2026 cı ilin sözü bəlli oldu
Milli.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
"Cambridge" lüğəti 2026-cı ilin sözünü açıqlayıb. İlin sözü "human" (insan) seçilib.
Milli.Az xəbər verir ki, lüğətdə bu söz heyvanlardan və maşınlardan fərqli olaraq, insanlara məxsus keyfiyyətlərə, duyğulara və qüsurlara sahib olmaq kimi izah edilir.
"Cambridge" lüğətinin leksikoqrafı Kolin Makintoş bildirib ki, süni intellekt texnologiyalarının sürətli inkişafı insanların insan olmağın mahiyyəti barədə düşüncələrinə təsir göstərir.
Onun sözlərinə görə, düşünmə proseslərinin süni intellektə həvalə edilməsi bu texnologiyaya nə dərəcədə etibar edilməli olduğu ilə bağlı suallar yaradır. "Human-made" (insan tərəfindən yaradılmış) ifadəsinin daha geniş istifadə olunması isə insan əməyini süni intellektin hazırladığı məhsullardan fərqləndirmək istəyini əks etdirir.
"Microsoft"un qurucusu Bill Qeyts də ilin sözü seçimi ilə bağlı fikirlərini bölüşüb. O qeyd edib ki, süni intellekt xəstəliklərin müalicəsi, təhsilin inkişafı və insanların vaxtlarını daha faydalı işlərə ayırması üçün böyük imkanlar yarada bilər.
Qeytsin fikrincə, süni intellektin uğuru insanların həyatını nə dərəcədə yaxşılaşdırması ilə qiymətləndirilməlidir.
İlin sözü adına "agent", "wholesome" və "analogue" sözləri də namizəd olub. Lüğətə əlavə edilən yeni ifadələr arasında isə sosial şəbəkələrdə populyarlaşan "aura farming" və "looksmaxxing" terminləri yer alıb.
Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:32
Bu xəbər 18 Noyabr 2026 14:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















