Icma.az
close
up
RU
Menu

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

A Seriyası: “Napoli” Turindən xalsız qayıdır

Məşhur aktyorun 20 illik həyat yoldaşının görünüşü müzakirə mövzusu oldu VİDEO

Azərbaycan, Gürcüstan və Ermənistan BMT yə nə qədər pul ödəyir?

Azərbaycanın dayanıqlı inkişaf modelinin təməli

Azərbaycanın dayanıqlı inkişaf modelinin təməli

Adelet.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Prezident İlham Əliyev: “Neft hasilatı sabitləşdikdən sonra ÜDM üzrə daha yüksək rəqəmləri görəcəyimizi düşünürəm”

Müasir dünyada dövlətlərin iqtisadi və siyasi müstəqilliyi birbaşa onların maliyyə dayanıqlığı, xarici borc yükü və strateji ehtiyatlarının səviyyəsi ilə ölçülür. Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibə səsləndirdiyi rəqəmlər və yanaşmalar göstərir ki, Azərbaycan bu meyarlar baxımından dünya miqyasında nadir ölkələr sırasındadır. Xüsusilə xarici borcun ÜDM-ə nisbətinin tarixi minimuma enməsi və valyuta-qızıl ehtiyatlarının rekord səviyyəyə çatması ölkənin düzgün və uzaqgörən iqtisadi siyasətinin nəticəsidir.

Hazırda Azərbaycanın xarici borcu ÜDM-in cəmi 6,3–6,4 faizini təşkil edir ki, bu da müstəqillik tarixində ən aşağı göstəricidir. Müqayisə üçün qeyd etmək kifayətdir ki, bir çox inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrdə bu göstərici 40–60 faiz, bəzi hallarda isə daha yüksək səviyyədədir. Azərbaycan isə bu baxımdan son dərəcə sağlam və risklərdən uzaq maliyyə strukturuna malikdir. Prezident İlham Əliyevin vurğuladığı kimi, bir neçə il əvvəl hökumət qarşısında xarici borcun azaldılması ilə bağlı konkret vəzifə qoyulmuş və bu vəzifə uğurla icra edilmişdir. Azərbaycan faktiki olaraq borc götürməyi dayandırmış, beynəlxalq maliyyə təsisatları ilə aktiv kredit münasibətlərini minimuma endirmişdir. Bu addım ölkənin iqtisadi suverenliyini daha da möhkəmləndirmiş, xarici təsirlərdən asılılığı aradan qaldırmışdır. Prezidentin müsahibəsində xüsusi vurğulanan əsas məqamlardan biri Azərbaycanın bu gün istənilən kreditdən və ya xarici maliyyə dəstəyindən asılı olmamasıdır. Bu, təkcə iqtisadi deyil, həm də siyasi baxımdan olduqca mühüm amildir. Çünki borclu ölkələr çox vaxt qərar qəbul edərkən kreditorların mövqeyini nəzərə almağa məcbur qalırlar. Azərbaycan isə iqtisadi fəaliyyətini tamamilə daxili resurslar hesabına təmin edən, sosial sahəni, müdafiə xərclərini və Qarabağın yenidən qurulmasını heç bir halda risk altına atmayan bir model formalaşdırmışdır. Bu, dövlət siyasətində sosial məsuliyyətin və milli prioritetlərin hər zaman ön planda saxlanıldığını göstərir. Bununla yanaşı, Prezident İlham Əliyev vurğulayır ki, borcdan tam imtina etmək məqsəd deyil. Əsas məsələ borcun həcmi və təyinatıdır. Məhz bu səbəbdən Azərbaycan hökuməti yaxın perspektivdə 2–4 milyard ABŞ dolları həcmində məhdud borclanma qərarı vermişdir. Bu vəsaitlər sosial sahənin, müdafiə xərclərinin və Qarabağın bərpasının hesabına deyil, əsasən strateji əhəmiyyət daşıyan layihələrin maliyyələşdirilməsinə yönəldiləcək. Xüsusilə nəqliyyat infrastrukturunun inkişafı, su və kanalizasiya sistemlərinin yenilənməsi, regional və beynəlxalq bağlılıq layihələri bu borclanmanın əsas hədəfləridir. Bu isə borcun istehlaka deyil, gələcək iqtisadi artıma xidmət etdiyini göstərir.

Azərbaycanın maliyyə gücünün əsas dayaqlarından biri də onun valyuta və qızıl ehtiyatlarıdır. Hazırda bu ehtiyatlar 83–85 milyard ABŞ dolları arasında dəyişir və xarici borcu 16–17 dəfə üstələyir. Bu fakt özü-özlüyündə ölkənin istənilən vaxt bütün xarici borcunu problemsiz ödəmək imkanına malik olduğunu sübut edir. Prezidentin qeyd etdiyi kimi, ötən il qızıl ehtiyatlarının artırılması ilə bağlı qəbul edilən strateji qərar xüsusilə uğurlu olmuşdur. Geosiyasi risklərin artdığı bir dövrdə qızılın qiymətinin yüksələcəyini düzgün proqnozlaşdıran bu addım Dövlət Neft Fonduna 10 milyard ABŞ dollarından artıq əlavə gəlir qazandırmışdır. Bu, yalnız maliyyə deyil, eyni zamanda yüksək səviyyəli strateji idarəetmə bacarığının göstəricisidir. Eyni zamanda, Prezident real yanaşma nümayiş etdirərək bildirir ki, qızılın qiyməti bazar şərtlərindən asılı olaraq dəyişə bilər və bu, ehtiyatların həcminə təsir göstərə bilər. Məhz buna görə konkret rəqəmlərdən deyil, ümumi maliyyə dayanıqlığından danışmaq daha məqsədəuyğundur. 83–84 milyard ABŞ dolları həcmində ehtiyatlar təkcə ümumi göstərici deyil, həm də adambaşına düşən ehtiyatlara görə Azərbaycanın dünyada ən yüksək mövqelərdən birində qərarlaşmasını təmin edir. Bu isə ölkənin gələcək nəsilləri üçün də maliyyə təhlükəsizliyinin təmin edilməsi deməkdir.

Müasir iqtisadi təhlildə təkcə statistik göstəricilər deyil, həmin göstəricilərin cəmiyyətin gündəlik həyatına necə təsir göstərməsi əsas meyar hesab olunur. Prezident İlham Əliyevin iqtisadi artım və ÜDM ilə bağlı səsləndirdiyi fikirlər də məhz bu yanaşmanı əks etdirir. Dövlət başçısı açıq şəkildə bildirir ki, rəqəmlər önəmlidir, lakin onlar heç vaxt məqsəd deyil, vasitə olmalıdır. Əsas məqsəd insanların rifahının yüksəldilməsi və ölkənin uzunmüddətli inkişaf potensialının təmin edilməsidir. Prezidentin diqqət çəkdiyi mühüm məqamlardan biri iqtisadiyyatın həcmi ilə artım faizinin real dəyəri arasındakı əlaqədir. Azərbaycanın iqtisadiyyatının həcmi artıq 70–80 milyard ABŞ dolları səviyyəsindədir. Bu miqyasda olan iqtisadiyyat üçün hər bir faiz artımı təxminən 1 milyard ABŞ dolları əlavə dəyər deməkdir. Belə bir məbləği cəmi bir il ərzində yaratmaq isə son dərəcə ciddi səylər, düzgün siyasət və dayanıqlı iqtisadi mühit tələb edir. Bu yanaşma onu göstərir ki, faiz ifadəsində kiçik görünən artım belə, əslində ölkə üçün böyük maliyyə və sosial imkanlar yaradır. Eyni zamanda bu fakt iqtisadi artımın sadəcə statistik rəqabət predmetinə çevrilməsinin nə qədər əsassız olduğunu da ortaya qoyur.

Azərbaycan iqtisadiyyatının uzun illər əsas hərəkətverici qüvvəsi neft sektoru olmuşdur. Lakin neft hasilatının təbii dövrlər üzrə dəyişkənliyi ÜDM göstəricilərinə də təsir göstərmişdir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, neft hasilatı sabitləşdikdən sonra ÜDM üzrə daha yüksək və daha dayanıqlı rəqəmlər müşahidə olunacaq. Bu fikir onu göstərir ki, mövcud iqtisadi siyasət qısamüddətli sıçrayışlara deyil, orta və uzunmüddətli sabitliyə hesablanıb. Neft sektorunda sabitliyin təmin edilməsi qeyri-neft sektorunun inkişafı üçün də əlavə imkanlar yaradır və iqtisadi artımın strukturunu daha balanslı edir. Prezidentin vurğuladığı əsas məqamlardan biri də iqtisadi artımın yarış və ya rəqabət kimi qəbul edilməməsidir. Dövlət başçısının yanaşmasına görə, ÜDM-in neçə faiz artması ikinci dərəcəli məsələdir. Əsas olan odur ki, iqtisadiyyat dövlətə və cəmiyyətə real imkanlar versin. Bu imkanlar, ilk növbədə, əhali üçün daha yaxşı yaşayış şəraitinin yaradılmasında özünü göstərməlidir. Sosial rifahın yüksəldilməsi, məşğulluğun artırılması, infrastrukturun yenilənməsi və regionlar arasında tarazlı inkişaf iqtisadi artımın əsas nəticələri olmalıdır.

İqtisadi gücün real göstəricilərindən biri də onun milli prioritetlərin həyata keçirilməsinə xidmət etməsidir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, iqtisadiyyatımız azad edilmiş ərazilərin bərpasına, müdafiə qabiliyyətinin gücləndirilməsinə və strateji sahələrə investisiya qoymağa imkan verməlidir. Bu baxımdan iqtisadi artım yalnız daxili bazarın genişlənməsi deyil, eyni zamanda milli təhlükəsizlik və dövlətçilik baxımından da həlledici əhəmiyyət daşıyır. Güclü iqtisadiyyat güclü ordu, dayanıqlı təhlükəsizlik və müstəqil siyasət deməkdir.

 Prezident İlham Əliyevin ÜDM və iqtisadi artımla bağlı fikirləri Azərbaycanın inkişaf modelinin mahiyyətini aydın şəkildə ortaya qoyur. Bu modeldə rəqəmlər məqsəd deyil, vasitədir; iqtisadi artım isə özlüyündə dəyər yox, insanların həyat keyfiyyətini yüksəldən alətdir. Neft hasilatının sabitləşməsi fonunda ÜDM üzrə daha yüksək və dayanıqlı göstəricilərin əldə olunacağı gözlənilir. Lakin əsas hədəf faizlərin arxasınca qaçmaq deyil, iqtisadiyyatın ölkənin inkişafına, sosial rifaha, azad edilmiş ərazilərin dirçəldilməsinə və dövlətin güclənməsinə xidmət etməsidir. Məhz bu yanaşma Azərbaycanın iqtisadi siyasətinin əsas fəlsəfəsini təşkil edir.

Kamal Paşa-zadə 
Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin 
violonçel ixtisası üzrə müəllimi, 
Azərbaycan Respublikasının Əməkdar müəllimi

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:126
embedMənbə:https://adalet.az
archiveBu xəbər 08 Yanvar 2026 09:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see757

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see567

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see515

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see378

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see300

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see260

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see254

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see251

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see250

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see237

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

02 Noyabr 2026 01:37see233

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

02 Noyabr 2026 06:42see229

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

02 Noyabr 2026 19:03see212

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

02 Noyabr 2026 06:43see203

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

02 Noyabr 2026 16:13see198

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

02 Noyabr 2026 20:33see197

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

02 Noyabr 2026 16:54see189

A Seriyası: “Napoli” Turindən xalsız qayıdır

02 Noyabr 2026 01:38see187

Məşhur aktyorun 20 illik həyat yoldaşının görünüşü müzakirə mövzusu oldu VİDEO

02 Noyabr 2026 02:49see180

Azərbaycan, Gürcüstan və Ermənistan BMT yə nə qədər pul ödəyir?

02 Noyabr 2026 14:51see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri