Icma.az
close
up
RU
2025ci ilin dövlət büdcəsi: Dayanıqlı inkişaf və sosial rifahın təməli

2025ci ilin dövlət büdcəsi: Dayanıqlı inkişaf və sosial rifahın təməli

Bakivaxti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Azərbaycanın dövlət büdcəsi ölkənin iqtisadi inkişafını təmin edən əsas alətlərdən biri olaraq mühüm əhəmiyyət kəsb edir.

Büdcə milli gəlirin ədalətli bölgüsünü həyata keçirmək, strateji layihələri dəstəkləmək və əhalinin sosial rifahını artırmaq məqsədilə formalaşdırılır. Azərbaycanın iqtisadi inkişaf strategiyasına uyğun olaraq, hər il dövlət büdcəsi həm prioritet sahələrin inkişafına yönəldilir, həm də sosial siyasətə xüsusi diqqət yetirilir. Bu yanaşma ölkənin dayanıqlı iqtisadi artımını təmin etməklə yanaşı, vətəndaşların həyat səviyyəsini yüksəltməyi hədəfləyir.

2025-ci ilin dövlət büdcəsi ölkənin davamlı inkişafını təmin etmək və əhalinin rifahını artırmaq məqsədilə hazırlanmışdır. Büdcə layihəsi həm iqtisadi tərəqqi, həm də güclü sosial siyasətə yönəlmiş tədbirləri özündə birləşdirir. Əsas hədəf dayanıqlı iqtisadi inkişafla yanaşı, hər bir vətəndaşın sosial müdafiəsini gücləndirmək, həyat səviyyəsini yüksəltməkdir. Azərbaycanın gələcək inkişaf strategiyasını dəstəkləyən bu büdcə, eyni zamanda islahatlara və innovasiyalara geniş meydan açır.

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən  deputat Vüqar Rəhimzadə bildirib ki, hər bir ölkənin inkişafında iqtisadi tərəqqi əsasdır:

"Bu amilin rolunu bu günümüzün reallıqlarını müstəqilliyimizin bərpasının ilk illəri ilə müqayisə etdikdə daha aydın görürük. Ölkədə sabitliyin olmaması zəngin iqtisadi potensiala malik olan Azərbaycanla iqtisadi əlaqələrin qurulmasında maraqlı olan dövlətlərin tərəddüdlərinə səbəb olmuşdu. Onlar ölkə iqtisadiyyatına yatıracaqları investisiyaların təhlükəsizliyinə tam əmin deyildilər. 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra ölkədə sabitliyin yaradılması iqtisadi inkişafı şərtləndirdi. Uğurlarımızın əsasında Ümummilli Lider Heydər Əliyevin müəllifi olduğu neft strategiyası dayanır".

Müsahibimizin sözlərinə görə, Ulu Öndərin gərgin səyləri nəticəsində 1994-cü il 20 sentyabr tarixində “Əsrin müqaviləsi”nin imzalanması ölkəmizin iqtisadi və siyasi müstəqilliyinin təmin edilməsində əhəmiyyətli rol oynayıb:

"Ötən bu illər Azərbaycanın dünyaya təkmil inkişaf modelini təqdim etməsi ilə xarakterizə olunur. Azərbaycan qısa zamanda böyük investisiyalar məkanına çevrildi. Hazırda ölkə iqtisadiyyatına yatırılan investisiyaların həcmi 310 milyard dollar təşkil edir. Bunun 200 milyard dolları qeyri-neft sektorunun payına düşür. Bu, möhkəm təməlin, Azərbaycanın uğurlu inkişaf strategiyasının nəticəsidir. Bu fikir daim dövlətimizin başçısı İlham Əliyev tərəfindən xüsusi qeyd edilir ki, neftlə zəngin çox ölkələr var. Lakin bu resurslar heç də onlara uğur gətirmir. Əhali arasında təbəqələşmə prosesi gedir. Lakin Azərbaycanın iqtisadi inkişaf strategiyasını düzgün müəyyənləşdirməsi bu problemləri yaşamamasını təmin etdi. Neft gəlirlərinin xərclənməsində şəffaflığın təmin edilməsi əhalinin sosial müdafiəsinin gücləndirilməsinə xidmət edən addımların davamlılığında özünün aydın ifadəsini tapır".

Vüqar Rəhimzadə: 2025-ci ilin dövlət büdcəsi iqtisadi tərəqqi və güclü sosial siyasətlə tamamlanır

Deputat qeyd edib ki, Azərbaycan bu gün özünü dünyaya sosial dövlət kimi təqdim edir. Onun sözlərinə görə, iqtisadi tərəqqinin güclü sosial siyasətlə tamamlanması, vətəndaş məmnunluğunun artırılmasına xidmət edən addımların davamlılığı həyata keçirilən sosial-iqtisadi siyasətin əsas tərkib hissəsidir.

Qarşıdakı ilin dövlət büdcəsi ilə bağlı məsələyə toxunan V.Rəhimzadənin fikrincə, qarşıdakı ilin dövlət büdcəsinin əvvəlki ilin dövlət büdcəsindən kəmiyyət və keyfiyyət baxımından zəngin olduğunu görmək olar:

"Bu, Azərbaycanın ildən-ilə artan iqtisadi qüdrətinin və maliyyə imkanlarının göstəricisidir. Bu mühüm məqamı da xüsusi qeyd etməliyik ki, Azərbaycanın iqtisadi inkişaf modeli daim beynəlxalq maliyyə qurumlarının hesabatlarında da liderliyini qorumasında əhəmiyyətli rol oynayır. Bu qurumların proqnozlarında bu məqam xüsusi qeyd edilir ki, Azərbaycanın iştirakçısı və təşəbbüsçüsü olduğu enerji layihələrinin uğurlu icrası nəticəsində dövlət büdcəsinə milyardlarla vəsait daxil olacaq ki, bu da əhalinin yüksək rifah şəraitinin daha yüksək olmasında, yoxsulluq probleminin tamamilə həllində özünün aydın ifadəsini tapacaq. Müqayisə üçün bəzi sosial-iqtisadi rəqəmlərə diqqət yetirək. Dövlətimizin başçısı İlham Əliyev istər 7 fevral prezident seçkilərində inamlı qələbəsindən sonra keçirilən andiçmə mərasimində, istərsə də 7-ci çağırış Milli Məclisin ilk iclasında diqqəti bu göstəricilərə yönəldərək belə bir çağırışı səsləndirdi ki, qarşıya qoyulan hədəflərə çatmaq üçün iqtisadiyyat inkişaf etməlidir".

O bu ilin sentyabr ayında keçirilən iqtisadi məsələlərə həsr olunmuş müşavirənin Azərbaycanın bugünədək keçdiyi iqtisadi inkişaf yolunun təqdimatı olduğunu xatırladıb:

"2003-cü ildə ümumi daxili məhsul 7 milyard dollar idi. 2023-cü ilin yekunlarına görə isə bu rəqəm 72 milyard dollar oldu. Hazırda bu rəqəm 73 milyard dollardır. 2003-cü ildə valyuta ehtiyatlarımız 1,6 milyard dollar idisə, bu gün bu, artıq 69,5 milyard dollardır. Prezident İlham Əliyevin vurğuladığı kimi, bu, bizə iqtisadi və maliyyə müstəqilliyi verən əsas amillərdən biridir. Aparılan siyasət nəticəsində birbaşa xarici borcumuz 6,4 milyard dollara düşüb. Bu da ümumi daxili məhsulun cəmi 9 faizini, ondan da az təşkil edir. Bu, sağlam maliyyə sistemimizin göstəriciləridir. Bu gün heç kimdən asılı olmayan Azərbaycan inamla, uğurla inkişaf edir".

Vüqar Rəhimzadə onu da əlavə edib ki, 2025-ci ilin dövlət büdcəsi layihəsi və büdcə zərfinə daxil olan qanun layihələri qanunvericiliyin tələblərinə uyğun tərtib edilib:

"Gələn ilin dövlət büdcəsində müasir çağırışlara uyğun olaraq müdafiə və milli təhlükəsizlik, işğaldan azad edilmiş ərazilərin bərpası və “Böyük Qayıdış”ın reallaşdırılması məsələlərinə böyük diqqət göstərilir. Büdcə siyasətində iqtisadiyyatın, qeyri-neft sektorunun, kənd təsərrüfatının inkişafının dəstəklənməsi, əhalinin həssas qruplarının, xüsusən də şəhid ailələrinin və müharibə iştirakçılarının, hərbi qulluqçuların sosial müdafiəsinin gücləndirilməsi tədbirlərinin yer alması xüsusi vurğulanmalıdır. 2025-ci ilin dövlət büdcəsinin sosialyönümlüyü bir daha təsdiqlənir. 2024-cü illə müqayisədə sosialyönümlü xərclərin, təhsil xərclərinin, səhiyyəyə ayrılan vəsaitin məbləği artırılıb".

Müsahibimiz Azərbaycanın dayanıqlı inkişafının təmin edilməsi üçün möhkəm bazanın mövcudluğundan söz açıb:

"Bu isə öz növbəsində əhalinin daha yüksək rifah şəraitində yaşamasına xidmət edən addımlarda əksini tapır. Dövlətimizin başçısı İlham Əliyev ilk gündən bu çağırışı etdi ki, sosial-iqtisadi inkişaf yalnız rəqəmlərdə deyil, insanların gündəlik həyatında öz əksini tapmalıdır. Əməkhaqqının, pensiyaların, müavinətlərin artırılması, məşğulluq probleminin həlli, sosial xidmətin daha da təkmilləşdirilməsi və sair bunun təsdiqidir. Hər bir sosial layihə uğurla icra edilir. İqtisadi inkişaf, dayanıqlılıq və inklüzivlik təməlləri üzərində qurulan 2025-ci ilin dövlət büdcəsindən ayırmalar qarşıdakı dövrdə görüləcək işlərin aydın mənzərəsini yaradır".

Əli Hüseynov

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:251
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 28 Noyabr 2024 16:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərzaq malları bahalaşıb

22 Noyabr 2026 13:51see281

Xalq artisti görünüşü ilə müzakirə yaratdı (Video)

22 Noyabr 2026 13:22see281

Biz bu cahana sığmazıq: Aimlər planetin əhalisinin 4 milyarda endirilməsini təklif edirlər

23 Noyabr 2026 01:03see277

Qızıl və gümüş yenə ucuzlaşdı

22 Noyabr 2026 15:36see260

Yaşlandıqca gücdən düşməmək üçün həkim ən vacib qaydanı açıqladı

23 Noyabr 2026 05:06see250

Şamaxıda Gənclik Yolunda layihəsinin açılış mərasimi keçirilib FOTO

22 Noyabr 2026 16:03see247

Qəzzada meningit təhlükəsi: Səhiyyə sistemi yeni böhranla üz üzə

22 Noyabr 2026 19:35see236

77 yaşlı Sumqayıt şəhərdə atəşfəşanlıq olub

23 Noyabr 2026 00:24see231

ABŞ İrana qarşı hərbi məqsədlərinə çata bilməyəcəyini anlayıb Qalibaf

22 Noyabr 2026 15:16see230

Məşhur ŞAMAN Rusiyanın gələcəyini açıqladı: “10 il sonra belə olacaq”

22 Noyabr 2026 23:36see228

Argentinada keçirilən triatlon yarışının qeyri adi nəticəsi VİDEO

23 Noyabr 2026 00:40see219

Bakıda istiliksiz qalan binanın sakinlərindən niyə pul istənilir? Video

22 Noyabr 2026 21:58see216

Vladimir Putin İlham Əliyevi təbrik etdi

23 Noyabr 2026 02:04see216

Müasir İncəsənət Muzeyində rəssam Nigar Ağabəylinin “İki dünya arasında” adlı fərdi sərgisi açılıb

22 Noyabr 2026 23:54see213

Münaqişənin davam etdiyi bir vaxtda Hörmüz boğazını üzüb keçdi VİDEO

22 Noyabr 2026 15:21see210

Yüksək təzyiqin gizli səbəbi İnsanlar bundan xəbərsizdir

23 Noyabr 2026 04:05see206

Hansı qidalar parazit və infeksiya mənbəyidir?

23 Noyabr 2026 10:00see206

Spalletti “Yuventus”un qələbəsi ilə tarixə düşdü: 600 cü oyun və rekord

23 Noyabr 2026 03:29see201

Adanın paylaşdığı sonuncu videoda o da vardı Xalq artisti danışdı

23 Noyabr 2026 22:46see197

18 il əvvəl Kurtlar vadisi nin çəkildiyi QURMARXANAYA BASQIN EDİLDİ FOTO

23 Noyabr 2026 02:04see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri