Icma.az
close
up
RU
2025ci ildə imtahan verəcək şəxslərə ŞAD XƏBƏR

2025ci ildə imtahan verəcək şəxslərə ŞAD XƏBƏR

Pravda.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Dövlət İmtahan Mərkəzi 2025-ci ildə keçiriləcək buraxılış imtahanlarında dəyişikliklərin olacağı vədini verib. Məleykə Abbaszadə 2025-ci ildə ümumi orta (9 illik) təhsil səviyyəsi üzrə buraxılış imtahanında xarici dil (ingilis, alman, fransız, rus, ərəb və fars) fənlərindən yeni imtahan modelinin tətbiq ediləcəyini bildirib. Tətbiq edilən yeniliklər yalnız IX sinfi bitirəcək təhsilalanlar üçün nəzərdə tutulub. Yeniliklər bu il buraxılışla yanaşı, qəbul (blok) imtahanı da verəcək XI siniflərə şamil edilməyəcək. Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı Elmin Nuri "Yeni Sabah"a danışarkən bir neçə xüsusi məqamı qeyd edib:

“Yeni imtahan modeli xarici dil predmeti ilə bağlı tətbiq ediləcək. Bu model artıq aprobasiyadan keçirilib, tapşırıq nümunələri 2023-2024-cü illərdə nəşr olunan ümumtəhsil müəssisələrinin 8 və 9-cu sinif dərsliklərinə uyğun hazırlanmış “Qiymətləndirmə tapşırıqları” kitablarında verilib.

Əslində, o qədər də ciddi əlavələr yoxdur. Sadəcə, IX sinif buraxılış imtahanlarının daha üst səviyyədə dəyərləndirilməsi meyarlarının da sırf buna görə müəyyənləşdirilməsindən ötrü belə bir addımın atılıb. Ən maraqlı yenilik şəkil tipli esse tapşırığı ilə bağlıdır.

Bildiyimiz kimi, PHD (doktorantura) imtahanlarında belə bir qayda var: xarici dil bloku üzrə hər hansı bir şəkil, portret təqdim olunur və imtahan verən şəxs bir dəqiqə ərzində təsvirlə bağlı şifahi şəkildə esse danışmalı, öz fikrini əsaslandırmağı bacarmalıdır. IX siniflərin buraxılış imtahanlarında da bu metoda müəyyən qədər bənzəyən tapşırıq salınıb.

Doğrudur, PHD imtahanı ilə IX siniflərin buraxılış imtahanlarının səviyyə və çətinlik fərqini eyniləşdirə bilmərik. Amma bu metoda bənzər şəkildə tapşırığın olması uşaqların xarici dil biliklərində daha hazırlıqlı olmalarına xüsusi motivasiya yaradacaq. Burada şagird təqdim olunan təsvir əsasında öz fikirlərini esse formasında, yazılı şəkildə əsaslandırmağa çalışacaq”.

E.Nurinin fikrincə, imtahanlarda tətbiq edilən yeni model dəyişikliklərin əsas məqsədi qapalı tipli test tapşırıqlarının dominantlığını azaltmaq, şagirdlərin təhlilyönümlülük bacarıqlarının inkişafına şərait yaratmaqdır:

“Diqqət etmisinizsə, hər dəfə qəbul olunan yeni model dəyişikliklər qapalı test tapşırıqlarından asılılıq dərəcəsinin azalmasına xidmət etmiş olur. Bu, əslində gələcəyə yönəlik çox düşünülmüş bir addımdır. Şagirdlərin 5 variantlı testlər üzərindən deyil, bu tipli tapşırıqlarla təhlilyönümlülük bacarıqları yönündən qiymətləndirmək onların İQ göstəricilərinə, analitik qabiliyyətlərinə də ciddi təsir etmiş olacaqdır”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:87
embedMənbə:https://pravda.az
archiveBu xəbər 30 Noyabr 2024 17:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yuxulara inanmaq olarmı? Cavab sizi TƏƏCCÜBLƏNDİRƏCƏK

01 İyun 2025 13:55see194

Ərdoğan İrana səsləndi, Poqosyan narahat oldu Fikirləşin, niyə?

02 İyun 2025 04:14see155

Şəhərin mərkəzində atışma 2 ölü, 1 yaralı

01 İyun 2025 15:32see144

Saç yuyarkən suyun temperaturuna diqqət edin mütəxəssisdən vacib tövsiyələr

02 İyun 2025 05:06see132

Şabrandakı yol qəzasında bir nəfər həyatını itirib

02 İyun 2025 09:33see130

Bu şəxs Polşanın yeni prezidenti oldu

02 İyun 2025 07:11see129

Cəzaçəkmə müəssisəsinin damı uçdu, məhkum xəsarət aldı

01 İyun 2025 22:14see129

Niyə şorba ikinci gün daha dadlı olur? CAVAB

01 İyun 2025 13:21see129

Naxçıvanda aksiya çərçivəsində 300 dən çox uşaq tibbi müayinədən keçib

02 İyun 2025 00:25see127

Bəzi vitaminlərin çox qəbulu orqanizmə belə ziyan VURUR

02 İyun 2025 05:01see127

Cənubi Koreyada seçkilərə şok qərar: namizədlərdən biri geri çəkildi

01 İyun 2025 19:55see126

Gördük o “ekspertlərinizi”, 5 günə 1 sualı düz yaza bilməyiblər DİM ə ETİRAZ

02 İyun 2025 04:16see125

Efirdə Təyyar Bayramovun mikrofonu söndürüldü Video

02 İyun 2025 15:31see123

Rusiya və Ukrayna yeni mübadilələr haqqında razılığa gəldi

02 İyun 2025 18:38see123

İmamoğlunun trolları hərəkətə keçdi

02 İyun 2025 15:13see122

“Çox sevdiyim bir “uşağ”ım var” Xanımından iş adamına

01 İyun 2025 23:26see121

Havalar isinir, amma qrip təhlükəsi artır nə etməli?

02 İyun 2025 01:01see120

Yarış üçün hazırlanmış Super Mustanq nümayiş olundu

02 İyun 2025 05:31see119

Alça yedikdən sonra bunlara diqqət edin!

02 İyun 2025 02:03see118

Britaniya ordusunun sayını artırır İlk dəfə

03 İyun 2025 01:17see117
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri