Icma.az
close
up
RU
2025ci ildə imtahan verəcək şəxslərə ŞAD XƏBƏR Yeni model gəlir

2025ci ildə imtahan verəcək şəxslərə ŞAD XƏBƏR Yeni model gəlir

Icma.az xəbər verir, News24 saytına əsaslanaraq.

Dövlət İmtahan Mərkəzi 2025-ci ildə keçiriləcək buraxılış imtahanlarında dəyişikliklərin olacağı vədini verib. Məleykə Abbaszadə 2025-ci ildə ümumi orta (9 illik) təhsil səviyyəsi üzrə buraxılış imtahanında xarici dil (ingilis, alman, fransız, rus, ərəb və fars) fənlərindən yeni imtahan modelinin  tətbiq ediləcəyini bildirib.

Tətbiq edilən yeniliklər yalnız IX sinfi bitirəcək təhsilalanlar üçün nəzərdə tutulub. Yeniliklər bu il buraxılışla yanaşı, qəbul (blok) imtahanı da verəcək XI siniflərə şamil edilməyəcək.

Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı Elmin Nuri "Yeni Sabah"a danışarkən bir neçə xüsusi məqamı qeyd edib:

“Yeni imtahan modeli xarici dil predmeti ilə bağlı tətbiq ediləcək. Bu model artıq aprobasiyadan keçirilib, tapşırıq nümunələri 2023-2024-cü illərdə nəşr olunan ümumtəhsil müəssisələrinin 8 və 9-cu sinif dərsliklərinə uyğun hazırlanmış “Qiymətləndirmə tapşırıqları” kitablarında verilib.

Əslində, o qədər də ciddi əlavələr yoxdur. Sadəcə, IX sinif buraxılış imtahanlarının daha üst səviyyədə dəyərləndirilməsi meyarlarının da sırf buna görə müəyyənləşdirilməsindən ötrü belə bir addımın atılıb. Ən maraqlı yenilik şəkil tipli esse tapşırığı ilə bağlıdır.

Bildiyimiz kimi, PHD (doktorantura) imtahanlarında belə bir qayda var: xarici dil bloku üzrə hər hansı bir şəkil, portret təqdim olunur və imtahan verən şəxs bir dəqiqə ərzində təsvirlə bağlı şifahi şəkildə esse danışmalı, öz fikrini əsaslandırmağı bacarmalıdır. IX siniflərin buraxılış imtahanlarında da bu metoda müəyyən qədər bənzəyən tapşırıq salınıb.

Doğrudur, PHD imtahanı ilə IX siniflərin buraxılış imtahanlarının səviyyə və çətinlik fərqini eyniləşdirə bilmərik. Amma bu metoda bənzər şəkildə tapşırığın olması uşaqların xarici dil biliklərində daha hazırlıqlı olmalarına xüsusi motivasiya yaradacaq. Burada şagird təqdim olunan təsvir əsasında öz fikirlərini esse formasında, yazılı şəkildə əsaslandırmağa çalışacaq”.

E.Nurinin fikrincə, imtahanlarda tətbiq edilən yeni model dəyişikliklərin əsas məqsədi qapalı tipli test tapşırıqlarının dominantlığını azaltmaq, şagirdlərin təhlilyönümlülük bacarıqlarının inkişafına şərait yaratmaqdır:

“Diqqət etmisinizsə, hər dəfə qəbul olunan yeni model dəyişikliklər qapalı test tapşırıqlarından asılılıq dərəcəsinin azalmasına xidmət etmiş olur. Bu, əslində gələcəyə yönəlik çox düşünülmüş bir addımdır. Şagirdlərin 5 variantlı testlər üzərindən deyil,  bu tipli tapşırıqlarla təhlilyönümlülük bacarıqları yönündən qiymətləndirmək onların İQ göstəricilərinə, analitik qabiliyyətlərinə də ciddi təsir etmiş olacaqdır”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:106
embedMənbə:https://news24.az
archiveBu xəbər 30 Noyabr 2024 22:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Penitensiar xidmətdə dəyişiklik: iki hərbi struktur nazirliyə birləşdirildi

13 Dekabr 2025 17:36see388

Puqaçova və Qalkinin uşaqlarının dünyaya gəlməsinin sirri AÇILDI

14 Dekabr 2025 15:28see258

Sabahın havası Leysan, qar

14 Dekabr 2025 13:12see203

Azərbaycanda tanınmış tiktoker saxlanıldı Foto

13 Dekabr 2025 16:57see196

“Qarabağ bu gün Araz Naxçıvan ı sınağa çəkəcək

14 Dekabr 2025 08:37see184

Fransada XVI əsrə aid qeyri adi dar ağacı tapıldı

14 Dekabr 2025 01:26see184

Sumqayıtda 11 nömrəli məktəbdə məktəb pulu qalmaqalı Nazirlik hərəkətə keçdi

15 Dekabr 2025 04:21see164

Qəbələ 10 nəfərlə qaldı YENİLƏNİR

14 Dekabr 2025 15:19see154

Azərbaycan Premyer Liqasında daha bir görüş baş tutub

14 Dekabr 2025 16:50see146

Mayonezin gizli riskləri Həkimdən XƏBƏRDARLIQ

14 Dekabr 2025 02:37see145

Kral xalqa müraciətində nə danışıb?

13 Dekabr 2025 19:01see144

Zaxarovanın bu zarafatı gündəm oldu

13 Dekabr 2025 17:08see142

“Kəpəz” “Qəbələ”yə, “Qarabağ” “Araz Naxçıvan”a qarşı YENİLƏNİR

14 Dekabr 2025 08:06see141

Ermənistanda ARA QARIŞDI: Xocalı qatili SAVAŞ MESAJI verdi

14 Dekabr 2025 11:07see140

Almaniyada məcbur hərbi xidmət gündəmdədir, qadınlar da çağırıla bilər

14 Dekabr 2025 01:08see136

FİFA Argentinanı DÇ 2026 dan uzaqlaşdıra bilər

13 Dekabr 2025 21:23see134

Zelenski NATO dan imtina etməyə hazır olduğunu açıqladı

14 Dekabr 2025 18:12see134

İnkişaf etmək istəyirsizsə, necə belə meydançada oynayırsız? Valdas Dambrauskas

13 Dekabr 2025 19:42see133

Müharibənin sonu görünür Zelenski artıq sülh masasına hazırdır

14 Dekabr 2025 02:59see133

İllərin qəzalı binaları tarixə qovuşurlar: Sumqayıtda böyük söküntü BAŞLAYIR

14 Dekabr 2025 08:41see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri