Icma.az
close
up
RU
Menu

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

Şuşa qəhrəmanlığın rəmzi

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

Rauf Dadaşovun anım günüdür

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

İmmuniteti gücləndirməyin ən asan yolu...

Azərbaycanlı həkim bu ölkənin səhiyyə nazirinin müşaviri təyin edildi FOTO

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

“Bir millət, iki dövlət” fəlsəfəsi dəyişməzdir Ərdoğanın Bakı səfərinin ƏHƏMİYYƏTİ KONKRET

“Bir millət, iki dövlət” fəlsəfəsi dəyişməzdir Ərdoğanın Bakı səfərinin ƏHƏMİYYƏTİ KONKRET

Konkret.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 8 Noyabr – Zəfər Günü münasibətilə keçiriləcək tədbirlərdə iştirak etmək üçün Azərbaycana səfər etməyi planlaşdırması Bakı-Ankara münasibətləri baxımından xüsusi əhəmiyyət daşıyır. Azərbaycan və Türkiyə arasında tarixi köklərə, ortaq dəyərlərə və strateji müttəfiqliyə əsaslanan əlaqələr uzun illərdir regional siyasətin mühüm istiqamətlərindən biri kimi çıxış edir. Bununla belə, son dövrlər iki ölkə arasında yaranan müəyyən narazılıqlar, xüsusilə Türkiyə mediasında Azərbaycana qarşı səsləndirilən tənqidi fikirlər münasibətlərin gündəminə yeni müzakirələr gətirib. Belə bir şəraitdə Ərdoğanın Zəfər Günü tədbirlərinə qatılmaq üçün Bakıya gəlmək niyyəti iki ölkə arasındakı münasibətlərin gələcək inkişafı baxımından diqqət çəkir.

Mövzu ilə bağlı KONKRET.az-a danışan fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Şölət Zeynalov bildirib ki, son dövrlər Azərbaycanla Türkiyə arasında müşahidə olunan gərginlik əsasən Türkiyə mediasında süni şəkildə qabardılıb və Azərbaycana qarşı qərəzli kampaniya xarakteri alıb.

Onun sözlərinə görə, xüsusilə Azərbaycanda orta məktəblərdə tətbiq edilən vahid geyim formalarının hicabla əlaqələndirilməsi və bu məsələnin siyasi müstəviyə daşınması düzgün yanaşma deyil:

“İlk növbədə nəzərə almaq lazımdır ki, Azərbaycan müstəqil, dünyəvi dövlətdir və öz daxili siyasətini Konstitusiyasına, milli maraqlarına uyğun müəyyənləşdirir. Təhsil müəssisələrində vahid geyim formasının tətbiqi də Azərbaycanın daxili məsələsidir. Təəssüf ki, bu mövzu Türkiyənin bəzi media resurslarında həddindən artıq şişirdildi, ölkəmizə qarşı qərəzli yanaşmalar sərgiləndi. Halbuki Türkiyə tərəfi də yaxşı bilir ki, Azərbaycan müstəqil siyasət yürüdən, milli maraqlarından asanlıqla geri çəkilməyən dövlətdir.

Azərbaycan-Türkiyə münasibətləri sadəcə diplomatik əlaqələrdən ibarət deyil. Ulu öndər Heydər Əliyevin məşhur ifadəsi ilə desək, ‘Bir millət, iki dövlət’ fəlsəfəsi bu münasibətlərin əsasını təşkil edir. Bu bağlılıq tarixi yaddaşa, ortaq dəyərlərə və xalqlarımızın təbii yaxınlığına söykənir. Ona görə də ayrı-ayrı siyasi hadisələr və ya media müstəvisində aparılan kampaniyalar iki xalq arasındakı qardaşlıq münasibətlərini sarsıda bilməz.

Bununla yanaşı, siyasətdə əbədi dostluq anlayışından daha çox milli maraqlar və dövlətlərin strateji hədəfləri əsas götürülür. Azərbaycan da müstəqil dövlətdir və öz siyasətini məhz milli maraqları əsasında formalaşdırır. Azərbaycançılıq ideologiyasının əsasını milli maraqların qorunması, tarixi yaddaş, ailə institutu və milli-mənəvi dəyərlərə bağlılıq təşkil edir. Bu baxımdan Azərbaycanın müstəqil siyasi xətt yürütməsi heç kimdə təəccüb doğurmamalıdır.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Cənubi Koreyaya səfəri zamanı Azərbaycan üzərindən uçarkən ölkəmizə salamlarını çatdırması və xoş münasibət nümayiş etdirməsi münasibətlərin normallaşması istiqamətində mühüm mesaj kimi qiymətləndirilə bilər.

Ərdoğanın noyabrın 5-də verdiyi açıqlamada hər hansı fövqəladə vəziyyət yaranmasa, noyabrın 8-də Azərbaycana səfər etməyi planlaşdırdığını bildirməsi də diqqətəlayiqdir. Türkiyə Prezidenti Azərbaycanla münasibətlərin klassik diplomatik təmaslardan daha artıq olduğunu vurğulayıb. Bu fikirlər bir daha göstərir ki, Bakı-Ankara əlaqələri yalnız bugünkü siyasi münasibətlərdən qaynaqlanmır, tarixi, mənəvi və mədəni bağlara əsaslanır.

Azərbaycanın Zəfər Günü isə bu münasibətlərin mahiyyətini bir daha nümayiş etdirən mühüm hadisədir. Artıq altıncı ildönümünü qeyd etdiyimiz 44 günlük Vətən müharibəsi Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə nəticələnən tarixi qələbədir. Bu zəfər ilk növbədə Azərbaycan xalqının iradəsinin, dövlətimizin siyasi qətiyyətinin və milli birliyinin təntənəsi idi. Türkiyənin həmin dövrdə Azərbaycana göstərdiyi mənəvi-siyasi dəstək də xüsusi əhəmiyyət daşıyırdı.

Lakin Azərbaycanın xarici siyasətini yalnız Türkiyə ilə münasibətlər çərçivəsində qiymətləndirmək doğru olmazdı. Ölkəmiz regionda və beynəlxalq müstəvidə müstəqil siyasi kurs həyata keçirir. Azərbaycanın əsas strateji prioritetləri sülh, təhlükəsizlik, dialoq və əməkdaşlıqdır. Bakı müxtəlif beynəlxalq platformalarda əməkdaşlıq imkanlarını genişləndirir, Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərində mühüm mövqeyini qoruyur.

Azərbaycan eyni zamanda Mərkəzi Asiya ilə digər regionlar arasında mühüm bağlantı rolunu oynayır. Bu baxımdan ölkəmizin geosiyasi mövqeyi, iqtisadi potensialı və müstəqil xarici siyasəti həm türk dünyası, həm də daha geniş beynəlxalq münasibətlər sistemi üçün əhəmiyyətlidir.

Türkiyə də yaxşı anlamalıdır ki, Azərbaycan yalnız ikitərəfli münasibətlərin bir tərəfi deyil, öz milli maraqları, siyasi hədəfləri və regional strategiyası olan müstəqil dövlətdir. İki ölkə arasındakı qardaşlıq münasibətləri də məhz qarşılıqlı hörmətə, suverenliyə və maraqların nəzərə alınmasına əsaslanmalıdır.

Əminəm ki, Azərbaycan-Türkiyə dostluğu bundan sonra da davam edəcək. Çünki bu münasibətlərin təməlində ayrı-ayrı siyasi proseslərdən daha dərin tarixi və mənəvi bağlar dayanır. Ancaq qardaşlıq münasibətlərinin qorunması üçün hər iki tərəf bir-birinin müstəqil dövlətçilik mövqeyinə və milli maraqlarına hörmətlə yanaşmalıdır. Azərbaycanın müstəqil siyasəti bundan sonra da davam edəcək və ölkəmiz istər Şərq-Qərb, istərsə də Şimal-Cənub istiqamətində öz strateji mövqeyini qoruyacaq”.

Aynurə İsmayıl

KONKRET.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:45
embedMənbə:https://konkret.az
archiveBu xəbər 06 Noyabr 2026 12:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see943

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see521

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see374

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see339

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see302

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see288

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

04 Noyabr 2026 19:15see282

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

04 Noyabr 2026 14:24see277

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see269

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see256

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

04 Noyabr 2026 16:59see256

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see255

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

04 Noyabr 2026 15:40see244

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

04 Noyabr 2026 17:23see239

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

04 Noyabr 2026 23:08see236

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

04 Noyabr 2026 23:23see236

İmmuniteti gücləndirməyin ən asan yolu...

05 Noyabr 2026 02:13see219

Azərbaycanlı həkim bu ölkənin səhiyyə nazirinin müşaviri təyin edildi FOTO

04 Noyabr 2026 20:36see216

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

05 Noyabr 2026 00:13see203

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

05 Noyabr 2026 11:32see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri