Icma.az
close
up
RU
Küçə itləri insanlara niyə HÜCUM EDİR? KONKRET

Küçə itləri insanlara niyə HÜCUM EDİR? KONKRET

Icma.az, Konkret.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycanda heyvan dişləmələri, küçə itlərinin insanlara hücumu artıq tək-tək hadisələr kimi baş vermir, artıq ciddi ictimai təhlükə səviyyəsinə  yüksəlib. Rəsmi statistikaya görə, ötən il ölkə üzrə 48 min 446 nəfər heyvan dişləməsi və cırmaqlanmasına məruz qalıb. Onların 32 min 194-ü it hücumu nəticəsində xəsarət alıb. Bu rəqəmlər təkcə tibbi statistika deyil – həm də dövlət qurumları və cəmiyyət üçün açıq həyəcan siqnalıdır. Üstəlik, il ərzində insanlar arasında bir quduzluq halının qeydə alınması problemin nə qədər real təhlükə yaratdığını göstərir. Səhiyyə Nazirliyinin məlumatlarına əsasən, hər gün orta hesabla 130-dan çox insan heyvan hücumuna məruz qalır. Hadisələrin böyük əksəriyyəti şəhər və şəhərətrafı ərazilərdə baş verir. Xüsusilə, uşaqlar və yaşlılar risk qrupunda ön sıradadır.

Təhlükənin əsas mənbəyi: sahibsiz itlər

Aparılan araşdırmalar göstərir ki, dişləmə hallarının böyük hissəsi sahibsiz itlərlə bağlıdır. Şəhər kənarlarında, tikinti sahələrində, bazar ətraflarında və yaşayış massivlərində sürü halında dolaşan itlər artıq adi mənzərəyə çevrilib. Məsələ burasındadır ki, sahibsiz heyvanlarla bağlı məsuliyyət bir neçə qurum arasında bölünüb və bu da praktikada ciddi boşluqlar yaradır. Nəticədə problem qurumdan-quruma ötürülür, lakin sistemli həllini tapmır. Səhiyyə Nazirliyi bildirir ki, heyvan dişləməsi hallarında quduzluğa qarşı peyvəndlər bütün tibb müəssisələrində mövcuddur və əlçatandır. Qida Təhlükəsizliyi Agentliyi isə heyvanlar arasında peyvəndləmə tədbirlərinin aparıldığını açıqlayır. Lakin bir sual açıq qalır: profilaktika niyə nəticə vermir?

Yerli icralar nə edir?

Araşdırma zamanı məlum olur ki, ölkə üzrə sığınacaqların sayı məhduddur, sterilizasiya proqramları isə bütün əraziləri əhatə etmir. Bir çox hallarda sahibsiz itlər sadəcə bir ərazidən digərinə köçürülür.

Sumqayıt Şəhər İcra Hakimiyyəti KONKRET.az-a bildirib ki, sahibsiz heyvanlarla bağlı tədbirlər humanist prinsiplər əsasında həyata keçirilir:

“Şəhər ərazisində sahibsiz itlərin toplanaraq uyğun sığınacaqlara yerləşdirilməsi, peyvəndlənməsi işləri mütəmadi aparılır. Vətəndaş müraciətləri operativ araşdırılır və mərhələli tədbirlər görülür.”

Lakin real vəziyyət göstərir ki, bu tədbirlər problemə köklü təsir göstərmək üçün yetərli deyil.

Sosioloq: Problemin kökü nəzarətsizlikdir

Sosioloq Nail Cəlil mövzu ilə bağlı KONKRET.az-a açıqlamasında bildirib ki, heyvan dişləmələrinin artmasının həm obyektiv, həm də subyektiv səbəbləri var:

“Əsas problem real nəzarət mexanizminin olmamasıdır. Əgər heyvanların kodlaşdırılması, sertifikasiyası və pasportlaşdırılması aparılsa, vəziyyət xeyli dəyişər. Məsələni yalnız dişləmə faktları və sanitar tədbirlərlə məhdudlaşdırmaq olmaz. Ev heyvanlarının küçəyə atılması ayrıca sosial problemdir. İnsanlara alışmış heyvanlar qaçmır, dəstək axtarır və bu da təhlükəni artırır.”

Baytar mütəxəssis: Sığınacaqlar və sterilizasiya əsas şərtdir

Zoonoz xəstəliklər üzrə mütəxəssis Elçin Məmmədov problemin təkcə Bakıya yox, bütün regionlara aid olduğunu vurğulayır:
“Normal şəraitdə sahibsiz itlər ilk növbədə sterilizasiya olunmalı, sonra peyvəndlənib qeydiyyata alınmalıdır. Qulağında nişanı olan heyvanın statusu məlumdur. Təəssüf ki, bu təşəbbüs tam icra edilməyib. Quduzluq təkcə itlərdən yox, pişik, çaqqal, tülki kimi heyvanlardan da keçə bilər. Bunun qarşısını almaq üçün yaşayış məntəqələrindən kənarda sığınacaqlar yaradılmalı, baytar həkimlər daimi nəzarət aparmalıdır. İnkişaf etmiş ölkələrdə bu məsuliyyət bələdiyyələrin üzərindədir. Bizdə isə sistem formalaşmayıb.”

Ekspert həmçinin maarifləndirmənin vacibliyini qeyd edir:

“İnsanlar sahibsiz heyvanlara aqressiv davranmamalıdır. Zibilin açıq yerlərə atılması da itlərin həmin ərazilərə toplaşmasına səbəb olur.”

Hüquqi mexanizmlər var, amma yetərincə işləmir;

Vəkil Fuad Məmmədov bildirir ki, sahibsiz heyvanlarla bağlı hüquqi baza mövcuddur:

Nazirlər Kabinetinin 2011-ci il qərarı ilə ev heyvanlarının saxlanma qaydaları müəyyən edilib. Həmin qaydalara görə:
•heyvanlara rəhmsiz rəftar qadağandır;
•sahiblər heyvanı küçəyə ata bilməz;
•sahibsiz heyvanlar müvafiq qurumlar tərəfindən götürülməlidir;
•yerli icra hakimiyyətləri bu sahəyə cavabdehdir.

Bundan əlavə, ev heyvanlarına qayğı göstərməyən şəxslər 200 manat cərimə edilə bilər.

2025-ci ildə isə Bakı Şəhər İcra Hakimiyyəti yanında “Sahibsiz Heyvanlara Qayğı Mərkəzi” yaradılıb. Mərkəzin fəaliyyətinə:

•uçot aparılması
•peyvəndləmə
•sterilizasiya
•zərurət olduqda evtanaziya daxildir.

Lakin ekspertlərin fikrincə, bu strukturlar hələ ki problemin miqyasına uyğun gücdə fəaliyyət göstərə bilmir.

Çıxış yolu nədir?

Mütəxəssislərin ortaq mövqeyi budur ki, problemi yalnız heyvanları toplamaqla həll etmək mümkün deyil. Sistemli yanaşma tələb olunur:
✔ sahibsiz heyvanların kütləvi sterilizasiyası və peyvəndlənməsi
✔ itlərin məcburi qeydiyyatı və çiplənməsi
✔ sahiblər üçün cərimələrin sərtləşdirilməsi
✔ davamlı maarifləndirmə kampaniyaları
✔ bələdiyyələrin prosesə cəlb olunması

Nəticə

48 mindən çox dişləmə faktı fonunda əsas sual açıq qalır: mövcud tədbirlər yetərlidirmi?

Rəqəmlər göstərir ki, problem hələ də sistemli həllini tapmayıb. Heyvan dişləmələri artıq statistik göstərici deyil – real təhlükəyə çevrilib.
Məsuliyyət qurumlar arasında bölüşdürülsə də, nəticə ortadadır. Effektiv nəzarət mexanizmləri formalaşdırılmadıqca, sahibsiz heyvan problemi həm insan sağlamlığı, həm də ictimai təhlükəsizlik üçün risk olaraq qalacaq.

Aynurə İsmayıl
KONKRET.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:336
embedMənbə:https://konkret.az
archiveBu xəbər 30 Yanvar 2026 19:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see358

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see338

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see338

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see335

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see290

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see280

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see268

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see266

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see260

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see259

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see242

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see224

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see220

Baş ağrılarına fərqli müalicə: “Homeosiniatriya” üsulu nədir?

30 Oktyabr 2026 18:58see214

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see213

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see201

Başı ağrıyan kişinin gözündən bitki toxumu çıxarıldı

30 Oktyabr 2026 21:37see198

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see196

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see195

Səhiyyə üçün 9 milyona yaxın vəsait ayrılır

30 Oktyabr 2026 17:31see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri