Icma.az
close
up
RU
Menu

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

İran rejimi legitimliyini itirir ŞƏRH

Faciənin 36 cı ildönümü...

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

Saça yapışan saqqızdan qurtulmağın yolları

Suriya regional güc balansını Türkiyənin xeyrinə dəyişir

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

ATƏT də dərin böhran yaşanır

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

Azərbaycan Xəzərin enerji mərkəzi kimi inkişafında tamamilə yeni bir strateji səhifə açır ENERGETİKA NAZİRİ

Azərbaycan Xəzərin enerji mərkəzi kimi inkişafında tamamilə yeni bir strateji səhifə açır ENERGETİKA NAZİRİ

Icma.az xəbər verir, Sia Az saytına əsaslanaraq.

Energetika naziri Pərviz Şahbazov Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 30-cu Yubiley Bakı Enerji Forumunda “Dayanıqlı və davamlı enerji gələcəyi naminə qlobal əməkdaşlıq” mövzusunda plenar sessiyada çıxış edib. SİA xəbər verir ki, çıxışda qeyd edilib ki, son 30 il ərzində bu platforma Ulu Öndər Heydər Əliyevin dayanıqlı enerji müstəqilliyi və enerji təhlükəsizliyinə yönəlmiş, diversifikasiya, əməkdaşlıq və uzaqgörən planlaşdırmaya əsaslanan siyasətinin müdrikliyinə, yalnız neft-təbii qazın deyil, həm də “yaşıl enerji” layihələrinin inkişafına və beynəlxalq əməkdaşlığın əhatə dairəsinin genişlənməsinə şahidlik edib. Xəzər dənizini beynəlxalq enerji bazarları ilə birləşdirən Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum və Cənub Qaz Dəhlizi kimi strateji layihələr sayəsində Azərbaycan bu gün neftini 25, təbii qazını isə 12 ölkəyə uğurla ixrac edir. Ötən il Azərbaycanın neft ixracının 75%-dən çoxunun, təbii qaz tədarükünün isə 51%-nin Avropa ölkələrinə yönəldiyini vurğulayan nazir bildirib ki, qısa müddət ərzində boru kəməri ilə qaz nəqlinin coğrafi əhatəsinə görə dünyada qabaqcıl mövqe tutan Azərbaycan, Avropa İttifaqına (Aİ) boru kəməri ilə nəql olunan qazın həcminə görə 7% payla dördüncü təchizatçıdır: “Bu bir daha təsdiq edir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bütün növ enerji resurslarına rasional və balanslaşdırılmış yanaşması, eləcə də ixrac infrastrukturunun inkişafına yönəlmiş qətiyyətli siyasəti ölkəmizin müasir enerji xəritəsində strateji mövqeyini möhkəmləndirərək, qeyri-sabit bir dünyada etibarlı enerji təhlükəsizliyinin nümunəvi modelini formalaşdırmışdır”, - deyə nazir əlavə edib.

Qaz tədarükünün perspektivləri xüsusunda hazırda işlənməkdə olan beş layihə, eləcə də Bakı Enerji Həftəsi çərçivəsində TPAO, Exxon Mobil Corporation, MOL, ITOCHU və Gran Tierra Energy şirkətləri ilə imzalanmış əməkdaşlıq sənədləri diqqətə çatdırılıb. Bununla yanaşı, 2030-cu ilin sonunadək ümumi gücü 2700 MVt olan külək - günəş elektrik stansiyalarının ölkənin enerji sisteminə inteqrasiyası nəticəsində ildə 1,5 milyard kubmetr təbii qaza qənaət ediləcəyi bildirilib. Bu həcmlərin nəqli üçün Cənub Qaz Dəhlizi də daxil olmaqla, bölgədəki nəql infrastrukturlarının ötürücülük gücünün artırılmasının və zəruri zəmanətlərin təmin olunmasının vacibliyi vurğulanıb.

Son 30 il ərzində karbohidrogenlərin qlobal enerji balansında payının təxminən 5% dəyişməsinə istinad edilərək bildirilib ki, alternativ enerji mənbələri mövcud mənbələri əvəz etmir, sadəcə onları tamamlayır. Neft-qazın mühüm rolunun gələcəkdə də davam edəcəyini nəzərə alaraq, bu sahənin maliyyələşdirilməsi təxirə salınmamalı, enerji mənbələri, resursları, ticarət yolları və təchizat zəncirlərinin diversifikasiyası daim prioritet saxlanmalıdır. İndi, investorlar üçün aydınlıq və proqnozlaşdırıla bilənlik təmin edən real və praqmatik siyasətlərin həyata keçirilməsi üçün ən münasib zamandır,- deyə qeyd edilib.

Azərbaycanın “yaşıl enerji” vasitəsilə Xəzərin enerji mərkəzi kimi inkişafında tamamilə yeni bir strateji səhifə açdığını deyən energetika naziri növbəti iki il ərzində 10 günəş və külək elektrik stansiyasının istismara verilməsi ilə bərpa olunan enerjinin inkişafının birinci mərhələsinin tamamlanacağını qeyd edib. Bu çərçivədə bu il 240 MVt gücündə külək elektrik stansiyasının istifadəyə veriləcəyi, 200 MVt gücündə üç günəş stansiyasının tikintisinə başlanacağı bildirilib. Nazir Pərviz Şahbazov deyib: “2.7 milyard dollar investisiya dəyəri olan bu “yaşıl enerji” gücləri ilə quraşdırılmış gücdə bərpa olunan enerjinin payı 2027-ci ildə 33,7%-ə çatacaq. Planlarımız bu göstəricini 2030-cu ildə 38%-ə, 2035-ci ildə isə 42,5%-ə yüksəltməkdir. Növbəti 5 il ərzində quruda və dənizdə yaradılacaq 6 QVt-dan çox “yaşıl enerji gücü”nün 4 QVt-ı ixraca yönəldiləcək. Həmçinin “yaşıl enerji zonası” Naxçıvanın 6 QVt bərpa olunan enerji potensialının ən azı 1 QVt-ı ixrac ediləcək. Azərbaycan Prezidentinin “yaşıl enerji”nin tədarükü və transsərhəd ötürülməsində ölkəmizin aparıcı mövqeyini təmin etməyə yönəlmiş strateji baxışına uyğun olaraq, hazırda Xəzər hövzəsini, Mərkəzi Asiya, Türkiyə və Avropanı əhatə edən genişmiqyaslı “yaşıl enerji dəhliz”ləri layihələri həyata keçirilir. Bu dəhlizlər Avropaya gələcəkdə təkcə “yaşıl enerji”, hidrogen deyil, həm də fiber-optik kabellərlə data nəql edəcək.”

Çıxışda “Xəzər-Qara dəniz-Avropa”, “Mərkəzi Asiya-Azərbaycan”, Naxçıvan üzərindən birbaşa, həmçinin Zəngəzur dəhlizi vasitəsilə Türkiyəyə, eləcə də Gürcüstan üzərindən Türkiyəyə, oradan isə Avropaya istiqamətlənən “yaşıl enerji” interkonnektorları barədə məlumatlar verilib. Əlavə edilib ki, Xəzər dənizindən keçməklə Mərkəzi Asiya və Orta Dəhlizi əhatə edən bu strateji layihələr müasir enerji təhlükəsizliyi arxitekturasında regionun rolunun möhkəmləndirilməsinə və uzunmüddətli beynəlxalq əməkdaşlığa yol açan dinamik bir ekosistemin yaranmasına töhfə verəcəkdir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:61
embedMənbə:https://sia.az
archiveBu xəbər 03 İyun 2025 11:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see266

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see247

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see215

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see207

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see201

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see190

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see185

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

19 Yanvar 2026 10:19see177

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see172

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see164

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see162

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see148

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see144

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see143

Suriya regional güc balansını Türkiyənin xeyrinə dəyişir

19 Yanvar 2026 22:17see142

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see136

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see134

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see134

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see134

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri