Icma.az
close
up
RU
Menu

Vaşinqton Cənubi Qafqazda yeni iqtisadi və geosiyasi arxitektura qurmağa çalışır

Özbəkistanda yerləşən Mədəniyyət Mərkəzindən azərbaycanlı maarifçi ilə bağlı Videoçarx

İsrail Rəfaha zərbə endirdi: Əbu Ubeyd öldürüldü

Prokurorluq toyda İlkinin qətli ilə bağlı verilən Cəzaya etiraz etdi

““Azərbaycana olan sevgim doğuşdan gəlir” Bəxtiyar Aslanla Azərbaycan sevgisi və ədəbiyyat haqqında

A Seriyası klubu 4 oyuna 1 xal toplayan baş məşqçi ilə yollarını ayırır

“Həkim məsləhəti” rubrikamızda

Bryus Uillisin ailəsi vidalaşmağa hazırlaşır Beyni alimlərə veriləcək

Beniz in işi ilə bağlı kuryoz məqam: Zərərçəkən də tiktokerin bəraətini istədi FOTO

Hikmət Hacıyev: Azərbaycan və BƏƏ beynəlxalq münasibətlərdə konstruktiv rol oynayır

Teymurləngin Səmərqəndə apardığı azərbaycanlıların aqibəti necə olub? Teymurilərin paytaxtından FOTOREPORTAJ

“Real Madrid” səfərdə “Elçe”ni məğlub edib

FİDE Şahmat Olimpiadasında komandaların xərclərini qarşılayacaq

Daşkənd şəhərində “TASANNO” Beynəlxalq Milli Mətbəx və Mədəniyyət Festivalı keçirilib

ABŞ NATO dan çıxarsa, ən güclü ölkələr hansılar olacaq?

Bakıda “Avtomobilsiz Gün” keçiriləcək Küçə 10 saat bağlanacaq

La Liqa: Barselona 9 qollu matçdan qalib ayrıldı

Alina Boz körpəsinin cinsiyyətini açıqladı: otağını artıq hazırlayırlar

Maks Douman “İpsviç”ə qarşı dubl edərək tarixə düşdü

Robotların robot hazırladığı ilk zavod fəaliyyətə başladı

Tariximizi fırçası ilə yaşadan sənətkar

Tariximizi fırçası ilə yaşadan sənətkar

Icma.az xəbər verir, 525.az saytına əsaslanaraq.

Payızla qışın arasındakı son günlərdən birində Bakının mədəni-ictimai həyatında mühüm bir tarixi hadisə baş verdi. Dekabrın 4-də, ilk dəfə olaraq, "Xalq Bank"ın baş ofisinin sərgi qalereyasında unikal sosial-mədəni layihə - "Xalq Əmanəti" çərçivəsində XIX əsrin görkəmli rəssamı, Azərbaycan milli dəzgah rəngkarlığının banisi Mirzə Qədim İrəvaninin (1825-1875) əsərlərindən ibarət sərgi açıldı və sənətkarın "Rəngkarlıq və qrafika" adlı bədii albomu təqdim edildi.

Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən, Mirzə Qədim İrəvaninin 200 illiyi münasibətilə ölkəmizdə silsilə yubiley tədbirləri təşkil olunur. Tarix torpaqlarımız olan Qərbi Azərbaycanın yetirməsi Mirzə Qədim İrəvaninin sərgisinin keçirilməsi və albomunun nəşri onu göstərir ki, 2020-ci ildə Qarabağın işğaldan azad edilməsi ilə ərazi bütövlüyümüzün tam bərpasından sonra artıq milli mədəni bütövlüyün bərpası, tarixi-mənəvi irsin yenidən bir araya gətirilməsi zamanı çatıb. "Xalq Bank" məhz bu şərəfli və taleyüklü missiya çərçivəsində Mirzə Qədim İrəvaninin həyat və yaradıcılığından bəhs edən nəfis bədii albom Azərbaycan, ingilis və rus dillərində yüksək poliqrafik səviyyədə ərsəyə gətirib.

"Xalq Bank"ın sərgi qalereyasının divarları görkəmli rəssamın tablolarının rəngarəng replikaları və onun rəngkarlıq əsərlərinin motivləri əsasında toxunmuş, kiçik ölçülü, zərif xalçalarla bəzədilib. Texnika, rəng koloritinin zənginliyi və obrazların ifadəliliyi ilə yanaşı, Mirzə Qədim İrəvaninin əsərləri müxtəlif sahələr üzrə mütəxəssislər üçün də qiymətli informasiya mənbəyidir. Bu tablolar sənətşünaslar və milli geyim tədqiqatçıları ilə yanaşı, orta əsr Şərq silahlarının biliciləri, tarixi şəxsiyyətlərin obrazları və dövrün məişət interyerləri ilə maraqlanan tədqiqatçılar üçün də böyük əhəmiyyət daşıyır.

Tədbiri açaraq incəsənət, elm və dövlət xadimlərini salamlayan Əməkdar artist Dilarə Səlim qeyd etdi ki, Mirzə Qədim İrəvaninin ilhamla yaradılmış əsərlərinin timsalında biz rəngkarlıq sənətində Azərbaycan ruhunun təntənəsinə şahid oluruq. Onun sözlərinə görə, sərgi və albomun təqdimatı sənətkara olan ümumxalq məhəbbətinin və ehtiramının rəmzi, milli-mənəvi dəyərlərə sədaqətin bariz ifadəsidir.

Milli Məclisin deputatı, Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərli çıxışında "Xalq Əmanəti" layihəsinin yaradıcı heyətinə yüksək peşəkarlıqla görülmüş işə görə dərin minnətdarlığını bildirdi. O vurğuladı ki, Mirzə Qədim İrəvaninin 200 illik yubileyinin qeyd olunması ilə bağlı Azərbaycan Prezidentinin imzaladığı Sərəncam həm də mühüm siyasi məna daşıyır və qarşı tərəfə açıq bir mesajdır: böyük sənətkar Mirzə Qədim İrəvani əcdadlarımız - türklərin yaşadığı əzəli Azərbaycan torpağında doğulub və yaradıcılıqla məşğul olub: "Heç bir tarixi şəxsiyyət təsadüfən meydana çıxmır. Bunun üçün güclü tarixi köklər, əsrlərlə formalaşmış ənənələr və dahilər yetirən münbit torpaq lazımdır. Mirzə Qədim İrəvani məhz belə bərəkətli bir mühitdə doğulub".

A.Ələkbərlinin fikrincə, M.Q.İrəvaninin yaradıcılığının təqdimatı Qərbi Azərbaycanın mədəni irsinin də onun möhtəşəm əsərləri və albomu timsalında zəfərlə Vətənə qayıdışı kimi dəyərləndirilə bilər.

Milli Məclisin Mədəniyyət komitəsinin sədri, Nizami Gəncəvi adına Ədəbiyyat Muzeyinin direktoru, akademik Rafael Hüseynov həmkarının fikirləri ilə şərik olduğunu bildirdi. M.Q.İrəvaninin milli incəsənətin qoynuna qayıdışını dərin milli məzmun daşıyan bayram kimi qiymətləndirən R.Hüseynov, artıq on ildir ki, xalqın mədəni sərvətlərinin qorunması və geri qaytarılması kimi əvəzsiz missiyanı həyata keçirən "Xalq Bank"a təşəkkürünü ifadə etdi. Akademik dedi ki, M.Q.İrəvaninin təxəllüsü qədim Şərq ənənəsinə uyğun olaraq onun doğulub-yaratdığı İrəvan xanlığının ərazisində yerləşən Azərbaycan şəhərinin adı ilə bağlıdır. XVIII-XIX əsrlər klassik miniatür sənətindən Avropa dəzgah rəngkarlığına keçid dövrü kimi səciyyələnir və bu mərhələdə Azərbaycanda iki böyük sənətkar formalaşıb: Qarabağda universal istedad sahibi Mir Möhsün Nəvvab, İrəvanda isə Mirzə Qədim İrəvani. Təəssüf ki, İrəvan və ətraf bölgələrin ermənilər tərəfindən məskunlaşdırılmasından sonra Mirzə Qədim İrəvaninin yaradıcılığı uzun müddət Azərbaycan elmi ictimaiyyətinin diqqətindən kənarda qalıb. Yalnız ötən əsrin əvvəlləri və ortalarında sənətşünas N.Miklaşevskaya, ədəbiyyatşünas O.Həsənov, Xalq rəssamı S.Salamzadə və sənətşünas V.Çepelev onun irsini araşdıraraq dünyaya tanıdıblar.

R.Hüseynov diqqətə çatdırdı ki, M.Q.İrəvaninin albomu yüksək intellektə, vətənpərvər mövqeyə və incə estetik zövqə malik peşəkarların əməyinin nəticəsidir. Albomda İrəvan xanlığının tarixi, ictimai mühiti və belə bir yaradıcılıq dühasının formalaşmasına zəmin yaradan amillər dolğun şəkildə əks olunub. Buradakı hər bir əsər alimlər üçün əvəzolunmaz tədqiqat mənbəyidir. Nəşrin yüksək keyfiyyətli poliqrafiyası və zərif dizaynı nadir kitab nəşrlərinin mahir ustası, istedadlı rəssam Tərlan Qorçuya məxsusdur. Onun sayəsində poliqrafiya əsl sənət səviyyəsinə yüksəlib.

"Xalq Əmanəti" layihəsinin növbəti buraxılışı rəssamlar üçün əsl bayrama çevrilib" - bu fikri səsləndirən Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru, Xalq rəssamı, professor Natiq Əliyevin dediyinə görə, Akademiyada Mirzə Qədim İrəvaninin yaradıcılığı və rəngkarlıq üslubu daha dərindən öyrəniləcək. Akademiyanın rəssamları Milli İncəsənət Muzeyinin bərpaçıları ilə birgə Mirzə Qədim İrəvaninin tablolarının restavrasiyasını həyata keçirib və bu əsərlər Heydər Əliyev Mərkəzində nümayiş etdirilib. Rektor əlavə etdi ki, rəssamın əsərlərinin Paris, Berlin və digər Avropa paytaxtlarında təqdim olunması da planlaşdırılır.

Milli Məclisin deputatı, Qərbi Azərbaycan İcmasının sədr müavini Hikmət Babaoğlunun fikrincə, Mirzə Qədim İrəvani portret rəngkarlığı janrında böyük uğurlar qazanaraq Fətəli şahın, Nadir şahın, vətənpərvərlik rəmzi olan şahzadə Abbas Mirzənin portretlərini, eləcə də klassik türk düşüncəsini və səciyyəvi rəng koloritini əks etdirən möhtəşəm türk qadını obrazlarını ustalıqla yaradıb. O dedi ki, Mirzə Qədim İrəvaninin irsi Azərbaycana məxsusdur və onun adı azərbaycançılığın rəmzlərindəndir. Sənətkarın əsərləri həm İrəvan bölgəsinin, həm də bütövlükdə Azərbaycanın mədəni irsinin ayrılmaz tərkib hissəsidir.

Rəsmi mərasimdən sonra şair, dramaturq, Azərbaycan Yazıçılar Birliyinin katibi İlqar Fəhmi M.Q.İrəvani yaradıcılığı, təqdim edilən albom və sərgi haqqında danışarkən bildirdi ki, görkəmli rəssam orta əsrlər Azərbaycan miniatür sənətini müasir təsviri incəsənətlə harmonik şəkildə birləşdirib. Onun əsərlərini gördükdə dərhal başa düşürsən ki, bunlar məhz M.Q.İrəvaninin yaradıcılıq nümunələridir.

Qeyd edək ki, 2025-ci il dekabrın 4-dən etibarən "Xalq Bank"ın Əsas binasında yerləşən rəsm qalereyasında M.Q.İrəvaninin əsərlərindən ibarət sərgini həftəiçi 5 gün saat 18:00-dan 21:00-dək, şənbə və bazar günləri isə saat 10:00-dan 16:00-dək seyr etmək mümkündür. Ünvan: Bakı şəhəri, İnşaatçılar pr., 22 L. Giriş sərbəstdir.

"Xalq Əmanəti" layihəsi ASC "Xalq Bank"ı tərəfindən 2010-cu ildən etibarən həyata keçirilir. Layihə Azərbaycan xalqının mədəni irsinin qorunub gələcək nəsillərə ötürülməsi, mənəvi dəyərlərinin dünyaya tanıdılması məqsədini daşıyır. Layihə çərçivəsində nəşr edilən kitablar Azərbaycan, ingilis, rus dillərində çap olunur. Nəşrlər ölkənin ali və orta təhsil müəssisələri, uşaq evləri və kitabxanalar, müxtəlif fondlar, dövlət müəssisələri, xarici ölkələrin Azərbaycanda və Azərbaycanın xaricdə fəaliyyət göstərən səfirlik və konsulluqlarına, dünyanın böyük muzeylərinə, kitabxanalarına və sənətsevərlərə hədiyyə edilir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:258
embedMənbə:https://525.az
archiveBu xəbər 29 Dekabr 2025 15:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vaşinqton Cənubi Qafqazda yeni iqtisadi və geosiyasi arxitektura qurmağa çalışır

15 Sentyabr 2026 11:23see536

Özbəkistanda yerləşən Mədəniyyət Mərkəzindən azərbaycanlı maarifçi ilə bağlı Videoçarx

15 Sentyabr 2026 12:22see271

İsrail Rəfaha zərbə endirdi: Əbu Ubeyd öldürüldü

16 Sentyabr 2026 01:44see248

Prokurorluq toyda İlkinin qətli ilə bağlı verilən Cəzaya etiraz etdi

15 Sentyabr 2026 13:01see240

““Azərbaycana olan sevgim doğuşdan gəlir” Bəxtiyar Aslanla Azərbaycan sevgisi və ədəbiyyat haqqında

15 Sentyabr 2026 18:49see232

A Seriyası klubu 4 oyuna 1 xal toplayan baş məşqçi ilə yollarını ayırır

16 Sentyabr 2026 00:15see229

“Həkim məsləhəti” rubrikamızda

15 Sentyabr 2026 16:05see229

Bryus Uillisin ailəsi vidalaşmağa hazırlaşır Beyni alimlərə veriləcək

15 Sentyabr 2026 21:41see220

Beniz in işi ilə bağlı kuryoz məqam: Zərərçəkən də tiktokerin bəraətini istədi FOTO

15 Sentyabr 2026 21:59see214

Hikmət Hacıyev: Azərbaycan və BƏƏ beynəlxalq münasibətlərdə konstruktiv rol oynayır

16 Sentyabr 2026 00:55see213

Teymurləngin Səmərqəndə apardığı azərbaycanlıların aqibəti necə olub? Teymurilərin paytaxtından FOTOREPORTAJ

15 Sentyabr 2026 19:29see210

“Real Madrid” səfərdə “Elçe”ni məğlub edib

16 Sentyabr 2026 02:07see209

FİDE Şahmat Olimpiadasında komandaların xərclərini qarşılayacaq

16 Sentyabr 2026 21:55see206

Daşkənd şəhərində “TASANNO” Beynəlxalq Milli Mətbəx və Mədəniyyət Festivalı keçirilib

15 Sentyabr 2026 21:01see206

ABŞ NATO dan çıxarsa, ən güclü ölkələr hansılar olacaq?

15 Sentyabr 2026 18:10see205

Bakıda “Avtomobilsiz Gün” keçiriləcək Küçə 10 saat bağlanacaq

15 Sentyabr 2026 18:33see195

La Liqa: Barselona 9 qollu matçdan qalib ayrıldı

17 Sentyabr 2026 02:10see188

Alina Boz körpəsinin cinsiyyətini açıqladı: otağını artıq hazırlayırlar

15 Sentyabr 2026 21:30see186

Maks Douman “İpsviç”ə qarşı dubl edərək tarixə düşdü

16 Sentyabr 2026 02:19see183

Robotların robot hazırladığı ilk zavod fəaliyyətə başladı

17 Sentyabr 2026 03:02see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri