2026 cı ildə dövlət büdcəsində proqnozlaşdırılan gəlir və xərcləri açıqlanıb
Apa.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
2026-cı ildə dövlət büdcəsində proqnozlaşdırılan gəlir və xərcləri açıqlanıb.
APA-nın xəbərinə görə, bu, Maliyyə Nazirliyinin “Azərbaycan Respublikasının 2026-cı ilin dövlət və icmal büdcələrinin ilkin göstəricilərinə dair Açıqlama”sında əksini tapıb.
Gələn il dövlət büdcəsinin gəlirləri ÜDM-in 28,6 faizi həcmində yəni 38,423.0 milyon manat nəzərdə tutulur ki, bunun da 42,6 faizi və ya 16,350.0 milyon manatı neft-qaz sektorunun, 57,4 faizi və ya 22,073.0 milyon manatı qeyri-neft-qaz sektorunun payına düşür.
2026-cı il üçün 41548,6 milyon manat (ÜDM-in 31,0 faizi) həcmində proqnozlaşdırılan dövlət büdcəsi xərclərinin 24771,7 milyon manatı və ya 59,6 faizi cari xərclərə, 14319,3 milyon manatı və ya 34,5 faizi əsaslı xərclərə, 2457,6 milyon manatı və ya 5,9 faizi dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclərə yönələcəyi proqnozlaşdırılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:77
Bu xəbər 16 Sentyabr 2025 01:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















