Ebola bəzi ölkələrə də yayıldı Ölənlərin sayı 5 mini keçdi
Modern.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Konqo Demokratik Respublikasında Ebola qızdırmasından 5 mindən çox insan həyatını itirib.
Modern.az xəbər verir ki, may ayından etibarən təxminən 10 min nəfər virusa yoluxub. Bu, ölkə tarixində ən böyük, dünya miqyasında isə ikinci ən geniş Ebola epidemiyasıdır.
Yoluxma halları Konqonun 26 əyalətindən 8-də, eləcə də Keniya, Uqanda və Nigeriyada qeydə alınıb. Epidemiyaya nadir rast gəlinən Bundibuqyo virus variantı səbəb olub. Bu virusa qarşı hələlik təsdiqlənmiş peyvənd və spesifik müalicə üsulu yoxdur.
Epidemiya ilə mübarizəni tibb işçilərinə edilən hücumlar çətinləşdirir. Ötən həftə bir tibb bacısı hücum nəticəsində həyatını itirib, digər tibb işçisi isə xəsarət alıb. Hadisəni törədənlər bir qrup gənc olub. Hakimiyyət orqanları bu aqressiyanı infeksiyanın yayılması ilə bağlı dezinformasiya ilə əlaqələndirirlər.
Qeyd edək ki, 2014–2016-cı illərdə Qərbi Afrikada Ebola epidemiyası təxminən 11 min insanın həyatına son qoyub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:192
Bu xəbər 01 Noyabr 2026 09:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















