Elçibəyin qardaşı oğlu: Ərturquta dedim ki, o kimdi axı, məhkəməyə verirsən?!
Modern.az saytına istinadən Icma.az xəbər verir.
Meydan hərəkatının liderlərindən olmuş Nemət Pənahlı iddia edib ki, o zaman toplanan təxminən 10 milyon manat vəsait AXC lideri, mərhum eks-prezident Əbülfəz Elçibəy tərəfindən mənimsənilib.
Nemət Pənahlının bu iddiası cəmiyyətdə birmənalı qarşılanmayıb. Sosial şəbəkələrdə onu qınayanlar yalan danışmaqda, Elçibəyə şər-böhran atmaqda ittiham ediblər.
Mərhum eks-prezidentin ailə üzvləri də Nemət Pənahlının iddasına səssiz qalmayıb.
Əbülfəz Elçibəyin qardaşı oğlu Hürrü Əliyev Modern.az-a açıqlamasında Nemət Pənahlının cılız iddia səsləndirdiyini və ona geniş cavab verməyi özünə yaraşdırmadığını bildirib:
"İlk növbədə onu qeyd edim ki, indiyədək Bəy (Əbülfəz Elçibəy-red) haqqında çox insanlar müxtəlif fikirlər səsləndirib, onu tənqid edib, hətta təhqirə yol veriblər. Lakin bu günədək mən kimliyindən asılı olmayaraq heç birinə bir kəlmə belə cavab verməmişəm və bunu özümə yaraşdırmıram. Elçibəyin Tanrısı var, Milləti var.
Onun barəsində şər və böhtan danışanların hamısına cavabı Tanrı da, xalq da artıq verib. Mən kiməm ki, Elçibəyi müdafiə edim? Elçibəyin buna ehtiyacı da yoxdur".
Elçibəyin oğlu Ərturqut Əliyev isə Nemət Pənahlınının çıxışından sonra onu məhkəməyə verməyə hazırlaşır.
Hürrü Əliyev əmisoğlunun bu barədə onunla dünən danışdığını və niyyətini açıqladığını deyib:
"Mən qəti bunun əleyhinə oldum. Ümumiyyətlə, həm Elçbəyin oğlu olaraq ona yaraşdırmadım. Həm də qarşındakı adam gərək əhəmiyyətli adam ola, tutarlı söz deyə ki, sən də gedib onu məhkəməyə verəsən, yaxud nəsə tələb edəsən. Söhbət tək Nemət Pənahlıdan getmir. Ümumiyyətlə, Elçibəyin oğlu atası ilə bağlı məsələləri məhkəmə yolu ilə həll etməməlidir. Mən əleyhinə çıxdım, amma o müstəqil adamdır. Qərarı özü verəcək. Mən ona əmioğlu, böyük qardaş kimi məsləhət görmədim. Ötən gün görüşümüz zamanı bir sıra məsələləri danışdıq və ona belə əhəmiyyətsiz məsələlərə görə nəinki məhkəməyə müraciət etməyi, heç rəy verməməyi məsələhət gördüm. O (Nemət Pənahlı-red) kimdir ki, məhkəməyə verilsin. Lakin Ərturqutun artıq məhkəməyə müraciət edib-etmədiyi ilə bağlı məlumatlı deyiləm".
Baxış sayı:74
Bu xəbər 10 Yanvar 2026 14:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















