Icma.az
close
up
RU
Menu

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

Şuşa qəhrəmanlığın rəmzi

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Bunları hər kəs bilməlidir!

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

Rauf Dadaşovun anım günüdür

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

Həkim həzm sisteminin sağlamlığı üçün axşam yeməyində bir vərdişdən imtina etməyi tövsiyə ETDİ

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

2025ci ildə 4 bürcün başına nələr gələcək?

2025ci ildə 4 bürcün başına nələr gələcək?

News24 portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Hələ ötən ilin sonlarından etibarən müxtəlif elm sahələri 2025-lə bağlı proqnozlar verir. İqtisadi, siyasi sahədən tutmuş, astrologiyaya qədər insanlar onları nələrin gözlədiyindən xəbərdar olmaq istəyir. 

News24.az xəbər verir ki, azərbaycanlı astroloq Səbuhi Rəhimli də özünün yutub kanalında bürcləri bu il nələrin gözlədiyindən söz açıb.

Odur ki, 4 bürc üçün astroloqun çıxışını təqdim edirik:

Qoç

Ötən ilin sıxıntılı günlərini, eləcə də həll olunmamış problemlərini özünüzə dərd etməyin. Çünki ilanın gəlişi belə xoşagəlməzliyin təkrarlanmasına yol verməyəcək. Bunu elə ilin ilk həftəsində hiss edəcəksiniz. Bu vaxta qədər bürcünüz üçün gərgin keçən yanvar ayı təzə ildə tamamilə uğurlu olacaq. Rastlaşdığınız ağıllı adamlar sayəsində şəxsi həyatınız ideal bir istiqamətə yönələcək. Xüsusilə işlə bağlı müvəffəqiyyətləriniz misli görülməmiş həddə çatacaq. Ümumiyyətlə, 2025-ci il peşəyönümlü fəaliyyətdə və maddi durumunuzun dirçəlməsində böyük rol oynayacaq. Novruz bayramına qədər nəzərdə tutduğunuz planların ləng inkişafı sizi müəyyən qədər darıxdırsa da, baharın gəlişi, eyni zamanda bürcünüzün başlanması şanslarınızı birə beş artıracaq. Nəzərdən qaçırmayın ki, ilan ili taleyinizdə həmişə müsbət və əsaslı dönüş yaradan illər olub. Yəni ötən 12 ili, ondan əvvəlki 24 ili yada salsanız, bunun bariz nümunəsini görərsiniz. İş üslubunda dəyişiklik etməyin vacibliyini vurğulayan ulduzlar paralel fəaliyyəti məhdudlaşdırmağı məsləhət görür. Yəni bir neçə yerə calanmaq olmaz, konkret bir hədəfi götürməlisiniz. Yoxsa enerjiniz tez tükənər. Sevgi məsələlərində cərəyan edən proseslər zövqünüzü oxşayacaq. Təzə tanışlıqlar həyat eşqinizi artıracaq. Evlənmək planlarınızı sentyabrdan sonraya saxlamağınız yaxşıdır. Qazancınız çox olsa da, əldə etdiklərinizi boş məsrəflərə xərcləməməlisiniz. Çünki payızda pula böyük ehtiyac duyacaqsınız. İl ərzində yeganə narahatlığınız dost laqeydliyindən ola bilər. Bu səbəbdən münasibət qurarkən zahiri manevrlərə aldanmamalısınız. 

Buğa

Bürcünüz il ərzində məhəbbət adlı füsunkar bir nemətin ünvanına baş vuracaq. Hətta bəzi məqamlarda iş və karyera sevginin arxa fonunda qalacaq. Planetiniz olan Venera 2025-ci ilin sizin üçün romantik bir ərəfə olduğuna da təkan verəcək. Evlənənlər arasında daha çox sizin zodiakın nümayəndələri şanslı olacaq. Bəzən deyirlər ki, bu il filan bürcdən olanlar daha çox evlənəcək. Belə bir şey yoxdur. Sadəcə şanslılarınız Venera daha çox Buğa və Tərəzi üçün təkan verir. Amma bu şansdan hər insan istifadə etmir. Əgər planınız varsa, iyun-sentyabr ayları evlənmək üçün daha şanslıdır. İlin ilk 3 ayı fəaliyyətinizdə passivlik müşahidə olunacaq. Həmkarlarınızla mübahisələr, uğursuz cəhdlər, tabeçiliyində fəaliyyət göstərdiyiniz rəhbərlərlə pozulan münasibətlər ciddi görkəminizə bir az daa gərginlik gətirə bilər. Ulduzlar düzgün seçim etmədiyiniz təqdirdə işdən ayrı düşəcəyinizi də istisna etmir. Amma Buğalar ağıllıdır, adətən doğru seçim edirlər. 

Məyus olmağa dəyməz, Aprelin 2-ci yarısından etibarən düşdüyünüz yeni mühit düşüncələrinizə aydınlıq gətirəcək və şəxsi büdcənizin artmına xidmət edəcək.İl ərzində səhhətinizin də qaydasında olacağı görünür. Lakin avqust-noyabr aylarında ambulator müayinə götürməyinizə ehtiyac yaranacaq. Bu xəstəxanaya düşəcəyiniz mənasına gəlmir. İlan ili daxilinizdə hökm sürən qisasçılığı və kini unutmağınızı tələb edir. Əks təqdirdə buna görə cəzalana bilərsiniz. Zamanın nəbzini tutmağa çalışın. Vaxtilə etdiyiniz səhvlərə və ədalətsizliklərə görə, vicdanınız qarşısında ifadə verin. İyuldan etibarən dostlarınız get-gedə artacaq. Özünüzü təkliyə alışdırmayın. Ən azı ona görə ki, tənha Buğaların ürəyi tab gətirmir. Buğaların dostları sayca az olsalar da, çox yaxşı olurlar.

Əkizlər

Bürcünüzün 2025-ci il üçün astroloji mənzərəsinə nəzər salanda görünür ki, bu il özünüzə layiqli tərəfdaş, duyğulu dostlar, ideal sevginizə layiq tərəf müqabili tapmaq üçün səfərə çıxmalısınız və çıxacaqsınız. Hamıdan güclü, şanslı və enerjili olacaqsınız. Başınıza daha çox səmimi insanlar toplaşacaq. Bu isə ideallarınızın reallaşmasında sizə hədsiz kömək göstərəcək. İlan ilinin sizdən ən böyük təvəqqesi insanlara qarşı mülayimlik göstərməyinizdir. Kiminsə arxasınca danışmaq, şəxsi həyatına müdaxilə etmək sizə baha başa gələ bilər. İlin birinci yarısında çətinlikləriniz çox olacaq. Mənəviyyatı aşağı, fiziki imkanları geniş olan adamlar tərəfindən təzyiqə məruz qalacağınız gözlənilir. Belə məqamlarda mübarizə aparmaq yersiz olduğundan yalnız müdafiə mövqeyində durmalısınız. Ən azından ötəri bir dönəm olduğu üçün müdafiəyə çəkilmək səmərəlidir. Karyeranızda ciddi uğurlagözlənilməsə də, hər halda ötən ilkinə nisbətən daha perspektivli olacaq. Təxminən 2 dəfə iş yerinizi və iş üslubunuzu dəyişəcəyiniz gözlənilir. Maddi durumunuzadan isə qətiyyən narazılığınız olmayacaq. Məhəbbət sahəsində maraqlı günlər yaşasanız da, evlənmək üçün ideal vaxt olmadığını da bildirir. Bu o demək deyil ki, evliliyi təxirə salasınız, amma daha çox sevgini inkişaf etdirmək var, nəinki evlilik. İmkanı olanlar toyu bir il sonraya da saxlaya bilərlər. Küçədə və meydanlarda az görünməyə çalışın. Səhhətlə bağlı yeganə problem revmatik ağrılar olacaq. 

Xərçəng

Qarşıdan gələn ilan ilininin sonuna qədər ehtiyatlı olmalısınız. Tərslikdən ətrafınızda olan insanların əksəriyyəti mövqeyinizlə razılaşmaya bilər. Təbii ki, belə hallar nəzərdə tutduğunuz ideyaların reallaşmasında maneələr yarada bilər. Bürcünüz üçün ilin ən gərgin ərəfəsi mart, aprel və noyabr ayları olacaq. Yəni neqativlər bu 3 ay ərzində olacaq. Bu ərəfədə səbəbsiz yerə münaqişələrə cəlb olunma ehtimalınız var. Hətta münaqişələr qabararsa, polisə, məhkəmyə düşmə ehtimalınız da var. Odur ki, münaqişələri bacardığınız qədər sakit tərzdə həll etməlisiniz. Bu il inadkarlıq ən böyük düşməninizə çevriləcək. Digər vaxtlarda isə nikbin macəralı hadisələr bol olacaq. İlin ilk 2 ayında yüksək dairələrlə əlaqələrinizin genişlənməsi karyeranızın inkişafına xidmət edəcək. Göy qübbəsi bürcünüzdə mövcud olan intuisiyadan səmərəli istifadə etməyinizi məsləhət görür. Pulla bağlı problemləriniz ötən illə müqayisədə az olacaq. Sevgi məsələlərində hər şey zövqünüzlə vəhdət təşkil edəcək. İmkanınız yetmədiyi təqdirdə toy planlarınızı təxirə salsanız, yaxşıdır. (Ölkə.Az)

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:206
embedMənbə:https://news24.az
archiveBu xəbər 08 Yanvar 2025 21:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see557

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see306

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see260

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see252

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see243

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see237

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see231

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see229

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see220

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see218

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see211

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see210

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

04 Noyabr 2026 09:16see202

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

04 Noyabr 2026 14:24see202

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see199

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

04 Noyabr 2026 16:59see195

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see192

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see191

Həkim həzm sisteminin sağlamlığı üçün axşam yeməyində bir vərdişdən imtina etməyi tövsiyə ETDİ

03 Noyabr 2026 20:40see179

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

04 Noyabr 2026 19:15see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri