Icma.az
close
up
RU
2026 cı ilin cüdo təqvimi: Azərbaycan idmançıları harada və nə vaxt çıxış edəcəklər? in İCMALI

2026 cı ilin cüdo təqvimi: Azərbaycan idmançıları harada və nə vaxt çıxış edəcəklər? in İCMALI

Icma.az, Idman.biz saytına istinadən bildirir.

Cüdoçularımız artıq yeni il başlayan kimi tam proqram üzrə məşqlərini davam etdirir, yarışlara hazırlaşırlar.

Artıq sabah Avstriyanın Mittersill şəhərində Avropa Cüdo İttifaqının (EJU) təlim-məşq düşərgəsinə start veriləcək.

Azərbaycan millisi ənənəyə uyğun olaraq mövsümə hazırlıq bazasını məhz burada formalaşdıracaq. Ümumilikdə düşərgəyə 50 ölkədən 900-dən çox idmançının qatılması gözlənilir.

İdman.Biz xəbər verir ki, ilin əsas hadisəsi oktyabrın 4–11-də Bakıda keçiriləcək dünya çempionatı olacaq. Mövsüm eyni zamanda olimpiya təsnifat mərhələsinin başlanması ilə də əlamətdar olacaq. Bu baxımdan Azərbaycan cüdoçularını qarşıda hansı yarışların gözlədiyi barədə danışmaq üçün ən uyğun zamandır. Üstəlik, yarış təqvimi artıq təsdiqlənib.

Ənənəyə görə, Cüdo üzrə Dünya Turu fevralın 7-8-də Parisdə keçiriləcək “Böyük Dəbilqə” turniri ilə açılacaq. Seriya ümumilikdə on mərhələdən ibarət olacaq və Daşkənd, Tbilisi, Düşənbə, Astana, Lozanna, Ulan-Bator, Budapeşt, Abu-Dabi və Tokioda təşkil ediləcək. Bu il “Böyük Dəbilqə” turnirlərinin təşkilatçıları sırasında Bakının olmaması isə təəccüblü deyil. Çünki bütün diqqət dünya çempionatının yüksək səviyyədə keçirilməsinə yönəldiləcək.

Bununla yanaşı, Qran-pri seriyasına daxil olan dörd turnir də baş tutacaq. Cüdoçular Linz, Lima, Tsindao və Zaqrebdə keçiriləcək yarışlarda beynəlxalq arenada öz güclərini sınamaq və dünya reytinqində irəliləmək imkanı qazanacaqlar.

Eyni zamanda ilin əsas yarışından əvvəl Ulan-Batorda iyunun 19–21-də “Böyük Dəbilqə” turniri keçiriləcək. Beynəlxalq Cüdo Federasiyası (IJF) bu yarışı təsadüfən önə çıxarmır, çünki o, 2028-ci ildə Los-Ancelesdə keçiriləcək Olimpiya Oyunlarına ilk təsnifat turniri olacaq. Məhz bu andan etibarən Dünya Turunun hər bir yarışı daha böyük əhəmiyyət daşıyacaq və gərginlik Bakıda keçiriləcək dünya çempionatında pik həddə çatacaq. Burada dünya titulları və son dərəcə vacib reytinq xalları uğrunda mübarizə aparılacaq.

Təqvimdə bütün yaş qrupları üzrə dünya çempionatları da yer alıb. Yeniyetmələr arasında dünya çempionatı avqustun 20–23-də Ekvadorun Qvayakil şəhərində keçiriləcək. Gənclər arasında ilin əsas yarışı isə oktyabrın 22–25-də İordaniyanın Amman şəhərində baş tutacaq. Noyabr ayında isə gənc idmançılar Seneqalın Dakar şəhərində təşkil olunacaq Gənclər Olimpiya Oyunlarında çıxış edəcəklər.

Dünya Turu mərhələləri və dünya çempionatları ilə yanaşı, 2026-cı il qitə ittifaqlarının himayəsi altında keçirilən çoxsaylı Open seriyalı turnirlərlə də zəngin olacaq. Bu yarışlar idmançılara vacib reytinq xalları qazandırır və olimpiya təsnifatına gedən yolda mühüm rol oynayır. Mövsümə həmçinin veteranlar arasında və kata üzrə dünya çempionatları da daxil edilib. Bu yarışlar hər il daha çox iştirakçı və həvəskar cəlb etməklə cüdonun ruhunun yaş həddi tanımadığını bir daha sübut edir.

Zəki Feyzullayev

İdman.Biz
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:33
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 06 Yanvar 2026 14:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see199

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see188

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see180

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see169

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see165

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see163

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see156

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see150

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see143

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see140

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see140

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see137

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see137

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see134

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see134

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see134

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see133

Xətaidə parkdakı ağaclar gecəylə kəsilib Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

08 Yanvar 2026 23:31see131

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see125

Tramp Rza Pəhləvi ilə mümkün görüşdən danışdı

08 Yanvar 2026 23:39see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri