Icma.az
close
up
RU
Qüllələr, pərilər və rəngli evlər Nağıllar şəhəri ndən REPORTAJ

Qüllələr, pərilər və rəngli evlər Nağıllar şəhəri ndən REPORTAJ

Icma.az xəbər verir, Oxu.az saytına əsaslanaraq.

"Bu qədər ev, bu qədər adam olan böyük şəhərdə xırdaca bir bağça üçün yer qalmır, ona görə də camaat evdə dibçəkdə çiçək bəsləməklə kifayətlənir. Bax, həmin şəhərdə iki yoxsul uşaq yaşayırdı, bağçaları da gül dibçəyindən bir az böyük idi…" Xatırladınızmı? Hans Kristian Andersenin məşhur "Qar kraliçası" nağılı belə başlayır. Bütün sərgüzəştlərdən sonra iki dost - Kay və Gerda evə qayıdırlar: "Sonra zənglər çalındı və onlar doğma şəhərlərinin zəng qüllələrini tanıdılar..."

Bu şəhəri birmənalı şəkildə müəyyən etmək olar: Kopenhagen. Krallar və tacirlər, kanallar və zəng qüllələri, pərilər və nağıllar şəhəri. Danimarkalılar paytaxtlarını "Böyük nağılçı şəhəri" hesab edirlər.

Oxu.Az "Kaspi" qəzetinin həmin şəhərdən hazırladığı reportajı təqdim edir:

Kopenhagen Andersenin nağıllarının dünya paytaxtı hesab olunur. Bu şəhərin hər daşına böyük Danimarka yazıçısının əsərlərinin ruhu hopub.

Kopenhagen Skandinaviya və Baltikyanı regiona hava qapısıdır.

Kopenhagendə, həmçinin əyləncə ruhu var. Qitənin ən uzun piyada küçəsi olan Strogetdə insanlar fəvvarələrin ətrafında toplaşaraq gəzir, rəqs edir, mahnı oxuyur və əylənirlər. Kophenagenə səyahətimin ilk günü "Town Hall" Meydanında keçirilən musiqi festivalı zamanı bu əhvali-ruhiyyənin necə yüksək olduğunu müşahidə etdim…

Ən bahalı ölkə

Danimarka unikal ölkədir və 406 adadan ibarətdir. Bəzi adalar bərə xətləri ilə bir-birlərinə bağlıdırlar. 2000-ci ilin yayında Kopenhagen ilə İsveçin Malmö şəhəri arasında bərə keçidini əvəz edən körpü fəaliyyətə başlayıb.

Ölkə sıx dəmir yolları şəbəkəsi ilə əhatə olunub. Danimarkada qatarlar müasir və rahatdırlar. Avropada ilk maşinistsiz qatar bu ölkədə istifadəyə verilib.

Şəhərdə yaxşı inkişaf etmiş ictimai nəqliyyat sistemi var - metro, avtobuslar, şəhər və şəhərətrafı əlaqə üçün birləşdirilmiş qatarlar. Kopenhagendə taksilər çox bahadır. Ümumiyyətlə, Danimarka Avropanın ən bahalı ölkələrindən biridir. Məsələn, ictimai nəqliyyatda birtərəfli gediş 7.86 AZN-dir.

Danimarkalılar mallarının keyfiyyəti ilə fəxr edirlər. Demək olar ki, ölkədə nağd puldan istifadə edilmir.

Velosipedlərin sayı avtomobillərdən və piyadalardan çoxdur

Kopenhagen dünyanın velosiped paytaxtı adı uğrunda Amsterdamla asanlıqla rəqabət apara bilər. Şəhərdə velosiped mədəniyyəti çox yüksəkdir. Velosipedlərin sayı avtomobillərdən və piyadalardan çoxdur. Yerli çoxsəviyyəli velosiped dayanacağı və metroda, şəhərətrafı qatarlarda velosipedçilər üçün nəzərdə tutulmuş xüsusi vaqonlar var. Şəhərdə 400 kilometrdən çox velosiped yolu mövcuddur. Avtobus turuna alternativ olaraq velosiped turları da keçirilir. Avtomobillər üçün verginin yüksək olması da velosipedə marağı artırır. Turistlərə 20 krona (2 dollar) velosiped icarəyə verilir. Velosipedi geri gətirənə pulu geri qaytarılır. Hər velosipedə xəritə yerləşdirildiyi üçün şəhərdə hərəkət etmək asandır. Yeri gəlmişkən, 1960-cı illərdə məhz Kopenhagendə avtomobillərin hərəkətinin qadağan olunduğu ilk piyada zonaları yaradılıb.

Gözəl təbiət və zəngin tarix

Danimarka gözəl təbiəti və zəngin tarixi olan kiçik bir ölkədir. Min ildən artıqdır ki, ölkə krallar tərəfindən idarə olunur. Turistlər səfərləri boyu adalara səyahət edir, kanal turlarına çıxır, Nühavn kanalının sahili boyunca yerləşən rəngli evlərdən zövq alırlar.

Kopenhagenin "dəniz fasadı" - Andersenin hekayəsi əsasında abidələşən "Kiçik su pərisi"nə baxmaq üçün hər gün yüzlərlə turist sahilə axışır.

Azad Kristianiya şəhəri - Danimarkanın tərkibindəki qeyri-rəsmi dövlət də turistlərin çox sevdiyi yerdir.

Xoşbəxt ölkə və sakinləri

BMT-nin Dünya Xoşbəxtlik Hesabatı, "Gallup World Poll"un araşdırmalarına görə, Danimarka "dünyanın ən xoşbəxt ölkəsi" reytinqində demək olar ki, həmişə birinci yerdədir.

"Müasir danimarkalılar öz əcdadları vikinqlər kimi zəhmətkeş və bacarıqlıdırlar", - deyə 20 ildən çoxdur Kopenhagendə yaşayan və restoranda çalışan türk məlumat verib: "Düzdür, bu cəmiyyətdə kəskin tənhalıq problemi, yeni tanışlıqların çətinliyi, getdikcə artan depressiya halları var. Amma insanlar arasında bir-birlərinə etimad və güvən yüksəkdir. İnsanlar öz krallarını sevir, onu başqa insanlarla müzakirə etməyi xoşlamırlar. Cəmiyyətdə uşaqlara qarşı fiziki və ya emosional zorakılıq demək olar ki, yoxdur. Buna görə də Danimarkada ananın uşağa açıq şəkildə qışqırması və ya nəyəsə görə şillə vurması hallarının şahidi olmaq mümkün deyil".

Son illər gələn miqrantlar ölkənin sosial həyatına təsir edə bilməyiblər. Küçələrdə dilənçilərə də, evsiz insanlara da, zibillikdə eşələnən yerli sakinlərə də rast gəlmək olur. Ancaq burada həyat sanki dünyadan təcrid olunmuş şəkildə, insanlarının bir-birinə aidiyyəti olmadan davam edir. İş saatları saat 16.00-17.00-da bitir. Hər iki valideynin uşaqlara və ailəyə kifayət qədər vaxt ayırmaq imkanı var. Danimarkada demək olar ki, hər kəs idmanla məşğul olur və ya ciddi bir hobbisi var. İnsanlar sistemlərini elə qura biliblər ki, iş onların bütün boş vaxtını və enerjilərini almasın.

Bahalı geyinməyə can atmayan insanlar

Danimarkalıların çox sadə evləri var. Evlərin pəncərəsində pərdə yoxdur və yalnız gül dibçəkləri üzə gülür. Geyimləri çox sadədir. Evlərin qarşısındakı skamyalara və ya küçələrdə, parklarda xüsusi şkaflara geyinmədikləri əşyaları qoyurlar ki, başqaları istifadə etsin. Danimarkalılar bahalı avtomobil, soyuducu və ya telefon almağa çox da həvəsli deyillər, bahalı geyinməyə can atmırlar. Onlar məşhur dizaynerlərin yeni paltarı olmadan da xoşbəxt ola bilirlər. Məsələn, burada insanların işlənmiş məişət əşyaları, oyuncaqlar və paltarlar satdığı marketlər çox yayılıb. İşlənmiş əşyaları alıb-satmaq ayıb deyil.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:206
embedMənbə:https://oxu.az
archiveBu xəbər 06 İyul 2025 17:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see286

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see277

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see262

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see250

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see237

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see236

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see225

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see221

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see215

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see210

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see210

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see210

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see210

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see198

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see196

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see193

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see185

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see182

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri