Icma.az
close
up
RU
2025ci ildə milli valyutaya təhlükə yoxdur RƏY

2025ci ildə milli valyutaya təhlükə yoxdur RƏY

Pravda.az saytına istinadən Icma.az xəbər verir.

Məlum olduğu kimi, maliyyə sisteminin mühüm sektorları olan sığorta, kapital bazarları və ödəniş sistemlərinin inkişaf etdirilməsi, habelə bank sektorunun dayanıqlığının daha da gücləndirilməsi məqsədilə Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti tərəfindən “2024-2026-cı illərdə maliyyə sektorunun inkişaf Strategiyası” təsdiq edilib. Ölkəmizdə iqtisadiyyatın inkişafı, maliyyə inklüzivliyinin genişləndirilməsi, maliyyə xidmətlərinin əhatəliliyinin artırılması, sektorda sәmәrәliliyin yüksəldilməsi, korporativ idarәetmәnin tətbiqi məqsədi ilə mühüm addımlar atılır. Mərkəzi Bank rəhbərliyinin dekabrın 27-də 12 iqtisadçı-ekspertlə keçirdiyi görüşlə bağlı səslənən fikirlərdən belə aydın olur ki, milli valyutanın dəyərdən düşməsinin qarşısının alınması da prioritetdir. 

Mövzu ilə bağlı Pravda.az-a fikirlərini bölüşən hüquqşünas Əkrəm Həsənov deyib ki, MB rəhbərliyi ilə görüşdə ölkənin iqtisadi sahəsində gedən inkişafla əlaqəli danışılıb: 

“Milli valyutanın məzənnəsinin sabit olması ilə bağlı da tədbirlər görülür. Mərkəzi Bankın sədrinə suallarım pul siyasəti, milli valyutanın vəziyyəti ilə bağlı deyildi. Şəxsən mən də fikirləşirəm ki, gələn il milli valyuta üçün elə də ciddi təhlükə yoxdur. Məni daha çox bank nəzarəti, vətəndaşların gəlirinin olub-olmamasından asılı olmayaraq bankların onlara kredit verməsi, məhkəmənin iri bankların problemli kreditlərini qanuni yolla deyil, hüquq-mühafizə orqanları vasitəsilə qaytarmağa cəhd etməsi maraqlandırırdı. Sual verdim ki, banklar qanunsuz kredit verib, bəs Mərkəzi Bank niyə buna nəzarət etmir? Sədr Taleh Kazımov dedi ki, bu məsələni nəzarətə götürəcəklər. Digər sualım isə vətəndaşların hesablarından pulun itməsi, kartdan pul oğurlanması, vətəndaşların aldadılmaları və bunun ölkənin iri banklarında baş verməsi ilə bağlı idi. Cavab belə oldu ki, məsələ ciddi nəzarətdədir, əsasən günahkar vətəndaşlardır. Çünki öz parollarını, pullarını üçüncü şəxslərə verirlər. Razıyam, mən də belə hesab edirəm. Təbii ki, bir sıra hallarda banklarda da günah olur. AMB sədri də bunu dedi, maarifləndirməni vacibliyini vurğuladı. Üçüncü sualım isə ləğv prosesində olan banklarla bağlı idi. Əmanətlərin  Sığortalanması Fondu prosesi tamamilə qeyri-şəffaf, qanunsuz aparır, bankda pulu qalan kreditorlara məlumat vermir. Rüblük ləğv planlarını rüb bitəndən sonra təsdiq edir. Mərkəzi Bank da məhkəmədə buna müsbət rəy verir. Etirazımı bildirdim, Taleh Kazımov da razılaşdı ki, AMB bu məsələdə düzgün etmir”. 

İqtisadçı-ekspert Eldəniz Əmirov isə açıqlamasında deyib ki, Mərkəzi Bank rəhbərliyi ilə iqtisadçı-ekspertlər arasında artıq bir neçə dəfə görüş keçirilib:

“AMB tərəfindən nümunəvi təşəbbüsdür. Görüşü müsbət dəyərləndirirəm, effektiv hesab etmək olar. Bu, Mərkəzi Bankın öz fəaliyyəti ilə bağlı məsuliyyət hisslərinin daha yüksək olduğunu göstərir. Görüşdə kifayət qədər ciddi müzakirələr aparıldı. Bir çox istiqamətdə fikirlər səsləndirildi”. 

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə yardımı ilə “Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi” mövzusu üzrə dərc olunub. 

Aytəkin Qardaşova 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:72
embedMənbə:https://pravda.az
archiveBu xəbər 28 Dekabr 2024 14:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şəhid qardaşı: Valideynlərim onun qalıqlarının tapıldığını eşitsələr də, dəfnini görmədilər

04 İyul 2025 18:41see129

60 yaşdan sonra gündə 4 fincan kofe içsəniz...

05 İyul 2025 04:47see127

Bu məhsul marketlərdən yığışdırılır Təhlükəli bakteriya aşkarlanıb

05 İyul 2025 04:04see127

Pezeşkian: Azərbaycan İran əlaqələrində yeni səhifə açılıb

04 İyul 2025 18:54see126

Trampın gözlənilməz tarifləri və...

05 İyul 2025 00:26see125

Bu tarixdə Azərbaycanda istilər başlayacaq

04 İyul 2025 18:36see125

Gərginləşən Rusiya Azərbaycan münasibətlərinin əsl səbəbi… Aqil Ələsgər “CNN Türk”də şərh etdi (VİDEO)

04 İyul 2025 19:22see122

Çin Avropa İttifaqı ilə ticarət müharibəsinə qoşulur...

04 İyul 2025 19:05see121

Qəbələ rəsmən növbəti transferini açıqladı

04 İyul 2025 21:32see119

Səhnədə badə qaldırdı, yerə yıxıldı Video

04 İyul 2025 23:48see118

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri başa çatıb FOTO

05 İyul 2025 01:16see118

Benzin mühərrikdən imtina edən şirkətin satışları 98 faiz azaldı

04 İyul 2025 17:49see118

UEFA “Barsa”nı 60 milyon cərimələdi

05 İyul 2025 06:10see117

Portuqaliyalı ulduz İstanbula gəldi

05 İyul 2025 01:26see117

Şəmkirdə 3 nəfər göldə boğuldu

04 İyul 2025 18:10see116

İkili diplom proqramlarının məzun və tələbələrinin sayı açıqlanıb

04 İyul 2025 23:35see116

Şəkidə yük və minik avtomobilləri TOQQUŞDU: İkisi körpə olmaqla dörd nəfər xəsarət aldı

05 İyul 2025 15:18see116

BŞİH Müsavat Partiyasının Rusiya səfirliyi qarşısında piketlə bağlı müraciəətinə cavab verib

04 İyul 2025 18:20see114

Məhkumlar arasında badminton yarışı keçirilib FOTOLAR

05 İyul 2025 10:02see113

Üç qardaş Xankəndidə xatirə şəkli çəkdirdi VİDEO

04 İyul 2025 21:28see111
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri