Icma.az
close
up
RU
2025ci ilin iqtisadi proqnozları...

2025ci ilin iqtisadi proqnozları...

Yeniazerbaycan saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Qarşıya qoyulan yeni hədəflərə çatmağa imkan verəcək

Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə müraciətində ölkəmizin iqtisadi inkişafından bəhs edərək qarşıya qoyulmuş bütün məsələlərin öz həllini tapdığını xatırladıb. Bildirib ki, ölkəmiz inamla inkişaf edir, iqtisadiyyatda müsbət dinamika sürətlənir və bu amil hərbi gücümüzü daha da artırır. Əvvəlki ilin inkişaf potensialları və yeni başladığımız ilin ümidverici ssenariləri ölkənin əsas maliyyə sənədi olan büdcə zərfində müdafiə və milli təhlükəsizlik xərclərinin artırılmasına dərin zəmin yaradıb. Belə ki, hərbi xərclərin məbləği əvvəlki büdcə ilinin göstəricisi ilə müqayisədə 2025-ci ilin büdcə zərfində 1,3 milyard manat artırılaraq 7,1 milyard manatdan 8,4 milyard manata çatdırılıb. Bu, faiz nisbəti ilə 17,8 faiz artım deməkdir.

Hərbi xərclərimiz 8,4 milyard manat olacaq

Ermənistan 44 günlük müharibədə ağır məğlubiyyətdən sonra itirdiyi hərbi potensialını artırmaq və revanşizm məqsədilə son 5 ildir ki, militarizasiya büdcəsi formalaşdırır. Son 5 ildə bu ölkənin hərbi xərcləri hər il təxminən 15-20 faiz artırılır. 2021-ci ildə müdafiə xərclərini 311,7 milyard dram (638 milyon dollar) təsdiqləyən Ermənistan 2022-ci ildə bu rəqəmi 345,5 milyard dram (719 milyon dollar), 2023-cü ildə bu rəqəmi 517,3 milyard drama (1,28 milyard dollar), 2024-cü ildə isə 550 milyard drama (1,38 milyard dolları) çatdırıb. Ermənistan genişmiqyaslı militarizasiya siyasətinə uyğun olaraq xarici yardım və qrantlar, donorların vəsaitləri hesabına davamlı silah alışları həyata keçirir və 2025-ci ildə hərbi büdcəni daha 20 faiz artıraraq 664 milyard dram və ya 1,72 milyard dollara yüksəldib.

Buna cavab olaraq Azərbaycan da adekvat tədbirlər görməyə məcburdur və yaranmış reallıqlar büdcə siyasətinə də yeni baxış formalaşdırır, dövlət büdcəsi post-müharibə dövrünün çağırışlarına uyğunlaşdırılır. Büdcədə hərbi xərclərin artırılması Ermənistanın genişmiqyaslı militarizasiya siyasətinə cavab tədbirlərinin görülməsi ehtiyacı ilə əlaqədardır. Dövlət başçısının bəyan etdiyi kimi Ermənistanın kütləvi surətdə silahlanmasını nəzərə alaraq, biz 2025-ci ilin hərbi büdcəsini əhəmiyyətli dərəcədə artırmışıq. “Cənubi Qafqazda Ermənistanın başlatdığı silahlanma yarışında biz geridə qala bilmərik. Ancaq əgər bu silahlanma yarışı olmasaydı, həmin bu pulun ən azı, ən azı yarısı digər sahələrə istiqamətləndiriləcəkdi - Qarabağın, Şərqi Zəngəzurun bərpa edilməsinə, vətəndaşlarımızın sosial problemlərinin həllinə. Sadəcə olaraq, müqayisə üçün deyim. Hərbi xərclərimiz 8,4 milyard manat olacaq. Qarabağa və Şərqi Zəngəzura isə gələn il biz 4 milyard manat ayırırıq. Bunun tam əksi ola bilərdi. Sadəcə olaraq, Ermənistan və onun arxasında duran və onlara pis məsləhətlər verən ölkələr buna imkan vermir”.

“Böyük Qayıdış”ın miqyası böyüyəcək

Eyni zamanda, dövlət sərhəd xətlərinin bərpa edilməsi və qorunması, təhlükəsizliyin etibarlı təmin edilməsi məqsədilə Müdafiə və Daxili İşlər nazirliklərinin, Dövlət Sərhəd Xidmətinin və digər təhlükəsizlik orqanları üçün ən zəruri imkanların yaradılması, regionda sabitliyin daha da gücləndirilməsi məqsədilə büdcədə əhəmiyyətli həcmdə maliyyə təminatları yaradılır. Həmin xərclərlə paralel olaraq, Qarabağın və Şərqi Zəngəzurun bərpasına böyükhəcmdə vəsait yönəldilir. 2021-ci ildən indiyə qədər (2025-ci ilin yanvar 1-ə) azad ərazilərdə bərpa və quruculuq işlərinə 19 milyard manatdan çox vəsait ayırıb. Bu tədbirlər sayəsində “Böyük Qayıdış” proqramının icrası sürətlənib, ötən il 32 illik həsrətdən sonra Xocalıya, Şuşaya, Xankəndinə sakinlərin geridönüşü baş tutub. Eləcə də, Laçın, Cəbrayıl və digər ərazilərdə sakinlərin öz doğma yurdalarına qayıdışı gerçəkləşib. Artıq 10 minə yaxın keçmiş məcburi köçkün bu torpaqlara qayıdıb, onlar üçün ən gözəl şərait yaradılıb. Bütövlükdə isə azad edilmiş ərazilərdə 30 mindən çox insan yaşayır, çalışır, işləyir - həm yeni açılmış müəssisələrdə, sosial obyektlərdə, inşaat işlərində. 2025-ci və növbəti illərdə qayıdış daha da sürtələnəcək, 2026-cı ilin sonunadək  34 min 500 ailənin və ya 140 min vətəndaşımızın köçürülməsi nəzərdə tutulur.

“Böyük Qayıdış” planına uyğun olaraq, vətəndaşlarımızın dayanıqlı məskunlaşması ilə yanaşı, iş yerləri ilə təmin edilməsi, məşğulluq proqramlarının həyata keçirilməsi də davamlı xarakter daşıyır. Eyni zamanda, bu ərazilərin ölkənin iqtisadi fəaliyyətinə qoşulmasında da bağlantı, əbədi körpü qurulmaqdadır.

Qeyri-neft sütunları üzərində...

Sözsüz ki, bütün bu işləri həyata keçirmək üçün ölkə iqtisadiyyat daha da inkişaf etməli, qeyri-neft mənbələrinə əsaslanan yeni imkanlar səfərbər olunmalı, maliyyə potensialı möhkəmlənməlidir. 2024-cü ilin 11 ayın makroiqtisadi göstəriciləri təsdiqləyir ki, Azərbaycan iqtisadiyyatı üçün neft-qaz gəlirləri əhəmiyyətli mənbə olsa da, son dövrlərdə xüsusi artım nümayiş etdirən qeyri-neft sektorundakı mənbələr, o cümlədən qeyri-neft sənayesinin dayanıqlı inkişafı iqtisadi artımın neftə deyil, qeyri-neft sahələrinə əsaslandığını göstərir.

Ölkəmizin bütün bölgələrində, o cümlədən, Qarabağ və Şərqi-Zəngəzurda yeni istehsalat sahələri açılır və milli istehsalın təmin edilməsi əsas iqtisadi niyyət kimi daha da gücləndiriləcək. Həmin iqtisadi imkanların səfərbər edilməsi iqtisadi inkişafın birbaşa qeyri-neft sütunları üzərində dayanıqlılığını da gücləndirəcək.

Proqnozlara əsasən, 2025-ci ilin sonuna ÜDM-in həcmi 129,2 milyard manat,  o cümlədən qeyri-neft ÜDM-in həcmi 92,2 milyard manat təşkil edəcəyi gözlənilir. Bu isə qarşıya qoyulan yeni hədəfləri icra etməyə imkan verəcək.   

E.CƏFƏRLİ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:167
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 08 Yanvar 2025 10:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see348

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see340

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see332

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see326

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see325

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see296

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see291

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see283

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see265

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see258

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see246

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see238

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see236

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see215

Xırdalanda tıxac səbəbindən evlər satışa çıxarılır VİDEO

24 Oktyabr 2026 22:40see205

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see195

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see192

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see190

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see188

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri