BŞİH Müsavat Partiyasının Rusiya səfirliyi qarşısında piketlə bağlı müraciəətinə cavab verib
Apa.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Müsavat Partiyasının iyulun 8-də Rusiyanın Azərbaycandakı səfirliyinin qarşısında piket keçirməklə bağlı müraciətinə cavab verib.
APA-nın xəbərinə görə, meriya mitinqin keçirilməsini məqsədəuyğun hesab etməyib.
Qeyd edilib ki, 27 iyun 2025-ci il tarixində Rusiya Federasiyasının Yekaterinburq şəhərində Rusiya hüquq-mühafizə orqanları tərəfindən azərbaycanlılara qarşı həyata keçirilən qanunazidd və zorakılıq əməlləri ilə bağlı Azərbaycan Respublikası tərəfindən Rusiya tərəfinə rəsmi etiraz bildirilib, bu istiqamətdə müvafiq addımlar atılıb. Bildirilib ki, qeyd olunanı, həmçinin "Sərbəst toplaşmaq azadlığı haqqında" Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin I hissəsini nəzərə alaraq, 08 iyul 2025-ci il tarixində Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı Səfirliyinin inzibati binası qarşısında piketin keçirilməsi məqsədəuyğun hesab edilmir.


