Icma.az
close
up
RU
2025 ci ilin əmək bazarında GÖZLƏNİLMƏZ DƏYİŞİKLİK Qadınların aktivliyi niyə azalıb?

2025 ci ilin əmək bazarında GÖZLƏNİLMƏZ DƏYİŞİKLİK Qadınların aktivliyi niyə azalıb?

Icma.az bildirir, Bizim media portalına istinadən.

Adətən əmək bazarında qadınların daha fəal olduğu müşahidə edilirdi. Xüsusilə təhsil və xidmət sektorunda qadınlar kişilərlə müqayisədə daha tez işlə təmin olunur, işsizliklə bağlı statistikalarda isə nisbətən aşağı paya malik olurdular. Lakin Dövlət Məşğulluq Agentliyinin 2025-ci il üzrə açıqladığı son məlumatlar bu tendensiyanın dəyişdiyini göstərir. Bu dəfə qadınlar arasında işsizliyin artması qeydə alınıb.
Qadınların əmək bazarındakı aktivliyi niyə azalıb və bu geriləmənin arxasında hansı amillər dayanır?
Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası İcraiyyə Komitəsinin sədri Sahib Məmmədov Bizim.Media-ya geriləmənin səbəbini belə açıqladı:
“Elə insanlar var ki, iş axtarmaq ümidini itiriblər”
“Böyük ehtimalla bu il işsiz kimi qeydə alınan qadınların sayında artım müşahidə olunub. Belə olduqda buna adi statistik göstərici kimi baxmaq lazımdır. Məsələn gələn il, qadınların xeyrinə dəyişə bilər. Bütün iş axtaranlar gedib məşğulluq orqanlarında qeydiyyata alınmırlar. Bu statistika yalnız qeydiyyatda olan iş axtaranlar əsasında hazırlanıb.
Reallıq isə başqa amilləri göstərə bilər. Elə insanlar var ki, ya iş axtarmaq ümidini itiriblər ya da hara müraciət edəcəklərini bilmirlər.  Əlbəttə bir qisim də var ki, onlar da qeyri-fəal əhali qrupuna aiddirlər. Yəni əmək qabiliyyətləri olsa da evdarlığı seşirlər, işləmirlər”.
Xatırladaq ki, Dövlət Məşğulluq Agentliyinin məlumatına görə, 2025-ci il dekabrın 1-nə qeydiyyata alınan işsiz şəxslərin sayı 239.3 min nəfər olub. Onların 51.5 faizini qadınların payına düşür. Ötən ilin müvafiq dövründə isə qadınlar 47.5 faiz təşkil edirdi.
Şəfiqə Şəfa, Bizim.Media

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:86
embedMənbə:https://bizim.media
archiveBu xəbər 19 Dekabr 2025 11:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see668

Keçmiş həbsxana rəisinin iylənmiş meyiti tapıldı YENİLƏNİB

02 Fevral 2026 19:40see320

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see293

Vasif Məhərrəmli Elarizin adının Epşteyn dosyesində çəkilməsindən danışdı Açığı deyim ki...

02 Fevral 2026 16:42see277

Mallar gömrükdə qalıb: “Temu” Azərbaycan bazarından çıxır?

02 Fevral 2026 14:52see256

Nikosayağı həmin paylaşımını da sildi VİDEO

02 Fevral 2026 10:36see228

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see206

Müharibə bölgəsindən qaçan və sığınacaq axtaran şəxslər ilk fürsətdə qonşu ölkələrə axın edir, orada məskunlaşırlar

02 Fevral 2026 15:03see189

Bakıda 15 yaşlı qız atasını bıçaqladı

03 Fevral 2026 01:51see180

Tramp indi açıq şəkildə iki istiqamətdə siyasət aparır

02 Fevral 2026 08:22see177

Natiq Cəfərli: “Gürcüstanda benzin ucuzlaşır, çünki dövlətdən yox, bazardan asılıdır”

03 Fevral 2026 13:42see177

Kənd təsərrüfatında süni zəkadan istifadə olunacaq

04 Fevral 2026 01:51see177

Məğlubedilməz BÜRCLƏR: onların ən yaxşı saatı fevralda başlayacaq

04 Fevral 2026 00:13see171

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see163

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see163

Azərbaycan gəncliyi dövlətin strateji investisiyasıdır Millət vəkili

02 Fevral 2026 23:24see161

Maşınını satmaq istədi; diaqnostikada nəticəni öyrənib xəstəxanalıq oldu VİDEO

02 Fevral 2026 21:01see159

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see155

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see155

Türkiyə İranın parçalanmasına qarşı açıq və prinsipial mövqe sərgiləyir

03 Fevral 2026 09:46see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri