeek" şirkətinin sahibi Lyan Venfenq 11,5 milyard və "Anthropic" şirkətinin həmtəsisçiləri bu sahədə kapital toplayan yeni milyarderlərin sırasındadır.
Ekspertlər bildirib ki, 2025-ci ildə əsas sual süni intellekt sahəsində gəlir "balonu"nun olub-olmaması deyil, əksinə, bazar tələbatı dolmamış hansı nişanların öncül yerləri tutacağı məsələsidir.
Mütəxəssislərin fikrincə, yaxın gələcəkdə süni intellektin milyarderə çevirdiyi iş adamlarının sayı artacaq.
Oqtay QORÇU
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:61
Bu xəbər 29 Dekabr 2025 14:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















