Ukrayna və Niderland XİN rəhbərləri təhlükəsizlik və hərbi yardım məsələlərini müzakirə edib
Apa.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Ukraynanın xarici işlər naziri Andriy Sibiqa Niderlandın xarici işlər naziri David van Veel ilə telefon danışığı aparıb.
APA xəbər verir ki, bu barədə Andriy Sibiqa “X” sosial şəbəkə hesabında məlumat yayıb.
Nazir Niderland tərəfinin Ukraynaya qəti dəstəyini, o cümlədən 2029-cu ilə qədər hər il 3 milyard avro məbləğində hərbi yardım göstərməyə hazır olduğunu bir daha təsdiqlədiyini bildirib.
O, eyni zamanda Niderlandın Ukraynanın Avropa İttifaqı və NATO-ya üzvlüyü yolunda dəstək vermək niyyətini ifadə etdiyini qeyd edib.
Telefon danışığı zamanı Andriy Sibiqa həmkarını Ukraynadakı mövcud təhlükəsizlik vəziyyəti barədə məlumatlandırıb və Ukraynanın enerji sektoruna göstərilən son yardım paketinə görə minnətdarlığını çatdırıb.
Tərəflər ikitərəfli dialoqun cari vəziyyəti və perspektivləri barədə fikir mübadiləsi aparıblar.
“Biz Rusiyanın Ukraynaya qarşı törətdiyi təcavüz cinayətinə görə məsuliyyət daşımasını təmin etmək üçün Xüsusi Tribunalın yaradılmasının irəliləməsinə xüsusi diqqət yetirdik”, - Sibiqa qeyd edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:97
Bu xəbər 30 Yanvar 2026 19:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















